Qurbağaların səsinə görə yerini dəyişən kənd: Cəlilabadın sərvət dolu gölü niyə baxımsız qalıb?

Qurbağaların səsinə görə yerini dəyişən kənd: Cəlilabadın sərvət dolu gölü niyə baxımsız qalıb?Cəlilabad rayonunun Buravar sıra dağlarının ətəyində Qamışgöl adlı məşhur bir kəndi də var. Bu kənd təkcə gözəl təbiət ilə deyil, həm də orta əsrlərdən bu günə qədər gəlib çıxmış şəfalı zəli gölü ilə də məhşurdur.

Əslində gölün tarixi çox qədimdir. Bəzi tarixi mənbələrdə bu gölün böyük türk sərkərdəsi Əmir Teymur tərəfindən yaradıldığı və hətta onun sahilində bir vaxtlar açıq şəfaxanın da inşa olunduğu deyilir.

Sonxeber.az bizim.media-ya istinadən bildirir ki, Qamışgöl kəndinin də məhz Zəligölə görə onun ətrafında yarandığı bildirilir. XVI əsrdə isə kənd sakinləri qurbağaların səsindən bezdiyindən yavaş-yavaş yeni tikililərini göldən uzaqlaşdırmağa başlayıblar və bu minvalla da ilk yurd yerlərindən 1 km məsafəyə qədər kənarlaşıblar.

Göldəki zəlilərdən sakinlər tarixən revmatizm və yüksək qan təzyiqi xəstəliklərininin müalicəsində bu günə kimi geniş istifadə edirlər.

Amma son dövrlər insanların bu gölə marağı azalıb. Göl baxımsızlıq ucbatından tamamilə sıradan çıxmaq üzrədir. Demək olar ki, bura ildə 3-4 nəfər baş çəkər, ya yox.

Qamışgöl kənd sakini Zöhrab Fərəcov bu kənddə doğulub boya-başa çatıb . Uşaqlıq və gənclik illəri bu gölün ətrafında keçib. Deyir ki, sözügedən gölün əsl adı Qamışgöldür, elə kəndimizin adı da buradan götürülüb.

Amma el arasında gölə "Zəlıgöl" deyilir. Müsahibimizin sözlərinə görə, əvvəllər kəndlərinə zəli üçün çox adam gəlib gedərdi:

"Uşaq vaxtı buraya qoyun otarmağa gələrdim. O vaxtlar burada adam əlindən tərpənmək olmazdı. Qoyunları örüşə ötürüb saatlarla gələnlərin zəli ovuna tamaşa edərdim. Elə ona görə də uşaqlıq illərim bu gölün xatirələri ilə zəngindir".
Ətraflı

Zöhrab Fərəcov deyir ki, bir gün əlimdə ziyil çıxmışdı, həkimə getdim dedi ki, get zəli yapışdır sağalsın:

"Gəlib əlimi suya saldım, bir neçə saniyəyə bir zəli yapışdı əlimə bir neçə dəqiqədən sonra zəli əlimdən qopdu, bir neçə günə də əlim sağaldı".

Əvvəllər gölün suyu bol olardı deyir Zöhrab Fərəcov, hətta qış mövsümündə su buz bağladığından üzərində xokkey də oynayardıq:

"Arada buz sınardı, topumuz suya düşərdi. Çıxaranda isə topa zəli yapışdığını görərdik. İndi o günlər üçün çox darıxıram. Amma təəssüf ki, əvvəlki kimi gəlib-gedən yoxdu. Əslində heç kənddə də adam qalmayıb. Kənd sakinləri dolanışıq üçün şəhərə üz tutublar".

Elə o özü də illərdir kəndi tərk etdiyini bildirir, amma vaxtaşırı kəndə gəlməyi və gölə baş çəkməyi unutmur.

Hazırda Qamışgöl kəndində tam sakitlikdir, nə gəlişimizi görən oldu, nə də səsimizə hay verən. Elə Zöhrab Fərəcovla da görüşümüz təsadüfən oldu. Xeyli maraqlı söhbətdən sonra aydın oldu ki, Qamışgöl kəndində dağın arxa üzündə daha bir belə zəli gölü mövcuddur və hazırda hər iki göl baxımsızlıq ucbatından mal-qaranın ümidinə qalıb.

Dünyada minlərlə süni göl yaradılıb zəli əldə olunur və bundan da milyonlarla valyuta qazanılır. Amma öz doğma yurdumuzda təbii imkanları olan belə bir sərvət diqqətdən kənardadır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2637   Tarix: 13 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzind

18 oktyabr
.

Tələbələrin təqaüdləri artırılacaq?

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini

18 oktyabr
.

Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli

17 oktyabr
.

Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 281 kq qızıl, 2 813,8 kq gümüş istehsal edilib. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qızıl istehsalı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,9 %, gümüş istehsalı isə 5,7 % azalıb. Ötən 9 ay ərzində Azərbaycanda mi

18 oktyabr
.

Hərbçimiz ürəyindən əməliyyat olundu - Video

Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib. xəbər verir ki, bununla bağlı MN məlumat yayıb. Bildirilib ki, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunun müayinələri zaman

19 oktyabr
.

Baş nazirin müavinlərinin sayı 4 oldu

Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba

19 oktyabr
.

65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK

Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin

17 oktyabr
.

Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir. Həmin sakinlərdən artıq 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. AZƏRTAC-a istinadən xəbər verir ki, onlardan 1030-da

17 oktyabr
.

Gözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?

Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

18 oktyabr