Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür

Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi GünüdürAvqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir. Bu tarix muğamsevərlər, ömrünü bu sənətin yaşamasına və təbliğinə həsr edənlər üçün ən əziz bayramdır.

Azərbaycan muğamının müasir tarixində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.

Ölkəmizdə "Muğam aləmi" Beynəlxalq muğam festivallarının, müsabiqələrin, muğam konsertlərinin, simpoziumların təşkili, "Qarabağ xanəndələri" albomunun buraxılması, "Muğam" jurnalının, "Muğam ensiklopediyası"nın nəşri, müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət "Azərbaycan muğamı" multimedia toplusunun hazırlanması Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət Fondunun bu sahəyə göstərdiyi diqqətə bariz nümunələrdəndir.

Xalqımızın şərəfli və kəşməkəşli tarixini səslərdə əbədiləşdirən muğamlarımız ən ağrılı-acılı günlərimizdə həm də təskinliyimizdir. Heyrətamiz hisslər, düşüncələr, müdriklik mənbəyi olan muğam bütün hallarda – qüssəli, sevincli anlarımızda ovqatımıza təsir edir, azadlığa və müstəqilliyə qovuşduğumuz anların fərəhini yaşadır və bizləri qələbəyə səsləyir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 848   Tarix: 26 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah 23 dərəcə isti olacaq

Bakıda mayın 5-də havanın 19, rayonlarda 23 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəz

4 may
.

"Space"in yeni rəhbəri kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, "Space" televiziyasının baş direktor vəzifəsinə Ayaz Mustafayev təyin edilib. "Qafqazinfo" xəbər verir ki, Ayaz Mustafayev əmək fəaliyyətinə 2009-cu ildə Xarici İşlər Nazirliyində (XİN) başlayıb. O, Azərbaycanın Böyük Britaniyadakı səfirliyində müxtəlif vəzifələrdə

4 may
.

Pərdələr və tül keçmişdə qaldı: indi pəncərələr üçün nə seçirlər?

Artıq pəncərə dekorasiyasında artıq bəzəklər və yüklü detallar deyil, sadəlik və yüngüllük üstünlük təşkil edir. Müasir yanaşma balans üzərində qurulub - həm funksionallıq, həm də estetika vacib sayılır. xarici mediaya istinadən xəbər verir ki, ənənəvi pərdələrin yerini isə rulon pərdələr, mat şüşə v

4 may
.

Sabiq nazir və "Təfəkkür" Universitetinin rəhbəri CƏRİMƏLƏNDİ

Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin rəhbəri Rahim Məmməd oğlu Hüseynov inzibati məsuliyyətə cəlb edilib. "Teleqraf"a istinadən xəbər verir ki, Salyan rayon sakini, 1947-ci il təvəllüdlü Rahim Hüseynovun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protoko

4 may
.

Həmin uşağın valideynləri tapıldı

Abşeronda - Fatimeyi Zəhra Məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan 2 yaşlı uşağın valideynlərinin kimliyi müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, azyaşlının valideynləri artıq tapılıb. Hazırda aidiyyəti dövlət qurumları ilə birgə polis əməkdaşları tərəfində

5 may
.

İstixana meyvələri bazarı zəbt etdi: Alıcılar necə aldadılır? - VİDEO

Bazarda piştaxtaları bəzəyən meyvələri satıcılar alıcılara təriflə təqdim edirlər. Amma meyvəni alıb yeyəndə bəlli olur ki, onların heç də hamısı dadlı deyil. Mövsümündən əvvəl bazara çıxarılan bu meyvələrin qiyməti isə başqa bir problemdir. AzTV-yə istinadən bildirir ki, satıcılar məhsullarını bel

3 may
.

"2026-cı ilin "Qadın fermerlər ili" elan olunması kənd təsərrüfatında qadınların rolunun artırılmasında mühüm əhəmiyyət daşıyır"

Azərbaycan kənd təsərrüfatının modernləşdirilməsinə dəstək davam edəcək. xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı rezident-nümayəndəsi Muhammad Nasar Hayat bu gün Bakı Ekspo Mərkəzində işə başlamış Azərbaycan Beynəlxalq Kənd Təsərrüfat

5 may
.

Icrammer: Daha sürətli öyrən, daha yüksək bal al!

imtahan hazırlığını yeni mərhələyə daşıyır: süni intellekt dəstəyi, 200 00-dən çox unikal tapşırıq və fərdiləşdirilmiş öyrənmə imkanları bir platformada. Rəqəmsal təhsil həlləri sahəsində yeni nəsil platforma olan daha ağıllı, əlçatan və effektiv hazırlıq mühiti təqdim edir. Süni intellekt əsaslı b

4 may
.

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 08:45-də baş verən, 3.7 maqnitudalı yeraltı təkanların episentri 19 km dərinlikdə olub

5 may