Səhiyyə sahəsində Azərbaycan-İran əməkdaşlığının gücləndirilməsinin perspektivləri müzakirə olunub - FOTO
Səhiyyə Nazirliyində İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüş keçirilib.
Nazirlikdən bildirilib ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev son illərdə Azərbaycan və İran arasında digər istiqamətlərdə olduğu kimi, səhiyyə sahəsində də əlaqələrin genişləndiyini diqqətə çatdırıb. Nazir bildirib ki, dövlət başçılarının müntəzəm görüşləri, eyni zamanda hökumət üzvlərinin qarşılıqlı səfərləri iki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində münasibətlərin inkişafında mühüm rol oynayır.
Ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əlaqələrin mövcud vəziyyətindən məmnunluğunu bildirən Teymur Musayev əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Azərbaycan Tibb Universitetinin Təbriz Tibb Elmləri Universiteti və İran İslam Respublikasının digər tibb ocaqları ilə əməkdaşlığını xatırladan nazir ali tibb məktəbləri arasında tələbə mübadiləsinin bu işə böyük töhfələr verəcəyinə əmin olduğunu qeyd edib.
Öz növbəsində Seyid Abbas Musəvi İranın Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib. Onun sözlərinə görə, bu münasibətlər yaxın dostluq və sıx əməkdaşlıq üzərində qurulub. Son illər ölkələrimiz arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayan səfir tibb təhsili sahəsində də qarşılıqlı fəaliyyət üçün yeni imkanlar yaradılmasını bildirib. Səfir qeyd edib ki, hazırda minə yaxın İran vətəndaşı Azərbaycan Tibb Universitetində ali tibbi təhsil alır.
Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəflər səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın intensivləşdirilməsinin, eyni zamanda əczaçılıq sənayesində gələcək əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Beyin üçün zərərli qidalar açıqlandı
Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl
17 sentyabr 2021Peyvəndləmə infeksion prosesin qarşısını ala bilir? - Həkim AÇIQLADI
Dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, COVID-19-a görə məktəblərin bağlanması, həftə sonları ictimai nəqliyyatın işləməməsi, ictimai obyektlərin bağlanması düzgün addım deyil. Ona görə ki, pandemiya 5-10 il davam edə bilər. Belə çıxır ki, həmin müddət ərzində məktəblər bağlı qalmalı, ictima
12 sentyabr 2021Vitamin və minerallarla zəngin QİDALAR
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs
11 sentyabr 2021Koronavirusun simptomları dəyişdi
Böyük Britaniyadan verilən son hesabata əsasən, peyvənd edilən insanlarda koronavirusun fərqli simptomları onların dəyişdiyini göstərir. Burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və qoxu itkisi son dövrün ən çox görülən 5 simptomu arasındadır və mütəxəssislər bu simptomları olan insanların peyvən
14 sentyabr 2021Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara
17 sentyabr 2021Əks-göstəriş sertifikatları ilə vaksin pasportu eynihüquqludur? - AÇIQLAMA
Vaksinə qarşı əks-göstəriş sertifikatlarına sahib olan şəxslər vaksin pasportu və immunitet sertifikatı olanlarla bərabərhüquqludur. Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, vaksin pasportu tələb olunan yerlərdə bunun əvəzin
11 sentyabr 2021Bronxlarda olan problemlər üçün sınanmış məcun
Məhsul Haqda Ətraflı. Yuxarı tənəffüs yollarının xəstəliklərindən daha çox bronxitlər, faringit, bronxial. astma, laringit və kəskin respirator virus infeksiyalarıdır. Bronxların qıcıqlanması,. tez-tez bəlğəmin xaric olunması, təngənəfəslik, boğulma hissi və xüsusilə gecələr. baş verən öskürək tutmalar
17 sentyabr 2021Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?
Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml
8 sentyabr 2021