Ukrayna qərarını verdi: Müharibə dayanır? - Rusiya riskə getdi

Ukrayna qərarını verdi: Müharibə dayanır? - Rusiya riskə getdiR.T. Ərdoğan Ukraynanı Rusiya ilə masaya oturmağa çağırsa da Ukrayna bunun yalnız rus ordusunun bütün Ukrayna ərazisindən tam çıxarılmasından sonra mümkün ola biləcəyini bəyan etməklə suveren mövqeyini ortaya qoyub.

Sözsüz ki, Ukraynanın bu qəti mövqeyi çox doğru strategiyadır. Müharibə nə qədər uzanırsa uzansın, bu mövqedən geri çəkilmək Zelenskinin böyük yanlışlığı ola bilər. Erməni işğalından fərqli olaraq, Rusiyanın Ukraynadakı müharibəsi sırf torpaq uğrunda olan bir savaşdan daha çox Ukrayna milli dövlətini və Ukrayna milli identikliyini tamamilə özününküləşdirmək, Qərb sevdasını ürəyində qoymaqdır.

Hər kəs kimi, Zelenski də çox yaxşı bilir ki, müharibənin bu mərhələdə dayandırılması və yaxud dondurulması Ukraynanın məhvi ilə nəticələnə bilər. Bu səbəbdən də istər Ukrayna dövləti olsun, istərsə də Ukrayna xalqı sona qədər döyüşməkdə israrlıdır.

Lvovda liderlərin ortaq məxrəcə gəlmədiyini təsdiq edən növbəti detal isə Türkiyə, Ukrayna və BMT liderləri arasında baş tutan görüşün cəmi 40 dəqiqə davam etməsi olub. Bunun da məhz Zelenskinin fikrində qəti olmasından, "Sülh danışıqlarının başlaması üçün əvvəlcə Rusiya tutduqları əraziləri tərk etməlidir" tezisini əsas tutaraq güzəşt barəsində düşünmədiyindən irəli gəldiyi ehtimal edilə bilər.

Bu görüş zamanı yeganə qazanc taxıl və Ukraynanın dünya bazarına çıxışı məsələsi idi ki, Türkiyə və Ukrayna arasında Ankaranın maraqlarına cavan verən milyardlıq layihələrlə bağlı razılığın əldə edildiyi deyilir. Beləcə, Lvov görüşü bir daha təsdiq etdi ki, bu ilin sonuna kimi Ukraynada vəziyyət kritik olaraq qalacaq. Dünyada qiymət artımı davam edəcək, taxıl böhranı Afrika, Asiya və Avropada nəzərə çarpacaq dərəcədə qiymətlərə öz təsirini göstərəcək.

Konkret desək, belə olan təqdirdə Putin və Zelenski arasında müharibə davam etdiyi vaxtda görüşün keçirilməsinin mümkün olmayacağı şübhə doğurmur. Lvov görüşünün nəticələrini analiz edərkən belə anlaşılır ki, sülh danışıqları mövzusu təxirə salındı. Çünki Zelenski danışıqların başladılması üçün şərtini açıqladı. Bu şərt isə Rusiya üçün özünə qəsdə bərabər ola bilər.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev son açıqlamalarının birində bəyan edib ki, Qərb Rusiyaya qarşı hibrid müharibəyə başlayıb. Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı yalnız anti-Rusiya kampaniyası üçün bəhanə kimi istifadə olunur. Amma Kreml özü də çox yaxşı anlayır ki, əslində bu ilin fevral ayında Ukraynaya qarşı müharibəyə başlamaqla özü Amerikaya belə bir fürsət verib ki, Penqaton və Mərkəzi Kəşfiyyat İdarəsi hibrid müharibə vasitəsilə Rusiyanı zəiflətməyə çalışsın.

Lakin Rusiya höküməti bunu etiraf etməklə kollektiv Qərbin və ABŞ-ın oyununa gəldiyini, savaşın yanlış seçim olduğunu bəyan etmiş sayıla bilərlər ki, bu da rəsmi Moskvanın mövqeyinə və ölkə daxilindəki nüfuzuna növbəti ağır zərbə kimi yadda qalacağını anladıqlarından belə bir addım atacaqları inandırıcı görünmür.

Buna görə də müharibə qeyri-müəyyən bir tarixə kimi davam edəcək. Hazırda Ukraynada taktiki döyüşlər davam etsə də, Rusiya diqqətçəkən irəliləyişə nail ola bilmir. Görünən odur ki, Rusiya ordusu nə Donbassın tamamilə tutulmasına nail ola bilir, nə də Xarkov istiqamətində səylərini artıra...

Rusiya sözügedən istiqamətlərdə güclü müqavimətlə üzləşir. Ancaq Ukrayna da böyük qüvvə ilə əks-hücuma keçmir, Rusiyanın arxa cəbhəsindəki cəbhəxanalara zərbələr endirir. Bu zərbələr isə Rusiya ordusunun hücum əməliyyatlarını daha da yavaşlamasına səbəb olur ki, nəticədə tərəflər mövqelərini qorumaq məqsədilə müdafiə xarakterli döyüşlər aparmaq məcburiyyətində qalırlar. Belə olduğu üçün hücum əməliyyatının artacaq itki demək olacağını bəri başdan düzgün analiz edən hər iki tərəf risk etməkdən çəkinir. Proseslərin belə davam etməsi isə heç şübhəsiz ki, ən çox ABŞ-ın işinə yarayır: Ağ Ev üçün Rusiyanın zəifləyib haldan düşməsi Ukraynanın dağılmasından daha önəmlidir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 8671   Tarix: 20 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Təqib etdiyi kişini öldürüb ətrafdakıları da yaraladı - ANBAAN VİDEO

İstanbulun Esenyurt rayonunda daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan kişi küçədə silahlı hücuma məruz qalıb. " "a istinadən xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Videoda öldürülən şəxsdən başqa hadisənin yaxınlığında olan qadının da güll

16 sentyabr 2021
.

Məzarlıqda gördüyü mənzərə dəhşət saçdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan Joel Morrison "Saint Joseph Katolik"qəbiristanlığı ziyarət edərkən təəccüblü bir hadisə ilə üzləşib. xəbər verir ki, qadın məzarların arasında gəzərkən, qəbirlərdən biri onun diqqətini çəkib. Joel məzara yaxınlaşdıqda daşların arasında bir qadına məxsus saçı

17 sentyabr 2021
.

11 ayda 3 dəfə koronavirusa yoluxdu: Heç bir xəstəliyi omayıb

Türkiyənin Qaziantep şəhərində yaşayan 51 yaşlı qadın 11 ayda 3 dəfə koronavirusa yoluxub. -a istinadən xəbər verir ki, koronavirusa qarşı vaksin olunmayan qadın nəfəsdarlığından əziyyət çəkdiyi üçün reanimasiyaya yerləşdirilib. Ağciyəri zədələndiyinə görə, boğazından qidalanan Jale Düşmezer 10 gün əvvə

17 sentyabr 2021
.

Üç ay əvvəl itkin düşmüşdü - Cəsədi tapıldı

Rusiyanın Oryol bölgəsində üç ay əvvəl itkin düşən 9 yaşlı qızın cəsədi tapılıb. Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. Bildirilib ki, Viktoriya adlı azyaşlının cəsədi çoxmərtəbəli binanın zirzəmisində aşkar edilib. Müstəntiqlər hadis

15 sentyabr 2021
.

Sevgilisinin infarkt keçirdiyini görüb, özünü binadan atdı

İstanbulun Pendik hotelində ölümlə nəticələnən hadisə baş verib. Unikal.org-a istinadən xəbər verir ki, sevgilisi ilə birlikdə hotelə gələn 46 yaşlı Abdülmecit Yılmazın qəfildən vəziyyəti pisləşib. Belə ki, kişi 38 yaşlı sevgilisi Zöhrəyə "Ürəyim sıxılır" deyərək, yardım istəyib. Amma kiş

16 sentyabr 2021
.

Rəqs edən qadın meymun tərəfindən qarət olundu - VİDEO

Çində milli parkların birində gülməli hadisə baş verib. Belə ki, qadının təbiət fonunda rəqs etmək həvəsi onun meymun tərəfindən qarət olunması ilə nəticələnib. Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. Kadrlarda qadının oynadığı vaxt bir meymunun çevik hərəkətlə onun çantasını qapıb qaçması ək

16 sentyabr 2021
.

Daha bir ölkə sərhədlərini açdı

Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy

17 sentyabr 2021
.

Şahzadə Harri ilə Meqan Marklın bu fotosu gülüş obyektinə çevrildi

Xəbər verdiyimiz kimi, ABŞ-ın "Time" jurnalı 2021-ci ilin ən nüfuzlu 100 şəxsinin siyahısını açıqlayıb. Həmin siyahıya daxil olan şahzadə Harri və Meqan Markl jurnalın bu mövzuya aid yeddi üz qabığından birində yer alıblar. "Qafqazinfo"ya istinadən xəbər verir ki, cütlüyün sözügedə

17 sentyabr 2021
.

Eyvanda durub arbaletlə atəş açdı: Qurbanlar var - VİDEO

Niderlandın Almelo şəhərində bıçaqlı hücum baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Bundan başqa eyvanda bir kişinin arbaletdən atəş açdığı barədə kadrlar yayılıb. Polis həmin şəxsə atəş açmaq məcburiyyətində qalıb. Nəticədə o, yaralanıb. Hazırda şübhəli saxlanılıb. Həl

18 sentyabr 2021