Gənclər və İdman Nazirliyində külli-miqdarda yeyinti AŞKARLANDI

Gənclər və İdman Nazirliyində külli-miqdarda yeyinti AŞKARLANDIGənclər və İdman Nazirliyində mövcud vakant vəzifələrin "Dövlət qulluğu haqqında " qanunun tələblərinə uyğun olaraq tutulması ilə bağlı zəruri addımlar atılmayıb.

Redaktor.az xəbər verir ki, bu, Gənclər və İdman Nazirliyi və tabeliyində olan qurumlar (seçmə qaydada) tərəfindən dövlət vəsaitinin və digər dövlət qurumlarının idarə olunmasının və istifadəsinin auditinə dair Hesablam Palatasının audior hesabatında əksini tapıb.

Audit 2020-2021-ci illərdə dövlət büdcəsi xərclərinin funksional təsnifatının "Ümumi dövlət xidmətləri", "Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət", "Əsas bölmələrə aid edilməyən xidmətlər" bölmələrindən 2020-ci ildə 28,6 milyon manat, 2021-ci ildə 31,5 milyon manat olmaqla, auditin əhatə etdiyi illərdə cəmi 60,1 milyon manat məbləğində vəsaiti əhatə edib.

Sənəddə qeyd edilib ki, maliyyə vəsaitlərinin idarə olunması ilə bağlı fəaliyyətin düzgün təşkil edilməməsi və xərcləmələr üzərində nəzarət fəaliyyətinin qurulmaması bu sahədə bir sıra nöqsanlara yol açıb. Faktiki olaraq 2020-ci ilin may ayında sökülən tikililərə görə Nazirlik tərəfindən ümumilikdə 26,9 min manat sığorta haqqı ödənilib, 2021-ci ilin yekunlarına görə ən yüksək nəticə göstərmiş idmançılar və onların məşqçilərinin mükafatlandırılması ilə bağlı ödənilmiş 464 min manat məbləğində vəsaitin icrası təmin edilməyərək hesabda saxlanılıb. Xarici valyuta kurslarının 53 halda düzgün tətbiq edilməməsi hesabına 79,4 min manat əlavə büdcə vəsaitinin xərclənməsinə yol verilib. O cümlədən Azərbaycan Yelkənli İdman Federasiyasının "AGBank" ASC-də olan hesablaşma hesabına 20 aprel 2020-ci il tarixində 100 min manat məbləğində ödənilmiş vəsait həmin bankın 27 aprel 2020-ci ildə bağlanması səbəbindən hesabda qalıb.

Bir sıra idman federasiyaları, eləcə də idman məktəbi tərəfindən yığma komandanın üzvlərinin beynəlxalq yarışlara və Olimpiyada oyunlarına hazırlanması, həmçinin federasiyanın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə maliyyə köməkliyinin göstərilməsi ilə bağlı etdiyi müraciətlər əsasında təsdiq edilmiş büdcəsində nəzərdə tutulmasa da, Nazirlik tərəfindən təyinat dəyişikliyi edilərək 5 federasiya və 1 idman məktəbi üzrə ayrılmış xərclər smetasında nəzərdə tutulmayan 435,1 min manat vəsaitin ayrılması təmin edilib. Federasiyalara və idman məktəbləri ilə bağlanmış müqavilələr üzrə öhdəliklərin icrasına, həmçinin hesabatlılığa nəzarətin təmin edilməməsi ayrılmış vəsaitlər üzrə məqsəd-nəticə uyğunluğunun ədalətli müəyyənləşdirilməsi imkanlarını məhdudlaşdırıb. Müxtəlif beynəlxalq yarışlara milli komandaların lazımi səviyyədə hazırlığına şərait yaradılması məqsədilə təlim-məşq toplanışlarının təşkil olunması, eləcə də bir neçə yarışda iştirakla bağlı vəsaitlərin icrası zamanı milli yığmanın üzvü olmayan idmançının siyahıya daxil edilməsi, müraciətdə göstərilmiş müddətlərdən əlavə günlərin əhatə olunması, ezamiyyət günlərinin düzgün nəzərə alınmaması kimi nöqsanlar hesabına ümumilikdə 202,8 min manat artıq vəsait ödənilib.

Seçmə qaydada Respublika Olimpiya Mərkəzi üzrə toplanmış audit sübutları icarəyə verilmiş əmlak üzrə 32,8 min manat haqqın toplanılmadığını, dövlət əmlakının icarəyə verilməsi ilə bağlı hüquqi aktlarda əks olunmuş tələblərin reallaşdırılmaması və icarə haqlarının aşağı səviyyədə müəyyənləşdirilməsi ilə bu istiqamətdə əlavə gəlirlərin əldə edilməsi imkanlarından istifadə olunmadığını deməyə əsas verir.

Yüksək nəticələr göstərmiş idmançıların mükafatlandırılması məqsədilə vəsaitlərin istifadəsi zamanı komanda hesabı ilə yer tutan, eləcə də qeyri-olimpiya proqramları üzrə dünya və Avropa çempionatları, həmçinin Kubok yarışlarında yüksək nəticələr göstərmiş idmançılar və onların məşqçilərinin mükafatlandırılması nəticəsində 125,2 min manat məbləğində vəsaitin təyinatı dəyişdirilib.

Layihələrin və tədbirlərin həyata keçirilməsinə hazırlıq prosesində tələblərin düzgün müəyyənləşdirilməməsi, eləcə də mövcud potensialların dəyərləndirilməməsi səbəbindən daha baha qiymətlərin tətbiq olunması vəsaitlərin artıq istifadəsi ilə nəticələnib. Bir neçə halda düzgün iddiaçının seçilməməsi layihələr üzrə öhdəliklərin üçüncü tərəfə ötürülməsinə səbəb olub. Qeyd edilənlər bu istiqamətdə 310 min manat artıq vəsaitin istifadəsinə yol açıb.

Yay Olimpiya və Paraolimpiya oyunları ilə bağlı ayrılmış vəsaitlərin bəzi hallarda təyinatının dəyişdirilməsi, eləcə də fərqli federasiyalara ayrılmış vəsaitin digər istiqamətlərə yönəldilməsi dövlət vəsaitlərinin nəticəliliyinin qiymətləndirilməsinə şərait yaratmamaqla bərabər son nəticələrə də təsir göstərib. Hüquqi aktların tələblərinə riayət edilməməsi və iştirak sayının nəzərə alınmaması artıq vəsait ödənişinə şərait yaradıb. İcra olunmamış 11 milyon manat məbləğində vəsaitin 6 milyon 46,3 min manatı olimpiya növləri üzrə federasiyalara, 100 min manatı isə Paraolipmiya oyunları ilə bağlı istiqamətlərə yönəldilib. Bu, cəmi Olimpiya oyunları ilə bağlı xərclərin 56 faizinə bərabər olub. Milli Olimpiya Komitəsi tərəfindən istifadə edilmiş 901,4 min manat da daxil olmaqla, ümumi vəsaitin 64,2 faizi birbaşa Olimpiya oyunlarının keçirilməsi ilə bağlı olub. Digər hissə – 35,8 faizi isə bəzi hallarda birbaşa əlaqəsi olmayan, bəzi hallarda isə təyinatdan kənar istiqamətlərə yönəldilib. Qeyd edilənlər Olimpiya oyunların ilə bağlı müxtəlif federasiyalara ayrılmış vəsait üzrə 393,7 min manat artıq məbləğin icra edildiyini göstərir.

Audit zamanı o da üzə çıxıb ki, bəzi hallarda Nazirlik tərəfindən ictimai birliklər arasında qrant müqavilələrinin mövzusu olan məsələlər satınalma müqavilələri vasitəsi ilə icra edilib, o cümlədən ictimai birliklərlə də belə müqavilələr bağlanılıb.

Həmçinin ehtimal olunan qiymətlərin hesablanmaması bəzi zallarda malların, işlərin və xidmətlərin baha qiymətə alınmasına səbəb olub. İddiaçılarla bağlı meyarların göstərilməməsi bir sıra hallarda müqavilələrin icrası prosesində müqavilə üzrə tərəflərin dəyişməsi ilə nəticələnib.

Ümumilikdə XXXII Yay olimpiya və Paraolimpiya Oyunlarına hazırlıqla bağlı xərclər dövlətə məxsus əmlakın icbari sığortası, müxtəlif federasiyalara ödənilmiş maddi yardım, gənclər siyasəti ilə bağlı tədbirlər, digər başqa nöqsanlar üzrə ümumilikdə 601,7 min manat məbləğində vəsaitin bərpasını, ilin yekunlarına görə nəticə göstərmiş idmançılara ödənilmiş, lakin onlar tərəfindən alınmamış və tranzit hesab üzrə yaranan vəsait üzrə 464 min manat vəsaitin aidiyyatı üzrə icra olunmasının, 1 yanvar 2022-ci il tarixə yaranmış olan debitor borcdan "Bədən tərbiyəsi və idmanın təşkili" və "Gənclər siyasəti" paraqrafı, həmçinin XXXII Yay olimpiya və Paraolimpiya Oyunlarına hazırlıqla bağlı xərclər üzrə ümumilikdə 1 677,7 min manat debitor borcun bağlanmasının nəzərə alınması təklif edilib. Ümumilikdə 798,9 min manat vəsaitin müvafiq qaydada bərpası, 1 yanvar 2022-ci il tarixə yaranmış olan debitor borclardan qalan 1 921,3 min manat məbləğində debitor borcun bağlanması üzrə tədbirlərin həyata keçirilməsi tövsiyə edilib.

Auditor hesabatında qeyd olunan nöqsanların aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər həyata keçirilməsinin və görülmüş işlər barədə 1 ay müddətində Hesablama Palatasına məlumat təqdim olunmasının əks etdirilməsi tövsiyə olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1826   Tarix: 18 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021