Ölkədə un qıtlığı yaşanır? - VİDEO
Bir neçə gün əvvəl ölkədə unun qiyməti bir qədər qalxdı. Məhz bundan sonra sosial şəbəkələrdə un qıtlığı ilə bağlı görüntülər yayıldı. Videolarda insanların un növbəsinə dayandıqları görünürdü.
Baku TV məsələyə aydınlıq gətirmək məqsədilə unun topdansatış məntəqələrindən birində olub. Məlum olub ki, bir neçə gündür, ölkə ərazisindəki topdansatış məntəqələrində qıtlıq müşahidə olunur.
Satıcılar deyirlər ki, bu qıtlıq qiymət artımından sonra deyil, son 10-15 gün ərzində yaranıb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məsələ ilə bağlı bildirilib ki, ölkə ərazisində fəaliyyət göstərən un satışı mərkəzləri və məntəqələrində gündəlik olaraq monitorinqlər aparılır. Monitorinqlərin həyata keçirildiyi un satışı mərkəzlərində un qıtlığı müşahidə edilməyib.
Əlavə olaraq qeyd edilir ki, qiymət manipulyasiyalarına yol verilməməsi üçün Dövlət Xidməti qanunamüvafiq tədbirlər həyata keçirir.
Ətraflı süjeti təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1144 Tarix: 23 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Külək güclənəcək (XƏBƏRDARLIQ)
Martın 7-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Neftçala, Salyan
6 martBayram Beqay Prezident İlham Əliyevə zəng etdi
Martın 7-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Bayram Beqay İranın pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasın
7 martYutubda da mesajlaşma olacaq
"YouTube" şəxsi mesajlaşma funksiyasını yenidən test edib. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, platformanın funksiyası 31 Avropa ölkəsində istifadəçilər üçün əlçatandır. "YouTube"şəxsi mesajlaşma funksiyasını ilk dəfə 2017-ci ildə təqdim edib. Lakin iki ildə
7 martƏt yeyən qadınlara PİS XƏBƏR
Qadınlara süd vəzi xərçəngi riskini artıran bəzi gündəlik vərdişlərlə bağlı xəbərdarlıq edilib. Onkoloq Kaylee Bhangdia bildirib ki, həyat tərzində yol verilən bəzi səhvlər sinə xərçəngi ehtimalını artırır. Onun sözlərinə görə, qidalanmada qırmızı ətin həddindən artıq istifadəsi süd vəzi xərçəngi riskin
8 martBakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslərin - Cədvəli
Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün AZAL-ın Bakı-İğdır-Bakı marşrutu üzrə 7-10 mart tarixlərini əhatə edən uçuş cədvəli hazırlanıb (bütün saatlar yerli vaxtla qeyd edilib). xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları"
7 mart