Oğlu yaşında əsgər onu zorladı, qonşusu gözünün qarşısında… – DƏHŞƏTLİ GECƏNİN ANBAAN TƏSVİRİ

Oğlu yaşında əsgər onu zorladı, qonşusu gözünün qarşısında… – DƏHŞƏTLİ GECƏNİN ANBAAN TƏSVİRİUkraynanın işğal olunmuş kəndlərində rus əsgərlərinin qadınları zorlaması ilə bağlı xəbərlər bütün dünyanın qanını dondurub. Viktoriya Martsinyuk da o hadisələrdən birini yaşayıb. Üstəlik, onun gözünün qabağında elə hadisə baş verib ki, qadın daha böyük travma yaşayıb. Həmin dəhşətli gecədən 5 ay keçib. Bəs Viktoriya indi nə edir?

Müharibənin (xüsusilə qadınlar üçün) necə dəhşətli olduğunu anlamaq üçün ukraynalı Viktoriya Martsinyukun yaşadıqlarını dinləmək kifayətdir. Əslində, Martsinyuk başına gələnləri danışmağa o qədər də həvəsli deyil. Çox vaxt baş verənlər barədə düşünmək belə istəmir. O, yalnız gildən heykəllər düzəldəndə olanları yadına salır.

Musavat.com xəbər verir ki, "The Telegraph" qəzetində müharibənin ən dəhşətli üzündən bəhs edən yazı dərc olunub.

Viktoriya təcavüzdən 1 ay sonra…

Yazıda qeyd olunub ki, 42 yaşlı Viktoriyanın iki övladı var. O, fevralın son həftəsinə – Rusiyanın hücumuna qədər Kiyevdən 60 kilometr kənarda yerləşən Borodyanka kəndində sadə həyat sürüb.

Mart gecəsi onun həyatı kədərli şəkildə dəyişib.

Həmin gecə 19 yaşlı rus əsgəri Viktoriyanı zorlayıb. Ancaq bu onun yaşadığı yeganə travma deyil. Viktoriya Martsinyukun bir qonşusu da rus əsgərləri tərəfindən cinsi təcavüzə məruz qalıb və əsgərlər həmin qadının ərini Martsinyukun gözləri qarşısında yaxın məsafədən atəş açaraq öldürüblər.

Viktoriyanın yaşadığı dəhşətli hadisələrdən sonra aldığı müalicənin bütün xərcləri Ukrayna hökuməti tərəfindən qarşılanır.

"Müharibədən bir gün əvvəl terapiyaya gedəcəyimi desəydilər, gülərdim. Müalicə sayəsində özümü bir az yaxşı hiss edirəm. Ukrayna qalib gələndə özümü daha da yaxşı hiss edəcəm" – qadın "The Telegraph"a deyib.

"DEDİLƏR, ARVADIN BİZİMLƏ GƏLƏCƏK…"

Viktoriya Martsinyuk bildirib ki, martın 8-dən 9-na keçən gecə elektrik kəsildiyi üçün hava soyuq və qaranlıq olub. Evin yeganə isti yeri olan mətbəxdə əri Vitalinin yanında yerə uzanıb yuxuya getmək istəyəndə qapı döyülüb. Qapını açan qadın qarşısında üç rus əsgəri görüb – komandir Saşa və gənc sıravi əsgərlər Oleq və Danya. Onlar evə daxil olub, mobil telefonları və noutbukları müsadirə ediblər.

Əsgərlər Viktoriyaya: "Sən gəlib başqa qadınları tapmaqda bizə kömək edəcəksən. Əks halda, ərini Rusiya qərargahına aparacağıq" – deyiblər.

"Əsgərlərin spirtli içki qəbul etdiyi aydın görünündü. Bu, vəziyyəti daha da qorxulu edirdi" – Viktoriya qəzetə bildirib.

Onlar qadını ev-ev gəzdirib, hər qapını döyüb içəridə kim olduğunu soruşublar. Qapılardan birini bir kişi açıb.

Rus əsgərlər kişiyə: "Arvadın bizimlə gələcək" – deyiblər. Lakin öz aralarında bir az söhbət etdikdən sonra qorxmuş qadını buraxmaq qərarına gəliblər.

Əsgərlərin ən kiçiyi olan Danya Viktoriyanı paltosundan tutub sürüyərək evlərin qapısına tərəf çəkməyə davam edib. Qadın qorxudan özünü iflic olmuş kimi hiss edib.

Bir vaxt əsgərlər öz aralarında mübahisə etməyə başlayıblar, sonra komandir gedib və Viktoriya gənclərlə tək qalıb. Dəhşətli hadisə bundan sonra başlayıb…

Onlar qapıları döyməyə davam ediblər.

"Nəhayət, bir kişi qapını açdı. Əsgərlər kişiyə dedilər ki, geri dur, qadınını alacağıq. O etiraz edəndə kişini gözlərimin önündə güllələyib öldürdülər və arvadını götürdülər", – Viktoriya dəhşətli hadisəni təsvir edib.

"SƏNİN YAŞINDA OĞLUM VAR…"

Əsgərlər qadınları tərk edilmiş bir evə aparıb və sındırılmış pəncərədən içəri girməyə məcbur ediblər. Viktoriya içəri girməkdən imtina etdikdə Danya onu itələməyə və söyməyə başlayıb.

Oleq adlı əsgər o biri qadını ikinci mərtəbəyə qaldırıb. Viktoriya Danya ilə tək qalıb və ona yalvarıb ki, təcavüz etməsin. Yaşının neçə olduğunu soruşub, "19" cavabını alanda "mən sənin anan yaşındayam. Mənim də sənin yaşında bir oğlum var" deyib.

Danya Viktoriyanı zorladıqdan sonra onu hədələyib: "Əgər dediklərimi etməsən, səni qərargaha aparacam və sən orada bütün əsgərlərə xidmət göstərəcəksən".

Sonra Danya Oleqi axtarmaq üçün otaqdan çıxdıqda Viktoriya şansını sınamaq qərarına gəlib və var gücünü toplayaraq evdən qaçıb. O, küçələrdə dəli kimi qaçıb, ərinin adını qışqırıb.

Sonra bir qonşunun qapısını döyüb. Qapını açan qadın Viktoriyanı sakitləşdirməyə çalışsa da, buna nail ola bilməyib. Yenidən küçəyə çıxan və rusların onu öldürəcəyindən qorxan Viktoriya evinə gəlib çıxa bilib.

Qapıdan içəri girəndə əri Vitalinin pıçıldayaraq onu çağırdığını və evin damında gizləndiyini görüb, gedib ərinin yanına sığınıb. Qorxu içində olan ər-arvad ertəsi gün günəş çıxana qədər paslı dəmir barmaqlıqların üstündə uzanıb rus əsgərlərinin geri qayıtmasını gözləyiblər.

"PİS YUXU KİMİ İDİ…"
Viktoriya aldığı müalicələrdən sonra…

O dəhşətli gecənin üzərindən 5 aya yaxın vaxt keçib. Bu müddət ərzində həyat davam edib. Rus işğalından sağ çıxan Viktoriya, onun ailəsi və Borodyankada yaşayan hər kəs yavaş-yavaş toparlanmağa başlayıb.

Viktoriyanın yaxşılaşması saç düzümündən tutmuş çəkdiyi dırnaq boyasına, geyindiyi paltara qədər hər şeydə özünü göstərir.

"Baş verənlər pis yuxu kimi idi" deyən Viktoriya Martsinyuk rus əsgərlərinin törətdiyi hərbi cinayətləri qeydə alan Beynəlxalq Cinayət Məhkəməsinin prokurorları ilə görüşüb. Viktoriya qeyd edib ki, qonşu kişinin gözləri önündə öldürülməsi onun travmasını artırıb.

O, ifadə verməkdə çətinlik çəkdiyini bildirib:

"Mənə təcavüz edən şəxsin üzünü xatırlamıram. Hava qaranlıq idi. Sadəcə bilirəm ki, o, məndən bir az hündür idi".

"Heykəl düzəltməyi sevirəm. Bu məni sakitləşdirir, mənə yaxşı təsir edir", – deyən qadın heykəltaraşlıqla məşğul olmaqla yanaşı, toyuq və ördək saxladığını, kartof, kök və qarğıdalı yetişdirdiyini bildirib.

Müharibədən əvvəl çalışdığı dəyirman Rusiyanın hava hücumları nəticəsində dağıdıldığı üçün indi işləyə bilmir, lakin yaxşı maaşlı iş tapmaq istəyir.

Viktoriya sonda terapiyanın onun üçün faydalarından danışıb:

"Mən qorxunu dəf etdim. Amma yaxınlıqda partlayış olanda, raket düşəndə, ordu minanı təmizləyəndə qorxuram. Mən bir çox cəhətdən dəyişmişəm. Müharibədən əvvəl kimsə mənə qarşı kobudluq etsəydi, susardım. İndi kimsə kobud söz deyəndə cavabını verirəm. Ən önəmlisi isə keçmişi düşünməməyə çalışıram. Gələcək haqqında düşünmək və bu anı yaşamaq istəyirəm. Özümü daha güclü hiss edirəm".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2837   Tarix: 13 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzind

18 oktyabr
.

Tələbələrin təqaüdləri artırılacaq?

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini

18 oktyabr
.

Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli

17 oktyabr
.

Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 281 kq qızıl, 2 813,8 kq gümüş istehsal edilib. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qızıl istehsalı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,9 %, gümüş istehsalı isə 5,7 % azalıb. Ötən 9 ay ərzində Azərbaycanda mi

18 oktyabr
.

Hərbçimiz ürəyindən əməliyyat olundu - Video

Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib. xəbər verir ki, bununla bağlı MN məlumat yayıb. Bildirilib ki, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunun müayinələri zaman

19 oktyabr
.

Baş nazirin müavinlərinin sayı 4 oldu

Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba

19 oktyabr
.

65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK

Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin

17 oktyabr
.

Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir. Həmin sakinlərdən artıq 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. AZƏRTAC-a istinadən xəbər verir ki, onlardan 1030-da

17 oktyabr
.

Gözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?

Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

18 oktyabr