Məşhur "I əməliyyatı" filminin Bakıda çəkilişinə nə mane olub? - MARAQLI

Məşhur "I əməliyyatı" filminin Bakıda çəkilişinə nə mane olub? - MARAQLIBu gün sovet kinosunun incilərindən sayılan "I əməliyyatı və Şurikin digər macəraları" filminin ekranlara çıxmasından 67 il ötür.

Film 1965-ci il avqustun 16-da SSRİ-də nümayiş olunmağa başlamış və qısa zamanda komediya janrının klassik nümunəsinə çevrilib. Maraqlıdır ki, filmin əsas çəkilişləri Bakıda keçirilə bilərdi amma kiçik təsadüf buna mane olub.
Lent.az Azərbaycanda da çoxsaylı pərəstişkarları olan "I əməliyyatı və Şurikin digər macəraları" filmi ilə bağlı maraqları faktları təqdim edir.

Həmin faktlar arasında Bakı ilə bağlı maraqlı bir detal da var.

"I əməliyyatı və Şurikin digər macəraları" Leonid Qaydayın ilk tam mənada uğurlu uzunmetrajlı filmi idi. Moris Slobodskoy və Yakov Kostyukovski ilə birlikdə ssenari yazan rejissor ilk vaxtlar filmə "Qeyri-ciddi əhvalatlar" adı qoymaq istəyib. Film 2 novelladan ibarət olmalı imiş. İlk ssenarilərdə Aleksandr Demyanenkonun canlandırdığı qəhrəmanın adı da Şurik yox, Vladik nəzərdə tutulub. Zamanla filmin ssenarisi müəyyən dəyişikliyə uğrayır və çəkilişlər ərəfəsində hazır olan yekun ssenari Şurik obrazının birləşdirdiyi "Ortaq", "Qarabasma" və "I əməliyyatı" novellalarından ibarət olur.

Natura çəkilişləri ilk olaraq 1964-cü ilin iyununda Moskvada başlayır. Filmin ilk novellası olan "Ortaq" Moskva və Moskva vilayətində çəkilir. Milis idarəsini "Mosfilm"in laboratoriyalarından birində təsvir etmişdilər. Tikinti ilə bağlı məşhur səhnələr isə 1964-cü ilin iyulunda 30-dan başlayaraq Moskva şəhərinin Sviblovo rayonunda çəkilir.
"Ortaq" novellasının çəkilişləri uğurla davam etsə də, texnikada yaranan problem, qəfil başlayan yağış və s. "Qarabasma" adlı ikinci novellanın çəkilişlərinin Moskvada davam etdirilməsini mümkünsüz edir. Moskvada sonuncu dəfə 1964-cü ilin oktyabrın əvvəllərində çəkilişlər aparılır.

Leonid Qayday və çəkiliş qrupu yay çəkilişlərini davam etdirmək üçün cənub regionuna getməyə qərar verirlər.

Belə ki, Qayday operator və bədii tərtibatçı ilə birlikdə "Qarabasma" novellasının natura çəkilişləri üçün lokasiya seçmək məqsədilə Bakıya gəlir. Amma Bakıda hava şəraiti onların ürəyincə olmur. Açıq və günəşli havada çəkilişlərə ehtiyac duyan yaradıcı heyəti Bakıda yağışlı və buludlu hava qarşılayır.

Belə olan halda çəkilişlərin Odessada davam etdirilməsi barədə qərara gəlinir. Amma burada da çəkiliş qrupunu uğursuzluq izləyirdi. Belə ki, oktyabrın 21-nə təyin olunan çəkilişlər aparıcı aktyor Aleksandr Demyanenkonun soyuqdəyməsinə görə təxirə düşür. Ayın 25-də çəkilişlər bərpa olunsa da, bu dəfə hava şəraiti qəfil pisləşir. Və nəticədə "Lidanın evinə doğru" səhnəsi məcburiyyətdən fasilələrlə çəkilməli olur.

Odessada çəkilişlər zamanı Şurikin əyni təsadüfən bitum maddəsinə bulaşır. Ehtiyatsızlıqdan bitum alışır və çəkiliş meydançasında yanğın başlayır. Yağını çəkiliş qrupu çətinliklə söndürür.

Üçüncü və ən uğurlu novella – "I" əməliyyatı" novellası üçün isə çəkilişlər qışa saxlanılır. Yuri Nikulin, Georgi Vitsin və Yevgeni Morqunovdan ibarət məşhur Trus, Bolbes və Bıvalıy (Axmaq, Qorxaq və Çoxbilmiş) triosunun çəkildiyi novellanın Leninqradda qarlı havada çəkilişi planlaşdırılır. Amma bu dəfə də hava Qayday və komandasını çətinə salır. Leninqradda hava günəşli keçir. Nəticədə qar səhnəsinin realist olması üçün uzaq şəhərlərdən qarla dolu 12 yük maşını gətirilir. Amma çəkilişlər başlamamış həmin qar da əriyir. Belə olan halda, Qayday pambıq və naftalindən istifadə edərək ekranda süni qar effekti yaratmağı qərarlaşdırır.
Bu addım çox uğurlu alınır və tamaşaçılar günə kimi "I əməliyyatı" novellasındakı səhnələrdə əsl qarlı havanın olduğunu zənn edilər.

1965-ci il fevralın 25-də senzura funksiyalarını icra edən Bədii Şura filmi müzakirəyə çıxarır. Bəzi səhnələrin filmdən çıxarılması tələb olunur və ona 2-ci dərəcəli film kateqoriyası verilir.

Amma "Mosfilm"in baş direktoru V.Surinin Kinematoqrafiya üzrə SSRİ Dövlət Komitəsinin sədri A.Romanova məktubundan sonra filmə tətbiq edilən senzura yumşaldılır və ekranlara çıxmaq üçün 1-ci dərəcəli kateqoriya verilir.

"I əməliyyatı və Şurikin digər macəraları" filmi 1965-ci il avqustun 16-da ekranlara çıxır və ilk gündən böyük ajiotaj yaradır. Yüngül komediya janrında çəkilsə də, Sovet cəmiyyətinin bir sıra çatışmazlıqlarını yumoristik dillə əks etdirən filmdə səslənən bir çox ifadələr xalq arasında geniş yayılır, bəzi səhnələr isə üstündən 57 ilk keçməsinə rəğmən hələ də tamaşaçını güldürməyə və düşündürməyə qadirdir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3330   Tarix: 17 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyini müəyyən edən əsas amildir

"Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyini, cəmiyyətin sağlamlığını və milli-mənəvi dəyərlərin davamlılığını müəyyən edən ən mühüm məsələlərdən biridir. Çünki sağlam, savadlı, vətənpərvər, yüksək mənəvi keyfiyyətlərə malik gənc nəslin yetişdirilməsi yalnız ailəni

19 oktyabr
.

Gözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?

Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

18 oktyabr
.

Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş

Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli

18 oktyabr
.

Yasamalda qanunsuz tikinti narazılıq yaratdı

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə

19 oktyabr
.

1214 şagirdi SEVİNDİRƏN XƏBƏR - Nazirlik məlumat yaydı

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları

18 oktyabr
.

Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib

18 oktyabr
.

Alyona Əliyeva konsertdə - Fotolar

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:

19 oktyabr
.

Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər

Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils

18 oktyabr
.

65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK

Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin

17 oktyabr