Maldiv adalarında azərbaycanlı turistlər üçün xüsusi təklif - FOTOLAR

Maldiv adalarında azərbaycanlı turistlər üçün xüsusi təklif - FOTOLARDünyanın ən məşhur istirahət yerləri arasında ən tanınmış, turistlər tərəfindən ən çox ziyarət olunan, hər kəsin yüksək səviyyədə istirahət edə bildiyi, üstəlik, gözəl təbiətlə okeanın vəhdətindən ibarət Maldiv adalarında "Niyama" və "Anantara" hotelləri qonaqlara istirahətə olan yeni yanaşmanı, sağlam istirahət növlərini və unudulmaz tətili vəd edir.

Hind okeanının ortasında dinclik və əmin-amanlıq cənnəti vəd edən "Niyama Private Islands" Maldiv kurortu üç səviyyədə xüsusi kulinariya təklifləri hazırlayıb.

Qonaqlar ağac tacları hündürlüyündə yerləşən "Nest" restoranında Asiya mətbəxinin ləzzətlərini dada bilərlər; cəngəllik və məşəl işığı ilə əhatə olunmuş yerdə – "Tribal" restoranında Afrika və Cənubi Amerika mətbəxi təqdim olunur.

Qonaqlar suyun 6 m dərinliyində "Subsix" restoranında şampan ilə müşayiət olunan səhər yeməyi ilə özünə həzz yaşada və sahildən 500 m aralıda yerləşən, oraya yalnız qayıqla gedilə bilən "Edge" restoranında isə səyahətçilər müasir Maldiv üslubunda mətbəxin təamlarından dadmaq imkanını əldə edəcəklər. Kurortun təklifləri bununla bitmir: sahildə iki yeni yemək konsepsiyasının tətbiqi
ilə adanın qastronomik seçimləri daha da genişlənir. Bunlar Asiya küçə yeməkləri təklif edən "Street Food on the Beach" və barbekü salonu "Rum, Ribs and Reggae" restoranlarıdır.

Maldiv adalarında azərbaycanlı turistlər üçün xüsusi təklif - FOTOLARAğ qumlu çimərlik, kristal təmizliyə malik mavi okean, su üzərində villalar və hovuzda səhər yeməyindən ibarət mütləq atributlarla yanaşı, Dhaalu Atolldakı "Niyama Private Islands" kurortu qonaqlara daha çox şey təklif edir – Afrikaya teleportasiya. Heç yerə uçmağa ehtiyac yoxdur, sadəcə "Tribal" restoranında şam yeməyi sifariş etməyə dəyər ki, bura Hind okeanında Mərkəzi və Cənubi
Amerika, milli Afrika yeməklərini təqdim edən yeganə restorandır.

"Niyama Private Islands" kurortu təklik və sakitlik axtaranlar üçün idealdır. O, Maledən 40 dəqiqəlik uçuş məsafəsindəki Dhaalu Atollunda yerləşir. Kurort iki adanı – Çill və Pley adalarını tutur ki, onlar da konseptinə görə biri istirahət, digəri əyləncə üçün olmaqla fərqlənir. "Niyama Private Islands Maldives" hotelinin spa mərkəzi indi dünyanın ən çox tələb olunan IV-terapiyalardan biriylə – ən müasir NAD+ ilə öyünür. İki saatlıq müalicənin dərini təmizlədiyi və saçları gücləndirdiyi sübut edilmişdir. Son araşdırmalar göstərir ki, NAD+ beyin və qaraciyər funksiyasını yaxşılaşdırmağa, yaddaş itkisini yavaşlatmağa və yaşlanma əlamətləri ilə mübarizə aparmağa kömək edir.

Maldiv adalarında azərbaycanlı turistlər üçün xüsusi təklif - FOTOLAR"Niyama Drift Spa" adlı spa mərkəzinin yeniliyi, deyilənə görə, sağlamlığa yanaşmanı büsbütün dəyişdirən ən müasir epigenetik testlərdir. Test zamanı xüsusi aparat insanın saç folikullarını təhlil edir və istənilən qida həssaslığı və allergiyasını ortaya çıxarır. Epigenetik testlər orqanizmin fəaliyyətindəki problemləri də aşkar edə bilər.

Bu tapıntılara əsasən, evə aparılması və kurortdan qayıtdıqdan sonra istifadəsinin davam etdirilməsi mümkün olan 90 günlük Fərdi Qidalanma Planı ("Optimal Wellness Nutritional") yaradılacaq.

Maldiv adalarındakı sahil xəttində yeganə sörfinq məkanı mövcud olan "Niyama Private Islands" premium kurortu sörfçülər üçün üç yeni təşəbbüs təqdim edir.

Maldiv adalarında azərbaycanlı turistlər üçün xüsusi təklif - FOTOLARPeşəkar sörf fotoqrafı Naomi Adbib yüksək sörf mövsümündə iyulun sonuna qədər kurortun dalğalarında qonaqların nailiyyətlərini çəkmək üçün kurortda daim yaşayır. Bu, sörfçülərə bacarıqlarını növbəti səviyyəyə qaldırmağa kömək edəcək qabaqcıl sörf məşqçisi Cris Millsin adaya gəlişi ilə üst-üstə düşür. Vodi adlı sörf nöqtəsi Pley adasının sahilində yerləşir. Burada sörfçüləri bəzən köpüklü təpəcikləri ilə müşayitə olunan güclü sol dalğalar gözləyir. Adanın şərqində, qayıqla beş dəqiqəlik məsafədə sürətli və güclü sağ dalğaları ilə məşhur Kasabu nöqtəsi yerləşir. Burada mart və noyabr ayları arasındakı dövrdə daha güclü dalğalarla bütün il boyunca sörfinqdən həzz ala bilərsiniz.

Yerli məkanları xüsusilə cəlbedici edən məfhum burada çox sayda idmançının olmamasıdır. Anantara əfsanəvi Tayland qonaqpərvərliyinin təcəssümüdür. Qrupun hotelləri planetin ən heyrətamiz guşələrində yerləşir və səyahətçilər ilə yerli mədəniyyət, ölkənin sakinləri və onların adət-ənənələri arasında əlaqə rolunu oynayır. Hər bir Anantara kurortunun yaradılması onun yerləşdiyi yer istər müasir meqapolis, istər səhra, istərsə də cəngəllik olsun, həmin yerlərin mədəni ənənələri, irsi və təbii gözəlliklərindən ilham alınaraq başlanır. 2019-cu ilin əvvəlində "Anantara Dhigu Maldives Resort" kurortu özünün təmir edilmiş sahil villalarını təqdim etdi. Gözəl sahil zolağında, yaşıllıqlarla əhatə olunmuş villalar Maldiv adalarının rahat atmosferinə mükəmməlcəsinə uyğunlaşır.

İdeal Maldiv tətilindən tam şəkildə zövq almaq üçün hotel hər zövqə uyğun geniş çeşiddə villalar təklif edir: bunlar çimərliyə birbaşa çıxışı olan "Sunrise Beach Villa" və "Sunset Beach Villa", həyətində şəxsi hovuzu olan "Anantara Pool Villa", geniş "Two-Bedroom Family Villa" və böyük hovuzu ilə terrası olan "Two- bedroom Anantara Pool Villa"dır. "Anantara Dhigu" kurortu hazırda yorğunluğu aradan qaldırmağa və gələn qonaqlara enerji verməyə kömək etmək üçün vitamin damcıları ilə müalicə üsulu olmaqla da, bir sıra IV-Terapiya prosedurlarına malikdir. IV Terapiya prosedurunun xüsusiyyəti bundan ibarətdir ki, lazımi vitaminlər, minerallar və amin turşuları venadaxili yeridilir.

Maldiv adalarında azərbaycanlı turistlər üçün xüsusi təklif - FOTOLARBeləliklə, faydalı maddələr daha yaxşı sorulur və bir saatlıq prosedurdan dərhal sonra bütün bədənə dərhal təsir göstərir. Sağlamlığını düşünənlər və sağlam həyat tərzi sürməyə yeni başlayanlar üçün "Anantara Dhigu" və "Anantara Veli" yeni sağlamlıq konsepsiyası hazırlayıb. İndi qonaqlar burada yaşayan diyetoloq sayəsində çoxsaylı sağlamlıq və kurort müalicələrindən əlavə, fərdi qidalanma məsləhətləri, sağlam həyat tərzi və düzgün qidalanma ilə bağlı seminarlardan və balanslaşdırılmış qidalanma üzrə ustad dərslərindən həzz ala bilərlər.

Cənubi Male Atollunda yerləşən üç ada kurortu – ailə tərəfindən idarə olunan "Anantara Dhigu", yalnız böyüklər üçün nəzərdə tutulmuş "Anantara Veli" və 20 villadan ibarət butik mini-hotel "Naladhu Private Island" bir-birindən bir neçə dəqiqəlik, Male hava limanından isə sürətli qayıqla 30 dəqiqəlik məsafədə yerləşir.

Maldiv adalarında azərbaycanlı turistlər üçün xüsusi təklif - FOTOLARMaldiv adalarında azərbaycanlı turistlər üçün xüsusi təklif - FOTOLARMaldiv adalarında azərbaycanlı turistlər üçün xüsusi təklif - FOTOLARMaldiv adalarında azərbaycanlı turistlər üçün xüsusi təklif - FOTOLARMaldiv adalarında azərbaycanlı turistlər üçün xüsusi təklif - FOTOLARMaldiv adalarında azərbaycanlı turistlər üçün xüsusi təklif - FOTOLARMaldiv adalarında azərbaycanlı turistlər üçün xüsusi təklif - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1744   Tarix: 17 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyini müəyyən edən əsas amildir

"Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyini, cəmiyyətin sağlamlığını və milli-mənəvi dəyərlərin davamlılığını müəyyən edən ən mühüm məsələlərdən biridir. Çünki sağlam, savadlı, vətənpərvər, yüksək mənəvi keyfiyyətlərə malik gənc nəslin yetişdirilməsi yalnız ailəni

19 oktyabr
.

Gözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?

Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

18 oktyabr
.

Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş

Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli

18 oktyabr
.

Yasamalda qanunsuz tikinti narazılıq yaratdı

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə

19 oktyabr
.

1214 şagirdi SEVİNDİRƏN XƏBƏR - Nazirlik məlumat yaydı

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları

18 oktyabr
.

Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib

18 oktyabr
.

Alyona Əliyeva konsertdə - Fotolar

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:

19 oktyabr
.

Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər

Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils

18 oktyabr
.

65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK

Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin

17 oktyabr