Dəfn olunmaq üçün rayona aparıldı, qohumları dirildiyini dedilər

Dəfn olunmaq üçün rayona aparıldı, qohumları dirildiyini dedilərBir neçə gün əvvəl Göyçay Rayon Mərkəzi Xəstəxanasında insident baş verib.

"Qafqazinfo" xəbər verir ki, yol qəzası nəticəsində ağır xəsarət alan və Bakıdakı "Avrasiya" klinikasında öldüyü bildirilən Zərdab rayon Məmmədqasımlı kənd sakini, 39 yaşlı Həzi Əhmədov dəfn edilməsi üçün doğulduğu rayona aparılıb. Klinikaya məxsus tibbi yardım avtomobili ilə rayona aparıldıqdan sonra yaxınları H.Əhmədovun nəfəs aldığını, gözlərini açıb onlara baxdığını bildiriblər və təcili xəstəxanaya çatdırılmasını xahiş ediblər. H.Əhmədov dərhal təcili tibbi yardım maşını ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin burada tibbi heyət onun artıq vəfat etdiyini bildirib. Bundan sonra H.Əhmədovun qohumları xəstəxanada səs-küy salaraq onun həyatının xilas edilməsini tələb ediblər.

İnsidentin böyüdüyünü görən xəstəxana işçiləri polis dəvət ediblər və qohumlar polis şöbəsinə aparılıb. Onlardan 37 yaşlı S.Əhmədova inzibati protokol tərtib edilib və o, Göyçay Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub.

H.Əhmədovun yaxınları onun ölümündə həkimləri ittiham ediblər. Onlar iddia ediblər ki, Bakıdan gələn həkimlər Həzinin qoşulduğu oksigen aparatından tezliklə ayrılmasını tapşırıblar və paytaxta qayıtmaq istəyiblər.

Qeyd edək ki, mərhum 3 uşaq atası olub. O, Xaçmazda baş vermiş yol qəzasında ağır xəsarət alıb və daha sonra Bakıya çatdırılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3982   Tarix: 26 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah 23 dərəcə isti olacaq

Bakıda mayın 5-də havanın 19, rayonlarda 23 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəz

4 may
.

"Space"in yeni rəhbəri kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, "Space" televiziyasının baş direktor vəzifəsinə Ayaz Mustafayev təyin edilib. "Qafqazinfo" xəbər verir ki, Ayaz Mustafayev əmək fəaliyyətinə 2009-cu ildə Xarici İşlər Nazirliyində (XİN) başlayıb. O, Azərbaycanın Böyük Britaniyadakı səfirliyində müxtəlif vəzifələrdə

4 may
.

Pərdələr və tül keçmişdə qaldı: indi pəncərələr üçün nə seçirlər?

Artıq pəncərə dekorasiyasında artıq bəzəklər və yüklü detallar deyil, sadəlik və yüngüllük üstünlük təşkil edir. Müasir yanaşma balans üzərində qurulub - həm funksionallıq, həm də estetika vacib sayılır. xarici mediaya istinadən xəbər verir ki, ənənəvi pərdələrin yerini isə rulon pərdələr, mat şüşə v

4 may
.

Sabiq nazir və "Təfəkkür" Universitetinin rəhbəri CƏRİMƏLƏNDİ

Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin rəhbəri Rahim Məmməd oğlu Hüseynov inzibati məsuliyyətə cəlb edilib. "Teleqraf"a istinadən xəbər verir ki, Salyan rayon sakini, 1947-ci il təvəllüdlü Rahim Hüseynovun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protoko

4 may
.

Həmin uşağın valideynləri tapıldı

Abşeronda - Fatimeyi Zəhra Məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan 2 yaşlı uşağın valideynlərinin kimliyi müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, azyaşlının valideynləri artıq tapılıb. Hazırda aidiyyəti dövlət qurumları ilə birgə polis əməkdaşları tərəfində

5 may
.

İstixana meyvələri bazarı zəbt etdi: Alıcılar necə aldadılır? - VİDEO

Bazarda piştaxtaları bəzəyən meyvələri satıcılar alıcılara təriflə təqdim edirlər. Amma meyvəni alıb yeyəndə bəlli olur ki, onların heç də hamısı dadlı deyil. Mövsümündən əvvəl bazara çıxarılan bu meyvələrin qiyməti isə başqa bir problemdir. AzTV-yə istinadən bildirir ki, satıcılar məhsullarını bel

3 may
.

"2026-cı ilin "Qadın fermerlər ili" elan olunması kənd təsərrüfatında qadınların rolunun artırılmasında mühüm əhəmiyyət daşıyır"

Azərbaycan kənd təsərrüfatının modernləşdirilməsinə dəstək davam edəcək. xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı rezident-nümayəndəsi Muhammad Nasar Hayat bu gün Bakı Ekspo Mərkəzində işə başlamış Azərbaycan Beynəlxalq Kənd Təsərrüfat

5 may
.

Icrammer: Daha sürətli öyrən, daha yüksək bal al!

imtahan hazırlığını yeni mərhələyə daşıyır: süni intellekt dəstəyi, 200 00-dən çox unikal tapşırıq və fərdiləşdirilmiş öyrənmə imkanları bir platformada. Rəqəmsal təhsil həlləri sahəsində yeni nəsil platforma olan daha ağıllı, əlçatan və effektiv hazırlıq mühiti təqdim edir. Süni intellekt əsaslı b

4 may
.

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 08:45-də baş verən, 3.7 maqnitudalı yeraltı təkanların episentri 19 km dərinlikdə olub

5 may