"Azərbaycan qadının istənilən uğuru Azərbaycanın daha da güclənməsi yolunda bir addımdır" - DEPUTAT
"Tarixin bütün dövrlərində Azərbaycan qadını Vətənimizin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişdir", - bunu Sonxeber.az -a açıqlama verən deputat Müşfiq Cəfərov deyib:
"Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan qısa müddət sonra ölkədə gender bərabərliyinin təmin olunması istiqamətində əsaslı addımlar atılmış, normativ hüquqi baza formalaşdırılmış və institusional mexanizmlər yaradılmışdır. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir.Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ölkədə son illərdə həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin məşğulluğunun artırılması, sahibkarlığın inkişafı qadınların iqtisadi imkanlarının genişlənməsinə təkan vermiş və onlar arasında işsizlik səviyyəsinin azaldılmasına səbəb olmuşdur. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər
Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir.
8 Mart Beynəlxalq Qadınlar Günü Münasibəti ilə bütün qadınları təbrik edir, onlara ailə səadəti, sağlamlıq, fəaliyyət göstərdikləri sahədə nailiyyətlər arzulayır. Çünki Azərbaycan qadının istənilən uğuru Azərbaycanın daha da güclənməsi və firavanlığı yolunda bir addımdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 443 Tarix: 08 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bu ənənə LƏĞV EDİLİR?
Azərbaycanda toy karvanları illərdir davam edən ənənə kimi sevincin nümayişi hesab olunsa da, son dövrlərdə bu adətin yaratdığı yol hərəkəti çətinlikləri və təhlükəsizlik riskləri ciddi narahatlıq doğurmağa başlayıb. Xüsusilə, intensiv nəqliyyat axınının olduğu ərazilərdə uzun avtomobil karvanlarını
3 mayLeyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva İçərişəhərdəki Qoşa Qala meydanında keçirilən Beynəlxalq Xalça Festivalını ziyarət ediblər. "Report" xəbər verir ki, onlar festivalda nümayiş olunan xalça nümunələri, ənənəvi sənətkarlıq məmulatları
3 mayBu şəxslərin ailə üzvlərinə 400 manatlıq GÜZƏŞT EDİLƏCƏK
Milli Məclisin plenar iclasında Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. -un məlumatına görə, layihədə minatəmizləyənlərin ailə üzvlərinə güzəştlər əksini tapıb. Belə ki, minatəmizləmə zamanı həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı ola
2 mayQeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə BAHALAŞACAQ? - VİDEO
Son vaxtlar ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra meyvə bağlarına, xüsusilə də çiçəklənmə dövründə olan nektarin bağlarına mənfi təsir göstərib. Xaçmaz və Zaqatala rayonlarından olan fermerlər üzləşdikləri çətinliklərlə bağlı Baku TV-yə danışıblar. Onlardan biri bildirib ki
3 mayXİN əməkdaşları "Bakı Marafonu 2026"da iştirak ediblər
Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"da böyük coşqu hissi ilə iştirak ediblər. "Report" xəbər verir ki, bu barədə XİN-in "X"dəki hesabında bildirilib. "Xarici İşlər Nazirliyinin əməkdaşları "Küləy
3 mayCinayət işlərində həbs qərarlarına YENİLİK
İstintaq orqanları və məhkəmələrin həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məsələni obyektiv araşdırması üçün onlar arasında ağlabatan vaxt bölgüsü müəyyənləşdiriləcək. Konstitusiya Məhkəməsi bununla bağlı Milli Məclisə müvafiq tövsiyələr verib. Cinayət-Prosessual Məcəlləyə əsasən, maliyyə əməliyyatları
2 mayPrezidentin qızları və gəlini İncəsənət Məktəbində - Fotolar
Prezident İlham Əliyevin qızları - Leyla, Arzu Əliyevalar və gəlini Alena Əliyeva Buta İncəsənət Məktəbini ziyarət ediblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Alena Əliyeva paylaşım edib. Onlar məktəbdəki əsərlərə baxış keçiriblər. Sözügedən fotoları təqdim edirik:
2 may