Geyimlərə daşınan kriminal ALƏM: "Bu cür düşünən analar sonda oğulları tərəfindən döyülürlər..." - FOTO

Geyimlərə daşınan kriminal ALƏM: "Bu cür düşünən analar sonda oğulları tərəfindən döyülürlər..." - FOTOSosial şəbəkələrdə üzərində kriminal aləmə məxsus sözlərin əks olunduğu uşaq "body"lərinin fotoları yayılıb. "Bu evdə mənim sözüm keçər", "Ağıllı olun, 9 ay içəridə yatdım" tipli cümlələrin uşaq paltarlarının üzərinə yazılması geniş müzakirələrə yol açıb.

Elmi araşdırmalara görə, geyim insan davranışına, sağlamlığına və duyğularına birbaşa təsir göstərir. Bəlkə də, bu səbəbdəndir ki, müxtəlif peşələr üçün xüsusi formalar hazırlanır. Çünki üzərindəki paltar insanda həm də məsuliyyət hissi yaradır. Uşaqlar geyindikləri qiyafəni, eləcə də onun üzərindəki yazıların mənasını dərk etməsələr belə, bu onların formalaşma yolunun bir göstəricisidir, valideynlərinin psixologiyasından, baxış bucağından xəbər verir. Ona görə də belə uşaq paltarlarının satışa çıxarılması ciddi narahatlıq doğurur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, geyimlərin üzərindəki bu kimi yazılara heç kim nəzarət etmir:

"Qanunvericilikdə öz əksini tapmayıb. Biz dünyanın müxtəlif ölkələrində bu tipdə yazılar çox görmüşük. Qərbin, Avropanın, ABŞ-ın pis adətləri Azərbaycana gəlir, əxlaqa mənfi təsir göstərir. Düşünürəm ki, bizə yaraşmayan bir haldır, belə yazılara nəzarət olmalıdır. Qanunvericilikdə mütləq dəyişiklik edilməlidir.

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunda 1995-ci ildən bəri müsbətə doğru dəyişiklik yoxdur. Dəyişikliklərin hamısı istehlakçıların zərərinədir. Dövlət orqanları, eləcə də biznes qurumları Azərbaycana bu cür malların buraxılmasının qarşısını almalıdırlar. Belə getsə, başqa ölkələrdə gördüyümüz biabırçı şeylər ölkəmizə gələcək, bunun isə yolverilməz olduğunu düşünürəm. Biz istehlakçı təşkilatı olaraq bu kimi məsələlərlə ciddi məşğul oluruq və çalışırıq ki, insanlar belə xidmətlərdən uzaq olsunlar".

Psixoloq Vəfa Rəşidova isə məsələnin təhsilsizlikdən qaynaqlandığını deyib:

"Bu, bir tərz sayıla bilməz, belə uşaq geyimi olmaz. Bunun kökündə təhsilsizlik dayanır. Əgər valideynlər belə "body"ləri alıb uşaqlarına geyindirirlərsə, deməli, onlar da istehsalçıyla eyni təfəkkürdədirlər. Uşağın tərbiyəsi ana bətnindən başlayır. Bizim geyimimizdəki hər bir detal ruh halımıza, psixologiyamıza ciddi təsir göstərir. İnsan bunun fərqində olsa, aldığı hər şeyə diqqətlə yanaşar. Məhz biganə yanaşıldığı üçün bu gün cəmiyyətimizdə davranış pozğunluğu olan insanlar, uşaqlar həddən çoxdur".

Həmsöhbətimiz qeyd edib ki, belə paltarların geyindirilməsi, uşaqların bu cür cümlələrlə əzizlənməsi onun bir müddət sonra ailədə dominantlıq etməsinə gətirib çıxara bilir:

"Doğrudur, uşaq üzərindəki yazını dərk edəcək yaşda deyil, ancaq bəzən valideyn onu əzizləyəndə belə cümlələr istifadə edə bilir. Biz belə paltarı övladına geyindirən valideynin onu əzizləyərkən bu tip cümlə qurmayacağına zəmanət verə bilmərik. Həmin sözlərlə böyüyən uşaqlar isə dar dünyagörüşü ilə formalaşırlar. Necə ki içdiyimiz suyun, yediyimiz çörəyin ruhumuza təsiri var, eləcə də geyindiyimiz paltar psixologiyamıza təsir göstərir. Məhz belə faktorlara görə uşaqlarımız təhsildən uzaqlaşır, zövqsüzləşirlər.
Geyim şəxsin kim olmasından, hansı mühitdə böyüməsindən xəbər verir. Ona görə də valideynlər diqqətli olmalıdırlar. Bəzən uşaq yeniyetməlik dövrünə çatıb uyğunsuz bir hərəkət edəndə valideyn təəccüblənir, amma bilməlidir ki, körpə ikən dediyi sözlər, tərbiyə üsulu uşağın bugünkü davranışının əsas səbəbidir".

Psixoloq valideynləri övladlarını uşaq yaşdan rəsmə, musiqiyə, idmana, mütaliəyə yönəltməyə səsləyib:

"Ancaq uşağını məhv etmək, kriminal aləmdə görmək istəyən valideyn belə geyimlərə üz tutar. Bəzən valideyn istəyir ki, oğul övladı böyüyəndə ailədə onun sözü keçsin. Az da olsa, bununla qürur duyanlar var. Ona görə də belə geyim seçimləri edə bilirlər. Amma bu cür düşünən analar sonda oğulları tərəfindən döyülür, qocalar evinə yerləşdirilirlər. Uşağa dominantlıq verəndə gələcəyi düşünmək lazımdır. Sevgi belə olmamalıdır. Övladlarımızı cəmiyyətə yararlı yetişdirməliyik. Valideynlər maariflənməlidirlər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3931   Tarix: 19 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu avtobuslar yenilənir

Metronun "28 May" stansiyasını Sabunçu qəsəbəsi (68 nömrəli tam orta məktəb) ilə əlaqələndirən 49 nömrəli müntəzəm marşrut üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, martın 9-dan "BakuBus" MMC xəttin istismarını həyata keçirəcək. xəbər verir ki, marşrut xəttində 30 böyüktutuml

7 mart
.

13-16 yaş arası uşaqlar bu şərtlə sosial mediadan yararlana biləcək

İndoneziya hakimiyyəti 16 yaşdan kiçik vətəndaşların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırıb. xəbər verir ki, məhdudiyyətlər 28 mart 2026-cı ildən qüvvəyə minəcək və "YouTube", "TikTok", "Facebook", "Instagram", "Threads", "X", "Big

7 mart
.

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edilib

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edilib. xəbər verir ki, paylaşımda deyilir:. "Hörmətli xanımlar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlə

7 mart
.

"Azərbaycan qadının istənilən uğuru Azərbaycanın daha da güclənməsi yolunda bir addımdır" - DEPUTAT

"Tarixin bütün dövrlərində Azərbaycan qadını Vətənimizin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişdir", - bunu -a açıqlama verən deputat Müşfiq Cəfərov deyib: . "Azərbaycan qadınları Şərqin ilk demokratik respublikas

8 mart
.

Alyona Əliyeva 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib. BİG.AZ həmin paylaşımı təqdim edir:

8 mart
.

Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfi İlham Əliyevə zəng edib

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. -a istinadla xəbər verir ki, Məhəmməd Yunis Əl-Mənfi İranın Azərbaycana qarşı həyata keçirdiyi hava hücumunu qınayıb. Prezident İlham Əliyev telefon zənginə və nümayi

7 mart
.

Azərbaycanda işıqlandırma üçün müxtəlif növ lampalardan istifadəyə yol veriləcək

Energetika Nazirliyinin Kollegiyası 27 iyun 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Elektrik qurğularının quraşdırılması Qaydaları"nda dəyişiklik edib. "Report" xəbər verir ki, bununla bağlı nazir, Kollegiyanın sədri Pərviz Şahbazov yeni qərar imzalayıb. Qərara əsasən, Azərbaycand

7 mart
.

15 il həbs verilən görmə məhdudiyyətli məhkumun cəzası azaldıldı - FOTO

Lökbatanda tanışını qətlə yetirməkdə təqsirli bilinən görmə məhdudiyyətli Qulu Abbasovun cəzası azaldılıb. "Qafqazinfo"ya istinadla xəbər verir ki, bununla bağlı Ali Məhkəmə qərar qəbul edib. Məhkəmə kollegiyası məhkumun əməlini xüsusi amansızlıqla adam öldürmə maddəsindən daha yüngül ola

7 mart
.

Azərbaycan ərazisindən keçməklə Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola düşüb

Bu gün Azərbaycan ərazisindən keçməklə Rusiya taxılını Ermənistana daşıyan yeddi vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşüb. xəbər verir ki, qonşu ölkəyə ümumilikdə 488 ton taxıl göndərilib. Qatar Böyük Kəsik stansiyasından Gürcüstana keçərək oradan da Ermənistana yol alacaq

9 mart