Səkkiz kəndin Azərbaycana qaytarılması prosesi başladılıb – TƏHLİL

Səkkiz kəndin Azərbaycana qaytarılması prosesi başladılıb – TƏHLİLDövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri general-mayor Elçin İbrahimov avqustun 16-da keçirilən mətbuat konfransında deyib ki, Qazaxın işğal altındakı yeddi kəndi ilə bağlı məsələ delimitasiya mövzusudur.

2020-ci ilin 10 noyabrında Azərbaycanla Ermənistan arasındakı müharibəni bitirən üçtərəfli sənəd imzalandıqdan dərhal sonra Qazaxın yeddi kəndinin (Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli) və Naxçıvanın Kərki kəndinin də işğaldan azad ediləcəyi fikirləri hərbi-siyasi polemikaların mərkəzində yer alıb.

Azərbaycan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərə baxışı ilə həmin səkkiz kəndin taleyini paralel şəkildə gündəmdə saxlayıb.

Çünki səkkiz kəndin Azərbaycana qaytarılması mövzusu, mümkündür ki, 10 Noyabrdan əvvəlki təmaslarda şifahi razılaşma predmeti olub, sadəcə, bunu birdən-birə erməni cəmiyyətinə yedirtmək baş nazir Nikol Paşinyan üçün çətin olacaqdı.

Tədrici proseslərlə səkkiz kəndin taleyinin Azərbaycanın suverenliyi və yurisdiksiyası altına keçməsinə hazırlıq başladıldı və artıq erməni cəmiyyəti də bu əhvala öyrəşdirilib.

Prezident İlham Əliyev bu ilin mayın 23-də imzaladığı sərəncamla Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Komissiya yaratdı. Komissiyanın tərkibinə baxdıqda aydın oldu ki, Qazaxın yeddi kəndi və Kərki kəndi də delimitasiya prosesi çərçivəsində Azərbaycana qaytarılacaq, yəni gündəmdə qalan məsələ rəsmiləşərək zəruri hüquqi tədbirlər kompleksi sferasına daxil oldu.

Elə həmin zamanı səkkiz kəndin Azərbaycana qaytarılması prosesinin ilkin hüquqi addımı kimi qiymətləndirməliyik.

Hüquqi tələbləri "sıfır nöqtə"dən çıxış kimi dəyərləndirmək fonunda Qazaxın işğal altındakı kəndlərində Rusiya və Ermənistan hərbçilərinin görünməsini normal hesab etmək lazımdır.

Ona görə ki, əhalinin təhlükəsizliyi, hərbi insident risklərinə qarşı preventiv tədbirlər kimi rus və erməni hərbçilərin ərazidə xidmət aparmaları lazımdır.

Qazaxın yeddi kəndi və Kərki kəndini Zəngəzur dəhlizi məntiqinə inteqrasiya etmək vacibdir, çünki perspektiv koridorun problemsiz açılması anklav məsələlərin həlli ilə əlaqədardır.

Ermənistanda isə bir qədər qorxu var. Həyəcan ondan ibarətdir ki, yeddi kənd geri verilərsə, Ermənistanın şimalı ilə cənubunu birləşdirən xətt və Gürcüstana gedən yolun arteriyası qırılacaq, yəni Azərbaycanın nəzarətinə keçəcək. Çünki həmin yolun bir hissəsi Qazaxın işğal altındakı kəndlərindən keçir.

Yeddi kəndin delimitasiya prosesində Azərbaycana verilməsi qeyd etdiyimiz yolun arteriyasının qırılması tendensiyası ilə müşayiət edilsə, rəsmi Bakı magistral üzərindən ikinci üstünlük qazanacaq.

Yəni Gorus-Qafan yolunun 21 kilometrinə nəzarət edən Azərbaycanın delimitasiyadan sonra Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunda postlar qurması qaçılmaz proses kimi görünür.

Qazaxın yeddi kəndi Zəngəzur dəhlizi ilə bağlı Azərbaycana alternativ bir üstünlük də təqdim edir. Ermənistan onsuz da əvvəldən Azərbaycanın Naxçıvanla quru əlaqəsinin yaradılması üçün İrəvan şimal dəhlizi (Qazax-İcevan-İrəvan-Naxçıvan) istiqamətindəki dəmiryolu xəttinin işə salınmasını istəyirdi.

Azərbaycan isə bunun əvəzində daha qısa və sərfəli Zəngilan-Mehri-Naxçıvan marşrutunu ön planda tutur.

İndi Ermənistanın Azərbaycana hansı marşrutu verəcəyi dəqiq deyil, amma ehtimal etmək olar ki, İrəvan Bakının üstünlük verdiyi marşrutla razılaşsın.

Bir məqamı nəzərdən qaçırmaq lazım deyil, 10 Noyabrdan sonrakı ilkin mərhələdə nəqliyyat marşrutları bir-birindən ayrı tutulurdusa, növbəti etaplarda bu, bir-birinə inteqrasiya edilmiş plan kimi ortaya çıxır.

Qazax-İcevan marşrutu üzrə yeni hərəkət trayektoriyası Rusiyanın da marağındadır. Amma Kremlin maraq dairəsi bir qədər üçüncü tərəfə basqı xarakteri daşıyır, söhbət Moskvanın Gürcüstana təzyiq yaratması üçün qazana biləcəyi növbəti rıçaqdan gedir.

Azərbaycan isə Gürcüstanla mübahisəli məcraya getmək niyyətindən uzaqdır. Çünki Azərbaycanla Türkiyə Gürcüstanın tərəfdaşıdır və Bakı-Ankara ikilisi bu ölkəni təhlükəsizlik zolağına çəkmək xəttini tuturlar.

Ona görə də Azərbaycanla Türkiyə həmin yolun Gürcüstana təzyiq vasitəsi kimi nəzərdən keçirilməməsi üçün Rusiya ilə danışıqlar aparacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6019   Tarix: 17 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyini müəyyən edən əsas amildir

"Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyini, cəmiyyətin sağlamlığını və milli-mənəvi dəyərlərin davamlılığını müəyyən edən ən mühüm məsələlərdən biridir. Çünki sağlam, savadlı, vətənpərvər, yüksək mənəvi keyfiyyətlərə malik gənc nəslin yetişdirilməsi yalnız ailəni

19 oktyabr
.

Gözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?

Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

18 oktyabr
.

Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş

Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli

18 oktyabr
.

Yasamalda qanunsuz tikinti narazılıq yaratdı

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə

19 oktyabr
.

1214 şagirdi SEVİNDİRƏN XƏBƏR - Nazirlik məlumat yaydı

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları

18 oktyabr
.

Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib

18 oktyabr
.

Alyona Əliyeva konsertdə - Fotolar

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:

19 oktyabr
.

Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər

Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils

18 oktyabr
.

65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK

Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin

17 oktyabr