Erməni ailələrinə Laçında qalmağa razılıq verilib?

Erməni ailələrinə Laçında qalmağa razılıq verilib?Ermənistanın "Hraparak" nəşri öz mənbələrinə istinadən avqustun 25-də Azərbaycanın nəzarətinə qayıtmalı olan Laçın şəhərinin Zabux kəndindəki vəziyyətin bəzi təfərrüatlarını yazıb. Qəzetin yazdığına görə, Azərbaycan ermənilərin bu yaşayış məntəqələrindən çıxarılmasını zəruri şərt kimi irəli sürməyib.

Redaktor.az xəbər verir ki, Bakı bu ərazidə yaşayan 350-yə yaxın erməninin Azərbaycan vətəndaşı olmaq və Azərbaycan qanunlarına uyğun yaşamaq şərti ilə orada yaşamaqda davam etməsi ilə razılaşır. Eynilə, məsələn, ermənilər Türkiyədə bu dövlətin hakimiyyət və qanunlarına tabe olaraq yaşayırlar.

Belə olan halda Ermənistan hakimiyyəti Laçında və Zabuxda yaşamaq üçün qalan ermənilərin həyatı və təhlükəsizliyi üçün heç bir məsuliyyət daşımayacaq.

"Onların özünümüdafiə təşkil edib Azərbaycanın tərkibində yaşamağa nə iradəsi, nə də gücü var. 2020-ci il müharibəsindən sonra millətimiz dağıldı və çətin ki, belə yerli və təhlükəli proqramı həyata keçirə bilsin. Buna görə də insanlar evakuasiya ilə barışıblar və artıq əşyalar toplayır, əraziləri tərk etməyə hazırlaşırlar", - Hraparak yazır.

Nəşr onu da qeyd edir ki, bəziləri hətta qəbir daşlarını yığışdırır, yenidən basdırmaq üçün qəbirlərdən bir ovuc torpaq götürür, evləri sökdürür, mümkün olan hər şeyi əlindən alır ki, yeni yerdə həyat sıfırdan başlamasın:

"Onlara tövsiyə olunur ki, evlərini yandırmasınlar, çünki bu, mənasızdır - İslamı qəbul edən azərbaycanlılar, bir qayda olaraq, ermənilərin evlərində yaşamırlar. Onlara daha bir arqument verirlər: Zabuxada evləri yandırsanız, cavab olaraq azərbaycanlılar suyu, işığı, rabitəni kəsəcəklər. Yeri gəlmişkən, artıq avqustun 22-dən elektrik enerjisinin kəsiləcəyi ilə bağlı xəbərlər yayılıb" (qazeta.az).

Bu arada, Zabuxda erməni əhalisinin çıxarılması prosesi davam edir. Bu barədə Zabuxun qondarma erməni icmasının "rəhbəri" Andranik Çavuşyan deyib. Onun sözlərinə görə, hazırda məktəbin boşaldılması həyata keçirilir.

"Kənddə 54 ailə var. Bu ailələrdən yalnız 7-si Qarabağda qalacaq, digərləri Ermənistanın müxtəlif yerlərinə gedəcək", - o deyib.

Çavuşyan özü isə Xankəndində qalacağını deyib.

Qeyd edək ki, Laçında qalan ermənilər işğal dövründə xüsusilə Yaxın Şərqdən bura köçürülənlərdir. A.Çavuşyan da 2014-cü ildə Suriyanın Qamışlı şəhərindən Laçına gəlib, 2016-cı ildə Zabux kəndinə köçüb, 44 günlük müharibədə başının dəstəsi ilə Azərbaycana qarşı döyüşüb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1624   Tarix: 11 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye

Prezident İlham Əliyevin sərəncamı ilə Teymur Musayev baş nazirin müavini təyin olunub. Teymur Musayevin dosyesini təqdim edir:. Teymur Yusif oğlu Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilinə 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş Konsulluğunu

19 oktyabr
.

2 il burnunda gilas tumu ilə gəzib - Video

Bakıda azyaşlı düz 2 il burnunda gilas tumu ilə yaşayıb. "Qafqazinfo"nun məlumatına görə, bu barədə paylaşım edən lor-cərrah Kamil Cəfərov bildirib ki, 2 il burnunda yad cisim olan uşaqda baş ağrıları, təngnəfəslik, gecə narahat yatma və nəfəsalma ilə bağlı ciddi problemlər olub. Əvvəlcə uşağ

19 oktyabr
.

Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 281 kq qızıl, 2 813,8 kq gümüş istehsal edilib. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qızıl istehsalı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,9 %, gümüş istehsalı isə 5,7 % azalıb. Ötən 9 ay ərzində Azərbaycanda mi

18 oktyabr
.

Azərbaycanda mənzillər bahalaşdı

Bu ilin II rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər illik müqayisədə 10,4%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,4% artıb. Bu ili

17 oktyabr
.

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü - Anbaan video

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paylaşım edib. Bildirilib ki, manevretmə qaydalarının pozulması nəticəsində baş verən yol-nəqliyyat hadisəs

19 oktyabr
.

Bu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO

UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki

17 oktyabr
.

Alyona Əliyeva konsertdə - Fotolar

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:

19 oktyabr
.

Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib

18 oktyabr
.

Baş nazirin müavinlərinin sayı 4 oldu

Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba

19 oktyabr