Azərbaycanda bu şəxslərin maaşı artırılır
Hərbçilərə tutduqları vəzifəyə və hərbi rütbələrə görə verilən ödənişlərin məbləğinin artırılması təklif olunur.
Milli.Az xəbər verir ki, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) 2025-ci il üzrə məruzəsində qeyd olunub ki, hərbi qulluqçuların pul təminatının artırılması, həmçinin mənzil kirayəsi üçün verilən kompensasiyanın məbləğinin yüksəldilməsi məqsədəuyğun hesab edilir. Bununla bağlı məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Məsələ ilə bağlı hərbi ekspert Emin Həsənli Oxu24.com-a bildirir ki, Azərbaycan dövləti hər zaman hərbçilərə xüsusi diqqət və qayğı ilə yanaşır:
"20 ildən artıq qüsursuz xidmət edən hərbçilər mənzillə təmin edilirlər. İpoteka güzəştlərində birinci yerdə hərbçilərdir, şəhid ailələridir, müharibə əlilləridir.
Şəhid ailələrinə və müharibə əlillərinə də mənzillər verilir, müharibə əlillərinə avtomobillər verilir, onlara Prezident təqaüdü verilir. Hərbçilərin, eyni zamanda, uzun müddət yığılıb qalan məzuniyyət pulları verildi və hesab edirəm ki, ərzaq təminatı pullarıdır ki, 2013-cü ildən bəri qalır, o, da veriləcəkdir.
Dövlətimiz həm hərbçilərin təminatları - sağlamlığından, tibbi təminatdan tutmuş, maddi-mənəvi təminata qədər, hamısı yüksək səviyyədə asudə vaxtın təşkil edilməsi ilə bağlı addımlar atılır. Və bu addımlar daha da müasir dövrün tələblərinə uyğun artırılacaqdır. Biz Ali Baş Komandanın tapşırığı ilə Türkiyə modelinə keçmişik. Qanunvericilik bazası, hüquqi baza ona uyğunlaşır.
Hər il hərbçilərin pensiya təminatı bilirsiniz ki, əvvəl belə idi ki, pensiyada olan hərbçilər hərbi maaş artdıqca artırdı, sonra cənab Prezidentin müvafiq fərmanına uyğun olaraq, məsələn, bu il 10,3% artdı. Hər il 10%-ə yaxın bu məbləğ artım edəndə hərbçilər artıq bu məsələni yüksək razılıqla qarşılayırlar. Bu proses davam edir, müxtəlif istiqamətlərdə bu proseslər aparılır.
Hesab edirəm ki, gələcəkdə də bu istiqamətdə sistemli, ardıcıl olaraq işlər görüləcək. Aidiyyəti qurumlarda bu müzakirələr gedir və biz yaxın zamanlarda bu istiqamətdə xeyli addımların atıldığının da şahidi olacağıq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Rəşid Mahmudovun evində partlayış baş verib?
SON DƏQİQƏ! ABŞ İranın Qeşm adasını bombaladı: 5-6 partlayış baş verdi
Güclü küləklə bağlı xəbərdarlıq
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Kadir İnanırın mirasının məbləği açıqlandı
Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Azərbaycanda siqaret yenidən bahalaşacaq? - İqtisadçıdan AÇIQLAMA
Yeni Azərbaycan Partiyası - milli siyasi iradənin, dövlətçilik ənənələrinin və güclü Azərbaycan məfkurəsinin ifadəsi
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri
Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü: Milli dövlətçilik tariximizin mühüm mərhələsi
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan-Böyük Britaniya arasında əməkdaşliq perspektivləri
Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır - Səbəb nədir? - İQTİSADÇIDAN AÇIQLAMA