Azərbaycana qarşı "din" təhdidi: Hibrid müharibənin yeni mərhələdəki elementləri

Azərbaycana qarşı "din" təhdidi: Hibrid müharibənin yeni mərhələdəki elementləriAzərbaycan 44 günlük Vətən müharibəsi ilə regional qüvvələr nisbətində həlledici üstünlük qazandı və sonrakı proseslərdə əlini güclü rıçaqlarla zənginləşdirdi.

Dövlətin siyasi iradəsinin davamı kimi ordu gücləndirilir və bununla da böyük strateji müdafiə qabiliyyətinin hərbi aspektləri yenilənir.

Siyasi qətiyyəti iqtisadi potensial və hərbi güc tamamlayır və bunlar dövlətin müdafiə reflekslərinin əsaslarını təşkil edir.

Görünür ki, kimlərsə Azərbaycan dövlətinin belə qamətli duruşundan dərin narahatlıq keçirir. Axı müzəffər ordumuzun bizə qazandırdığı qələbə həm ölkəmizə qarşı yönələn ideoloji cəbhəni dağıtdı, həm də beynəlxalq aləmdə oturuşmuş düşüncə sistemini yerindən silkələyib kənara tulladı.

Azərbaycan dövlətinin bir neçə platformadakı qələbəsi, xalqın bu zəfərin arxasında durması ölkəyə rəqib dairələri "B" planını işə salmağa vadar edir.

Sonxeber.az xəbər verir ki, "Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Həmin planın tərkib hissəsini Azərbaycanın Londondakı səfirliyinə edilən hücumda gördük, "Mehdinin qulluqçuları" adlı təşkilatın təxribatının izləri həmin məkrli niyyətlərin fikir atalarına aparır.

Din amili üzərindən Azərbaycana qarşı təzyiq aparatı yaradıb, onu boya-başa çatdırmaq illərin əməyidir, zamanla ölkəmizdəki oturuşmuş və milli düşüncə sistemi ilə bərabər şəkildə inkişaf etmiş dini ənənələrə qarşı müharibə elan edilməsinin şahidi olmuşuq.

Londondakı hadisə həmin hibrid müharibənin yeni mərhələdəki elementidir, məqsəd Azərbaycanda dini mövqenin öz oxundan çıxarılaraq başqa tərəfə çəkilməsini göstərmək idi.

Lakin əvvəlki illərdə olduğu kimi, bu dəfə də Azərbaycan xalqı inanc və dini-məzhəbçiliklə böyük siyasi alətlər yaradan qüvvələrin niyyətlərinin sərhədini dəqiqləşdirə bilib. Hadisədən sonra Azərbaycan cəmiyyəti təxribata qarşı sıx birlik nümayiş etdirdi və üçrəngli bayrağımız həm sosial şəbəkə lentlərində, həm də dini mərasimlərdə böyük əzmkarlıqla dalğalandı.

Bu hadisələrin ardınca, avqustun 8-də Azərbaycanda Aşura mərasimi keçirildi və inanclı kəsim milli-dini ənənələrə uyğun olaraq məscidlərə üz tutdu və növbəti dəfə Azərbaycanın ideallarına sadiqlik nümayiş etdirildi.

Yəni növbəti dəfə də siyasi dinçiliyi Azərbaycana ixrac etmək və onun buradakı idxalçılarını körükləmək cəhdləri fiasko ilə nəticələndi.

Hərçənd ki, bundan sonra da xarici güclər Azərbaycanda formalaşmış dini mövqenin təhrif edilərək ona siyasi məzhəbçilik ölçüsü verməkdə davam edəcəklər. Ölkənin dünyəvi və təhlükəsizlik sisteminin sıradan çıxarılması üçün metodlar passivləşməyəcək.

Qeyd edə bilərik ki, dövlət zəruri təhlükəsizlik tədbirlərini görür, cəmiyyət olaraq isə biz də milli şüurumuzu möhkəmləndirmək üçün təxribatla inanc arasındakı incə xətləri müəyyən etməliyik ki, kimlərsə tora düşməsin. Buna görə də, kəşfiyyat-təxribat-ideoloji metodların dairəsini izah etmək ehtiyacı yaranır.

Belə ki, dünyəvi quruluşu zəiflətmək və şəriət qaydaları ilə idarə olunan idarəetmə sistemi qurmaq üçün istifadə olunan metodlar aşağıdakılardır:

1. Dünyəviliyə qarşı yönəlmiş təbliğatın mərkəzinə gənclər kütləsi gətirilir. Gənclərin bir hissəsi yemi udduqdan sonra onlara daha bəlağətli nitqlər söylənilir, ideoloji təsirlər şüurlarında qərar tutur. Yəni onların istismar edilməsinin növbəti mərhələsi başlanılır.

2. İdeoloji-siyasi əbalı agentlərin aldıqları təlimatlar cəmiyyətin ən çox maraq göstərdiyi janrlara hopur. Məsələn, meyxanalarda siyasi məzhəbçiliyə dair fikirlər açılan qafiyənin içinə atılır (Bu, əsasən, siyasi şiəliyə aiddir).

3. İnsanların kütləvi yığışdığı yas mərasimlərinə yol tapılır, həssas nöqtələr üzərində spekulyasiyalar aparılır. Məsələn, heç kimin gözləmədiyi halda qəfildən "Allahu-Əkbər" şüarı məzhəbçilik kontekstində səsləndirilir.

4. Azərbaycan ordusunun qələbəsi siyasi şiəlik kontekstinə salınaraq təbliğ edilir, əslində isə burada məqsəd zəfərə kölgə salmaqdır.

5. Azərbaycanın konstitusion quruluşuna qarşı videomüraciətlər hazırlanır, tirajlanır və verilən təlimatlarla bunlar sosial şəbəkələrdə sürətlə yayılır.

6. Bunlara qarşı çıxanlar hədəfə gətirilir, hətta təhqir edilir.

Bunlar üzdə olan hadisələrin və ya ideyaların analizindən irəli gələn qənaətlərdir, amma unutmaq lazım deyil ki, məsələnin gizli və daha təhlükəli tərəfləri də mövcuddur.

Təbii ki, Azərbaycan təhdidlərə qarşı kompleks tədbirlər həyata keçirir və ölkənin təhlükəsizlik mühiti yeni təhlükələr fonunda bir daha təhlil edilir.

Proqnozlarımıza gəlincə, qeyd edə bilərik ki, müstəqil Azərbaycanın dövlətçilik sütunlarına qarşı həyata keçirilən həmlələr hədər gedəcək.

Azərbaycanda dini mühitlə bağlı qanunvericilik bazası daha da təkmilləşdiriləcək, milli kadrların təbliğatı yad əbalı şəxslərin tezislərini darmadağın edəcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 910   Tarix: 13 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzind

18 oktyabr
.

Tələbələrin təqaüdləri artırılacaq?

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini

18 oktyabr
.

Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli

17 oktyabr
.

Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 281 kq qızıl, 2 813,8 kq gümüş istehsal edilib. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qızıl istehsalı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,9 %, gümüş istehsalı isə 5,7 % azalıb. Ötən 9 ay ərzində Azərbaycanda mi

18 oktyabr
.

Hərbçimiz ürəyindən əməliyyat olundu - Video

Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib. xəbər verir ki, bununla bağlı MN məlumat yayıb. Bildirilib ki, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunun müayinələri zaman

19 oktyabr
.

Baş nazirin müavinlərinin sayı 4 oldu

Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba

19 oktyabr
.

65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK

Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin

17 oktyabr
.

Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir. Həmin sakinlərdən artıq 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. AZƏRTAC-a istinadən xəbər verir ki, onlardan 1030-da

17 oktyabr
.

Gözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?

Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

18 oktyabr