ABŞ Rusiyanı G-20 sıralarından çıxartdırır: Bayden Putindən niyə qaçır?

ABŞ Rusiyanı G-20 sıralarından çıxartdırır: Bayden Putindən niyə qaçır?ABŞ-ın Ukrayna savaşının uzadılması taktikasından sadəcə, imtina etməsi belə, sülhün təmin edilməsinə yetərli ola bilər, çünki Türkiyə bu problemi böyük uğurla və sürətlə həll etmək imkanlarına malikdir... Ağ Ev İndoneziyaya güclü təzyiqlərlə G-20 zirvə toplantısında prezident Co Baydeni Rusiya lideri Vladimir Putin ilə qarşılaşmaq ehtimalından sığortalamağa çalışır...

Ukrayna savaşının uzanması bütün dünyada dərin böhran zənciri yaradıb. Enerji böhranı dünya dövlətlərinin iqtisadiyyatlarına sarsıdıcı zərbələr vurur. Ərzaq böhranı təhlükəsi dünya əhalisini sürətlə aclıq və səfalətə doğru sürükləyir. Və savaşın bir qədər də uzanacağı təqdirdə, daha qorxunc nəticələrin ola biləcəyi proqnozlaşdırılır.

Düzdür, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi sayəsində İstanbul anlaşmasının imzalanması dünya üçün müəyyən ümid səbəbi yaratdı. Çünki, İstanbul anlaşması "taxıl dəhlizi"nin reallaşmasına və həm Ukraynadan, həm də Rusiyadan buğdanın dünya bazarına çıxarılmasına imkan yaradıb. Halbuki, dünyada iqtisadiyyatın normallaşması üçün bu qətiyyən yetərli deyil.

Milli.Az musavat.com-a istinadən bildirir ki, dünyanın normal həyat şərtlərinə geri dönə bilməsinə nail olmaq üçün ilk növbədə Ukrayna savaşının ümumiyyətlə, dayandırılması həlledici faktor hesab olunur. Hazırda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "taxıl dəhlizi"nə dair İstanbul anlaşmasına nail olduqdan sonra əsas cəhdlərini məhz bu istiqamətə yönəldib. Yəni, Türkiyə lideri Ukrayna savaşının yekunlaşdırılması məsələsində də avanqard rolunu oynayır. Halbuki Ukrayna və Rusiya prezidentləri ilə intensiv təmaslarını davam etdirən Türkiyə lideri bu prosesdə ciddi müqavimətlə də üzləşməkdədir.

Xüsusilə də, Ukrayna savaşının uzadılmasında birbaşa maraqlı olduqları qətiyyən şübhə doğurmayan anqlo-sakslar Türkiyə liderinə dünyaya sülh gətirmək şansı tanımaq istəmirlər. Bu baxımdan, prezident R.T.Ərdoğanın hazırda olduqca ağır bir beynəlxalq missiyanı öz üzərinə götürdüyü şübhə doğurmur. Türkiyə lideri zəngin təcrübəyə malik inadkar dövlət xadimidir. Onun Ukrayna savaşını dayandırmaq cəhdlərinə siyasi dəstək verən nüfuzlu siyasətçilərin də olduğunu nəzərə aldıqda, Türkiyə prezidentinin bu missiyanın da öhdəsindən gələ biləcəyi qətiyyən istisna deyil.

ABŞ-ın keçmiş dövlət katibi, nüfuzlu diplomat Henri Kissincer də Ukrayna savaşının qeyri-müəyyən müddətə uzandılmasının qlobal təhlükə olduğu qənaətindədir. Onun fikrincə, bu, dünyada hərbi-siyasi qarşıdurma mühitini daha da dərinləşdirə bilər. Və səbəbdən də Ukrayna savaşının sülh danışıqları ilə bitirilməsi çox vacibdir.

Ukraynaya NATO üzvlüyü ilə bağlı təklifin böyük səhv olduğunu vurğulayan H.Kissincer dolayısı ilə ABŞ və Qərbi günahkar hesab etdiyinə eyham vurub. O, əmindir ki, əgər, savaş qeyri-müəyyən müddətə uzanarsa, bu, Birinci Dünya Müharibəsinin təkrarına çevriləcək. Və ona görə də, NATO-ya üzv ölkələr tezliklə sülh danışıqlarının mümkün nəticələri barədə öz aralarında razılığa gəlməlidirlər.

H.Kissincerin indiki situasiyada NATO ölkələrinə, eləcə də Rusiya və Ukraynaya əsas təklifi ondan ibarətdir ki, savaşın başlanmasından öncə mövcud olan təmas xəttinə geri dönmək lazımdır. Yəni, Rusiya savaşın başlanmasından sonra işğal etdiyi Ukrayna ərazilərindən qoşunlarını çıxartmalıdır. Buna qarşılıq olaraq isə NATO Rusiya ilə uzunmüddətli münasibətlərinin necə olacağını planlaşdırmalıdır.

Təbii ki, H.Kissincerin sülh modeli hazırda Ukrayna savaşının sonlandırılmasında maraqlı olan dövlətlərə cəlbedici görünə bilər. Hətta bəzi məlumatlara görə, Türkiyə prezidenti R.T.Ərdoğan ilə Soçidə görüşərkən Kreml sahibi Vladimir Putin də təxminən oxşar şərtləri gündəmə gətirib. Buna bənzər tələblər bir müddət öncə Ukraynanın rəsmi dairələri tərəfindən də irəli sürülmüşdü. Və bu, sülh danışıqları üçün ilkin anlaşma mövzusu da hesab oluna bilər.

Ancaq sülh və danışıqlar prosesi qarşısında anqlo-saksların maraqlarına bağlı olduqca ciddi bir əngəl də mövcuddur. ABŞ və onun müttəfiqlərinin planları Ukrayna savaşının uzadılması üzərində qurulmuş kimi görünür. ABŞ rəsmi Kiyev üzərində olan təsir gücünü hazırda birmənalı şəkildə Rusiyaya qarşı güzəştsiz mövqenin tutulması üçün istifadə edir. Ağ Ev bununla savaşın uzadılmasını və Rusiya iqtisadiyyatının tamamilə çökdürülməsini hədəfləyir. Və bu halda, Rusiyanın zəifləyərək, qlobal gücdən regional gücə çevriləcəyinə ümid bəsləyir.

Təbii ki, bütün bunlar onu göstərir ki, Ukrayna savaşının sona çatdırılması istənilən halda, ABŞ prezidenti Co Bayden və Rusiya lideri Vladimir Putin arasında anlaşmadan asılıdır. Ona görə də, İndoneziya rəsmi dairələrinin məhz ABŞ və Rusiya prezidentlərini görüşdürməyə çalışması tamamilə başadüşüləndir. Çünki, Ukrayna savaşının uzanması dünya iqtisadiyyatı kimi, İndoneziyanın maliyyə-iqtisadi sisteminə sarsıdıcı zərbələr vurur. Ona görə də, yəqin ki, İndoneziya kimi, digər ölkələrin də bundan sonra ABŞ və Rusiya prezidentlərinin görüşdürülməsinə yönəlik cəhdləri artan xətt üzrə davam edəcək.

Hər halda, artıq hamı tam dəqiqliyi ilə bilir ki, Ukrayna savaşının əsas ssenari müəllifi və təşəbbüskarı rolunda məhz ABŞ çıxış edir. Yəni, ABŞ Ukrayna üzərindən Rusiyaya qarşı "proxy war" modeli ilə müharibə aparır. Bu baxımdan da Ukrayna savaşının sona çatdırılması da məhz ABŞ və Rusiya prezidentlərinin anlaşması ilə mümkün ola bilər.

Ancaq Ağ Ev sahibi Co Bayden və Rusiya lideri Vladimir Putinin görüşdürülməsinə yönəlik cəhdlərin müsbət nəticə verə biləcəyi hələlik qətiyyən inandırıcı görünmür. ABŞ prezidenti Co Bayden hakimiyyətə gəldiyi ilk gündən Rusiya ilə qarşıdurma xəttinə üstünlük verir. Vaxtilə Ağ Ev sahibi Co Bayden prezident V.Putini "qatil" adlandırmışdı. Ardınca NATO-nun Rusiyaya həddini bildirəcəyi barədə mesajlarla iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirmişdi. İndisə, Ukrayna savaşına münasibətdə ABŞ və Rusiya fərqli "səngərlər"də mövqe tutublar.

Nəhayət, ABŞ siyasi dairələrində Rusiyanın beynəlxalq terrorizmi maliyyələşdirən dövlət kimi tanınmasına yönəlik hazırlığın olduğu da rəsmən elan edilib. İndi Ağ Ev sahibi beynəlxalq terrorzimi maliyyələşdirməkdə suçladığı Rusiyanın prezidenti ilə hansı arqumentlər üzərindən görüşə bilər? Onların hansı mövzuları müzakirə edə biləcəkləri kifayət qədər mübahisəli məsələdir.

Belə bir situasiyada ABŞ və Rusiya prezidentlərinin Ukrayna savaşını müzakirə etmələrindən müsbət nəticə çıxacağına ümid bəsləmək tamamilə yersizdir. Hər halda, nəzərə almaq lazımdır ki, ABŞ hazırda Ukrayna savaşının mümkün qədər uzadılaraq, Rusiyanın zəiflədilməsinin əsas təşəbbüskarıdır. Ona görə də, Ağ Ev sahibinin Ukrayna savaşının dayandırılmasına razılıq verəcəyi o qədər də inandırıcı deyil. Hətta Co Baydenin razılıq verəcəyi təqdirdə belə, bunun qarşılığında Ağ Ev sahibinin Rusiya üçün ABŞ-ın təlimatları ilə idarə olunan dövlətə çevrilmə şərti ilə prezident V.Putinin barışacağı qətiyyən real görünmür.

Əslində, əgər, ABŞ Ukrayna savaşının sona çatmasını istəsəydi, Bayden-Putin görüşünə belə, ehtiyac qalmazdı. Bu halda, ABŞ-ın Ukrayna savaşının uzadılması taktikasından sadəcə, imtina etməsi belə, sülhün təmin edilməsinə yetərli olardı. Çünki, hazırda məhz Türkiyə bu problemi böyük uğurla və sürətlə həll etmək imkanlarına malikdir. Ukrayna və Rusiya Türkiyənin vasitəçilik missiyasına etibar edirlər. Və bu, indi yeganə ən uğurlu nizamlama variantıdır.

Bütün bunları nəzərə aldıqda, ABŞ və Rusiya prezidentlərinin görüşünün baş tutması o qədər də real təsir bağışlamır. Üstəlik, prezident Co Bayden Kreml sahibi ilə görüş ehtimalından qaçmaq üçün əlindən gələn hər şeyi edir. Belə ki, prezident Vladimir Putin bu ilin sonlarında İndoneziyada keçiriləcək G-20 zirvə toplantısına qatılmaq niyyətindədir. Bu, məcburi görüş ehtimalı yaratdığından Ağ Ev sahibini ciddi şəkildə narahat edir.

Ona görə də, ABŞ-ın rəsmi dairələri tərəfindən İndoneziyaya güclü təzyiqlərə başlandığı bildirilir. Əsas məqsəd isə Rusiyanın G-20 zirvə toplantısında iştirak edəcək dövlətlərin siyahısından çıxarılmasına nail olmaqdır. Və bu, baş verəcəyi təqdirdə, Ağ Ev sahibi Co Bayden Rusiya prezidenti Vladimir Putin ilə qarşılaşmaq ehtimalından sığortalanmış olacaq.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 977   Tarix: 20 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

300-dən çox uşaq şprisin qurbanı oldu - qalmaqalın təfərrüatları

Pakistanın Pəncab əyalətində tibbi faciə baş verib. 2024-cü ilin noyabrından 2025-ci ilin oktyabrına qədər azı 331 uşaqda HİV infeksiyası aşkar edilib. Ölümcül virusun yayılma mərkəzi isə Taunsa şəhərində yerləşən dövlət xəstəxanası olub. xarici istinadla xəbər verir ki, jurnalistlərin gizli çəkilişlər

26 aprel
.

Günəşdə iki güclü partlayış qeydə alınıb

Aprelin 25-də Günəşdə iki M sinifli güclü partlayış baş verib. xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Tətbiqi Geofizika İnstitutundan bildiriblər. Birinci partlayış Moskva vaxtı ilə 10:59-da (Bakı vaxtı ilə 11:59) 4423-cü günəş ləkələri qrupunda qeydə alınıb və 7 dəqiqə davam edib. İkinci partlayı

26 aprel
.

İsrail qırıcıları "Hizbullah"ın obyektlərini bombalayıblar

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livanın cənubundakı Nəbatiyə əyalətində "Hizbullah" təşkilatının hərbi obyektlərinə raket zərbələri endirib. "Elnashra" portalına istinadən xəbər verir ki, hava reydləri Əli-Tahir yüksəklikləri və Zautar-əş-Şərqiyə yaşayış məntəqəsini

26 aprel
.

Bu çərəzin qiyməti kəskin BAHALAŞDI

İranda müharibə fıstıq qiymətlərinin son illərdə ən yüksək artımına səbəb olub. Mart ayında fıstığın qiyməti 500 qram üçün təxminən 4,57 dollara yüksəlib ki, bu da 2018-ci ildən bəri ən yüksək göstəricidir. Dünya fıstıq istehsalının 1/5 İranın payına düşür, bəzi illərdə isə ölkə qlobal ixracın 25-30%-n

26 aprel
.

Krevetkadan insana keçə bilən virus - Qorunma yolları açıqlandı

"Gizli ölüm"ə səbəb olan və mutasiyaya uğramış WSSV nodavirusu hazırda istifadə olunan virusəleyhinə preparatlarla müalicə oluna bilir. xəbər verir ki, bu barədə TASS agentliyinə Uzaq Şərq Federal Universitetinin Tibb və Həyat Elmləri Məktəbinin Fundamental Tibb kafedrasının dosenti, fəlsəf

26 aprel
.

ABŞ Venesuelaya Maduro və həyat yoldaşının vəkillərinin xərclərini ödəməyə icazə verdi

Amerika Birləşmiş Ştatlarının rəhbərliyi Venesuela dövlətinə ölkənin keçmiş prezidenti Nikolas Maduro və onun xanımı Siliya Floresin vəkil xərclərini qarşılamağa razılıq verib. xəbər verir ki, bu barədə Nyu-Yorkun Cənub Dairəsinin federal məhkəməsinə məxsus elektron bazada dərc olunmuş sənəddə qeyd edilib

26 aprel
.

Qaraçinar qədim yaşayış yeri: beş min il əvvəl əcdadlarımız nə ilə qidalanırdılar?

ABŞ-nin "Amerika Milli Elmlər Akademiyasının materialları" elmi jurnalı Azərbaycanın Goranboy rayonundakı çoxtəbəqəli Qaraçinar yaşayış yerindən tapılmış maddi-mədəniyyət nümunələrinin müxtəlif çeşidli analizlərinin gözlənilməz nəticələrinə həsr olunmuş elmi məqaləni dərc edib. Məqalənin həmmüəlliflərində

27 aprel
.

" Nebulium"un sirri açıldı: yeni element olmadığı məlum olub

Uzun illər kosmosda yeni element hesab edilən "nebulium"un əslində mövcud olmadığı müəyyən edilib. xəbər verir ki, 1864-cü ildə britaniyalı astronom Uilyam Haqqins dumanlıqların spektrini araşdırarkən naməlum yaşıl xətlər qeydə alıb. Bu xətlər mövcud elementlərlə uyğunlaşmadığı üçün alimlə

27 aprel
.

Dil intellekti üzə çıxarır: Aşağı IQ-a malik insanların tez-tez işlətdiyi 7 ifadə

İnsanların danışıq tərzi düşündüyümüzdən daha çox məlumat verə bilər. Ekspertlər daha aşağı IQ göstəricisinə malik insanları tanımağa kömək edə biləcək müəyyən ifadələri qeyd edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə ofeminin.pl yazır. Professor, psixoloq Ketrin Kinzlerin sözlərinə görə, bizim dilimi

28 aprel