Yaralı əsgərini xilas etmək istəyərkən şəhid olan kapitanımızın DOĞUM GÜNÜDÜR - FOTO-VİDEO
Bu gün Azərbaycan Ordusunun igid zabitlərindən olan Vüqar Aydın oğlu Nəcəfovun doğum günüdür.
Sonxeber.az xəbər verir ki, bu münasibətlə Müdafiə Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Rayon Hərbi Komissarlığı və Kürdəxanı Rayon İcra Hakimiyyətinin rəsmiləri, Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının, "Kaspi" liseyinin nümayəndələri, Naxçıvan Hərbi Qarnizonunun hərbçiləri, şəhidin ailə üzvləri, yaxınları, döyüşçü dostları, Sabunçu və Ordubad rayonlarının bir qrup sakini İkinci Şəhidlər xiyabanına gələrək Vətənin igid övladının məzarını ziyarət ediblər.


Saytımız oxucuları kapitan Vüqar Nəcəfov haqqında məlumatlandırmaq istəyir.
2783 şəhidimizdən biri olan, iki bacının tək qardaşı, ailənin sonbeşiyi Vüqar Nəcəfov 10 avqust 1988-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olub. Uşaqlıq illərindən hərbçi olmaq arzusunda olub, atası və əmisi Birinci Qarabağ Müharibəsinin iştirakçısı, dayısı ordu kapitanı olub. Vüqar gözünü açandan ailədə hərbçilərin əhatəsində böyüyüb. Bəlkə də elə buna görədir ki, uşaqlıq arzusunu böyük sevgi ilə gerçəkləşdirib.
O, Bakıda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alaraq zabitlik peşəsinə yiyələnib. Cəbhə bölgəsində yerləşən hərbi hissədə motoatıcı və atəş dəstək taqımının komandiri kimi xidməti vəzifələrinin öhdəsindən şərəflə gəlib, "kapitan" hərbi rütbəsinədək yüksəlib.
Vətən müharibəsində Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə fəal iştirak edib. 2020-ci il oktyabrın 2-də şəhidlik məqamına yüksəlib. O, Cəbrayıl rayonunun Ruzigar kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yoldaşlarının sözlərinə görə, kapitan yaralı əsgəri ön nöqtədən çıxarmağa nail olub. Sonuncu döyüşçü yoldaşını xilas etmək istəyərkən snayperdən açılan atəş nəticəsində şəhid olub. Ondan əmanət iki övladı qalıb.
Bu, Ordubad rayonunun ucqar Dırnıs kəndindən başlayıb müqəddəs ziyarətgahları ilə məşhur olan Cəbrayılda şəhidliklə sonuclanan bir Azərbaycan gəncinin, Azərbaycan zabitinin qısa və şərəfli ömür yoludur.
Məqamın uca olsun, cənab kapitan! Ruhuna dərin ehtiramla!
Təltifləri
15.12.2020 — "Vətən uğrunda" medalı (ölümündən sonra)
24.12.2020 — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
25.12.2020 — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
25.12.2020 — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
05.11.2021 — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)
Onun barəsində daha ətraflı aşağıdakı videomaterialları izləməklə öyrənə bilərsiniz:
Qeyd edək ki, ötən il də şəhid Vüqar Nəcəfovun doğum günü təntənəli şəkildə keçirilib.
Sonda kapitan Vüqar Nəcəfovu əsgərlərinin dilindən tanıyın:
Natəvan Baxşiyeva
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2054 Tarix: 10 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Prezident İlham Əliyevin sərəncamı ilə Teymur Musayev baş nazirin müavini təyin olunub. Teymur Musayevin dosyesini təqdim edir:. Teymur Yusif oğlu Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilinə 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş Konsulluğunu
19 oktyabr2 il burnunda gilas tumu ilə gəzib - Video
Bakıda azyaşlı düz 2 il burnunda gilas tumu ilə yaşayıb. "Qafqazinfo"nun məlumatına görə, bu barədə paylaşım edən lor-cərrah Kamil Cəfərov bildirib ki, 2 il burnunda yad cisim olan uşaqda baş ağrıları, təngnəfəslik, gecə narahat yatma və nəfəsalma ilə bağlı ciddi problemlər olub. Əvvəlcə uşağ
19 oktyabrAzərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 281 kq qızıl, 2 813,8 kq gümüş istehsal edilib. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qızıl istehsalı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,9 %, gümüş istehsalı isə 5,7 % azalıb. Ötən 9 ay ərzində Azərbaycanda mi
18 oktyabrAzərbaycanda mənzillər bahalaşdı
Bu ilin II rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər illik müqayisədə 10,4%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,4% artıb. Bu ili
17 oktyabrBakıda iki avtomobil toqquşdu: Piyada öldü - Anbaan video
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paylaşım edib. Bildirilib ki, manevretmə qaydalarının pozulması nəticəsində baş verən yol-nəqliyyat hadisəs
19 oktyabrBu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO
UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki
17 oktyabrAlyona Əliyeva konsertdə - Fotolar
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:
19 oktyabrAzərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib
18 oktyabrBaş nazirin müavinlərinin sayı 4 oldu
Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba
19 oktyabr