"Ali təhsilli valideynlər belə övladlarının ev tapşırığının həllində kömək etməyə acizdirlər"

"Ali təhsilli valideynlər belə övladlarının ev tapşırığının həllində kömək etməyə acizdirlər"İstiqamət: Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması
Valideynlər yeni dərsliklərin, xüsusilə də ibtidai sinif tapşırıqlarının çətinliyinin şagirdlərin yaş səviyyəsinə uyğun olmadığını bildirirlər. Nəticədə artıq valideynlər uşaqların dərslərinə köməklik etməkdə çətinlik çəkirlər.
Bununla bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Nadir İsrafilov bildirib ki, ibtidai təhsilin vəzifəsini uşaq bağçaları və məktəbəqədər təhsilin üzərinə , ali məktəbin vəzifəsini orta məktəbin üzərinə yükləmişik:
"Ali təhsilli valideynlər belə övladlarının ev tapşırığının həllində kömək etməyə acizdirlər""Bu nə dünənin, nə də bu günün məsələsidir. Uzun illərdən bəri dərsliklərin, proqram materiallarının yüklü olmasını nəinki valideynlər, hətta Elm və Təhsil Nazirliyinin rəsmiləri də dilə gətirirlər. Elm və Təhsil nazirinin də son açıqlamasında bir çox fənlərin tədris planından çıxarılması məsələsi gündəmə gəlib. Əlbəttə ki, proqram çox yüklüdür. Şagirdlərin bilik səviyyəsinə uyğunsuzluq var. Ali təhsilli valideynlər belə övladlarının ev tapşırığının həllində kömək etməyə acizdilər. Bu məsələ uzun zamandır ki, deyilir, amma yüngüllləşdirilməsi, şagirdlərin bilik səviyyəsinə uyğunlaşdırılması istiqamətində praktik addım atılmır. Bu məsələyə ancaq açıqlamalar formasında şərh verilir. Ümumtəhsil məktəbinin vəzifəsi təkcə yetirmələrinə bilik vermək deyil, həm də gələcək üçün sağlam nəsil yetişdirməkdir. Proqram ildən-ilə çətinləşir, təhsil yükü artır. Bunu da əsaslandırırlar ki, xaricdə belədir. Biz daha erkən təhsilə başlamağı hədəfləyirik. Bir şeyi unuduruq ki, hər bir valideyn üçün uşağının sağlamlığı təhsilindən daha önəmlidir. Uşaq öz uşaqlığını yaşamalıdır. 1-ci sinfə informatika, xarici dil fənni salınıb. Biz müstəqillik əldə edənə qədər xarici dil beşinci sinifdən tədris olunurdu. Bütün bunlar uşaqların fiziki sağlamlığına təsir göstərir. Dəfələrlə çantaların ağırlığı məsələsi gündəmə gəlib, amma biz bunu sadəcə deməklə kifayətlənirik. Praktik addımlar atılmır. Hansısa fənnin çıxarılmasından söhbət getmir. Söhbət ondan gedir ki, dərsliklər çox yüklüdür. Dərsliklərdə 2-3-cü dərəcəli materiallar var ki, gələcəkdə uşaqların müstəqil həyatında heç bir əhəmiyyət kəsb etməyəcək. Məsələn, riyaziyyatda elə mövzular keçilir ki, bu ali məktəbin vəzifəsidir. Konkret şəkildə yanaşsaq, ibtidai təhsilin vəzifəsini uşaq bağçaları və məktəbəqədər təhsilin üzərinə , ali məktəbin vəzifəsini orta məktəbin üzərinə yükləmişik. Orta məktəbin vəzifəsi şagirdə bilik,bacarıq, vərdiş verməkdir. Mütəxəssis hazırlamaq artıq ali məktəbin vəzifəsidir. Biz isə orta məktəbdən mütəxəssis hazırlamağa başlamışıq. Bir vaxtlar ali məktəbə qəbul olmaq üçün 10-11 ci sinifdə repititor yanına gedirdilərsə, artıq ibtidai sinifdən başlayıblar. Hazırda ali məktəb tələbələrimiz fiziki cəhətdən bizim dövrün 5-6 cı sinif şagirdləri kimidirlər. Əksəriyyəti eynək taxır və zəif fiziki quruluşa sahibdirlər.
Ənənəvi təhsil bilikyönümlü, kurikulum isə şəxsiyyətyönümlüdür. Məktəb şəxsiyyət yetişdirməlidir. Biz burada Nyutonlar, Mendeleyevlər yetişdirmirik. Bunun üçün xüsusi liseylər, gimnaziyalar var. Biz haray çəkirik ki, bu il 700 bal toplayan olmadı, bu qədər şagird ali məktəbə qəbul olmadı. Təhsilin keyfiyyəti balla ölçülü bilməz. Bu nisbi anlayışdır. Bu gün 700 bal toplayan növbəti imtahanda 500 bal toplaya bilər. Biz təhsilə baxışımızı dəyişməliyik. Mentalitetimizə görə, biz hamımız ali təhsilli olmalıyıq. Valideyn övladına deyir ki, filankəsin uşağı xaricdə təhsil alır, sən burada universitetə də qəbul ola bilmirsən. Biz uşaqlara çox təzyiq göstəririk. Son zamanlar imtahan ərəfəsində intihar halları da artıb.
Fransa,Almaniya, Yaponiya peşə təhsili ilə tanınır. Almaniyada peşə məktəblərinin sayı ali məktəblərin sayından çoxdur. Bu bizim mentalitetlə əlaqədardır, elə düşünürük ki, uşaq ancaq ali təhsilli olmalıdır. 30 il keçməsinə baxmayaq biz hələ keçid dövrünü yaşayırıq. Hazırda peşə təhsili ilə bağlı yeni layihələr həyata keçirilir, Koreya ilə əməkdaşlıq genişləndirilir. Peşə təhsili haqqında qanun qəbul olunub. Bu məsələ tədricən həllini tapır.
Şagirdləri həddindən artıq yükləmək olmaz. Çünki məktəbin vəzifələrindən biri də şagirdlərin asudə vaxtını səmərəli keçirməsidir. Bizim məktəblilər üçün asudə vaxta yer qalmır. Bir çox aparıcı ölkələdə ibtidai sinifdə ev tapşırığı verilmir. Mikayıl Cabbarovun dövründə iş dəftərləri çıxarıldı. Çünki iş dəftərləri kurikuluma uygun deyildi. İş dəftərlərinə ehtiyac yoxdur. Elm və Təhsil Nazirliyi də etiraf edir ki, onları nəşriyyatlar buraxır. Bəzi məktəb rəhbərləri işbazlarla əlaqəyə girib şagirdləri məcbur edirlər ki, iş dəftəri alsınlar.
Valideynlər haqlıdırlar. Şagirdlərə müstəqil həyatda lazım olmayan mövzular dərsliklərdən çıxarılmalıdır".
Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.
"Ali təhsilli valideynlər belə övladlarının ev tapşırığının həllində kömək etməyə acizdirlər"Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2429   Tarix: 24 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzind

18 oktyabr
.

2 il burnunda gilas tumu ilə gəzib - Video

Bakıda azyaşlı düz 2 il burnunda gilas tumu ilə yaşayıb. "Qafqazinfo"nun məlumatına görə, bu barədə paylaşım edən lor-cərrah Kamil Cəfərov bildirib ki, 2 il burnunda yad cisim olan uşaqda baş ağrıları, təngnəfəslik, gecə narahat yatma və nəfəsalma ilə bağlı ciddi problemlər olub. Əvvəlcə uşağ

19 oktyabr
.

65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK

Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin

17 oktyabr
.

Kartdan karta bütün köçürmələr ÖDƏNİŞLİ OLDU - QİYMƏTLƏR

Azərbaycan Mərkəzi Bankının Banklararası Kart Mərkəzi (BKM) üzərindən həyata keçirilən kartdan karta köçürmə əməliyyatlarına görə tətbiq olunan xidmət haqları açıqlanıb. Tariflər köçürmənin məbləğindən və valyutasından asılı olaraq dəyişir. xəbər verir ki, tariflərə əsasən, milli valyutada həyata keçirilə

18 oktyabr
.

Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş

Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli

18 oktyabr
.

Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ

2026-cı ilin yanvar-sentyabr ayları ərzində 24 632 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Onların 60,45%-ni kişilər, 39,55%-ni isə qadınlar təşkil edib

18 oktyabr
.

Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir. Həmin sakinlərdən artıq 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. AZƏRTAC-a istinadən xəbər verir ki, onlardan 1030-da

17 oktyabr
.

"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"

Bakıda fəaliyyət göstərən 9 nömrəli marşrut avtobusu ilə bağlı sərnişinlərin narazılığı səngimək bilmir. Paytaxtın yollarında tıxac olmayan saatlarda belə avtobusun dayanacaqlara təxminən bir saatlıq intervalla gəlməsi insanların səbrini tükəndirir, gündəlik gediş-gəlişini çətinləşdirir. Sərnişinləri

19 oktyabr
.

Dərslərin başlama saatı DƏYİŞDİRİLƏ BİLƏR

Son illərdə dünya təhsil sistemində, xüsusilə də yeniyetmələrin bioloji ritmləri və sağlamlığı nəzərə alınmaqla, dərslərin başlama saatının gecikdirilməsi müzakirə olunan məsələlərdən birinə çevrilib. Belə ki, dərslərin saat 08:00 əvəzinə 09:00-da və ya daha gec başlaması, eləcə də növbəli təhsil sistemini

18 oktyabr