"Ermənilərin Laçında törətdikləri yanğınlar onların necə barbar və vəhşi millət olduqlarının sübutudur" - DEPUTAT
Avqustun sonuna qədər Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk etməli olan, Azərbaycan ərazisində qeyri-qanuni məskunlaşmış ermənilər evləri yandırmağa, dağıtmağa, meşələrə od vurmağa davam edirlər.
Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, ermənilərin Laçında törətdikləri yanğınlar onların necə barbar və vəhşi millət olduqlarının sübutudur:
"30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan ermənilər burada misli görünməmiş vəhşiliklər törədiblər, yaşayış məntəqələrini və tarixi abidələri dağıdıblar. Ermənilər yandırdıqları evləri öz zəhmətləri hesabına tikmədiklərinə görə bunu rahat şəkildə ediblər. Bu gün ermənilərin Laçında yandırdıqları mülklər vaxtilə onların oradan qovub çıxardıqları azərbaycanlıların evləridir.
Bilirsiniz ki, oxşar vəziyyətlə ermənilərin Kəlbəcəri boşaltması zamanı da üzləşmişdik. Tarix boyu ermənilər yaşadıqları bütün ərazilərdə digər xalqlara məxsus olan tarixi-mədəni abidələri dağıdaraq onların hələ də müasir xalq yox, vəhşi qəbilə olduqlarını göstərirlər. Kəlbəcər və Laçında baş verənlər bunun bariz nümunəsidir.
Təəssüf ki, 30 il ərzində olduğu kimi, bu gün də dünya birliyi ermənilərin bu barbarlığını görməməzlikdən gəlir. Bu da ölkəmizə qarşı göstərilən ikili münasibətin sübutudur. Amma hesab edirəm ki, beynəlxalq təşkilatlar, o cümlədən də insan haqları, ekoloji, siyasi qurumlar bu məsələni diqqətdə saxlamalıdırlar".
Deputat vurğulayıb ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, Azərbaycan tərəfi Laçın dəhlizinə paralel yeni yolun tikintisini həyata keçirdi və Ermənistan tərəfindən Laçında qanunsuz olaraq məskunlaşdırılan ermənilərə şəhəri, eləcə də dəhliz üzərindəki 3 kəndi boşaltmaq üçün avqustun sonunadək vaxt verildi:
"Bu gün dünyanın gözü önündə Laçın dəhlizi boyunca ərazilər yandırılıb, məhv edilir. Hesab edirəm ki, bu müddətdə erməni vandalizminin, cinayətkarlığının cəzalandırılması ilə bağlı da beynəlxalq məhkəmələrə müraciətlər olunmalı, səbəbkarlar ağır şəkildə cəzalandırılmalıdır.
Əslində bu gün Laçında baş verənlər Ermənistan siyasətinin mərkəzində terrorçuluğun dayandığının və 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq, onların terrorçu xislətinin dəyişmədiyinin sübutudur. Artıq bu vəhşiliyin və vandallığın qarşısının alınması üçün Ermənistana ciddi təzyiqlər göstərilməlidir. Xüsusilə də məsələ həmin ərazidə fəaliyyət göstərən rus sülhməramlılarının diqqətinə çatdırılmalıdır. Çünki bu hadisələr, göründüyü kimi, məhz sülhməramlıların gözləri qarşısında baş verir. Rusiya sülhməramlıları bu prosesin qarşısını almalıdırlar.
Yandırılan ərazilər Azərbaycanın qədim, eləcə də əbədi-əzəli torpaqlarıdır və oradakı bütün əmlaklar da bizə məxsusdur. Ona görə də ermənilər tərəfindən həyata keçirilən vandal hərəkətlərin qarşısı dərhal və qəti şəkildə alınmalıdır.
Ermənilər bilsinlər ki, hansı təxribatı törətməklərindən asılı olmayaraq, öz çirkin niyyətlərini reallaşdıra bilməyəcəklər. Çünki Laçın rayonu, o cümlədən Zabux və Sus kəndləri yenidən qurulacaq və tezliklə həmin ərazilərin əsl sahibləri öz ata-baba yurdlarına qayıdacaqlar".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Narı dənələri ilə yemək olar? - Qastroenteroloqdan CAVAB
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Pomidor haqqında bilmədiyiniz on iki maraqlı fakt
Ərdoğandan təbrik mesajı: "Qardaşım İlham Əliyevlə kədər və sevincdə bərabərik" - Foto
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Mələkxanım Eyubovanın ailəsində ağır itki
Suya 3 qaşıq əlavə edin, dabanlarınız yumşalsın
Alimlər ən bədbəxt nəsli müəyyən etdilər: artıq xoşbəxt mərhələ deyil
Prezident onları təltif etdi - Siyahı