Türkiyənin ən iri qazma gəmisi Şərqi Aralıq dənizində: Qardaş ölkə qaz axtarışına başlayıb

Türkiyənin ən iri qazma gəmisi Şərqi Aralıq dənizində: Qardaş ölkə qaz axtarışına başlayıbİsrail qazının bir hissəsi Türkiyə üzərindən mövcud kəmərlərlə Avropaya nəql edilə bilər. Amma gələcəkdə daha böyük həcmdə nəql olunacağı nəzərə alınarsa, əlavə boru kəmərlərinin çəkilməsi də mümkündür. Paralel olaraq, Türkiyə Aralıq dənizində qaz axtarışlarına da başlayıb.

Rusiyanın Ukraynaya hərbi təcavüzünün təsirləri Şərqi Aralıq dənizində də hiss olunur. Bölgənin enerji resursları uğrunda gərgin mübarizə gedir. Rusiya qazından asılılığa son qoymaq üçün alternativ enerji dəhlizi yaratmaq istiqamətində çoxsaylı layihələrlə çıxış edən Avropa İttifaqı Şərqi Aralıq dənizinə də xüsusi önəm verir. Aİ ümid edir ki, bu hövzənin karbohidrogen ehtiyatları onun ehtiyaclarını ödəməkdə yardımçı ola bilər. İsrailin Türkiyə ilə münasibətlərini normallaşdırması da bu planın reallaşdırılmasına xidmət edir. Yəni bu normallaşmanın arxasında da məhz enerji məsələsi dayanır. Layihənin məqsədi İsrail qazını Türkiyə üzərindən Avropaya nəql etməkdir. Türkiyə və İsrail rəsmilərinin açıqlamaları da bunu təsdiqləyir. Türkiyəli nazir Fatih Dönməz bəyan edib ki, İsrail qazının bir hissəsi Türkiyə üzərindən milli ötürmə sistemi ilə asanlıqla Avropaya nəql edilə bilər. Amma gələcəkdə daha böyük həcmdə nəql olunacağı nəzərə alınarsa, əlavə boru kəmərlərinin çəkilməsi lazım gələ bilər. Beləliklə, Avropa Rusiya qazından qurtulmaq üçün hər varianta əl atır. Türkiyənin də enerji habına çevrilmək istiqamətində rolu artır. Lakin problemlər də mövcuddur. Məsələ ondadır ki, Ankaranın özü də Rusiya qazından asılıdır. Ona görə də Rusiyanı tezliklə sıradan çıxarmaq elə də asan olmayacaq.

Sonxeber.az mövzu ilə bağlı "Kaspi" qəzetinin yazısını təqdim edir:

Türkiyənin ən iri qazma gəmisi Şərqi Aralıq dənizində

Konkret fəaliyyətə keçən Türkiyənin ən yeni qazma gəmisi artıq Şərqi Aralıq dənizində neft və təbii qaz axtarışlarına başlayıb. Türkiyə donanmasının sualtı karbohidrogen hasilatı üzrə aparıcı gəmisi olan "Əbdülhəmid xan" Antalya vilayətinin Qazipaşa sahilindən 55 km aralıda yerləşən Yörüklər-1 quyusunda kəşfiyyat işlərinə start verəcək. Türkiyənin "Sabah" qəzetinin Fatih Dönməzə istinadən verdiyi məlumata görə, Şərqi Aralıq dənizində aparılan işlərin Türkiyənin təbii qaz yatağı kəşf etdiyi Qara dənizdəki kimi irimiqyaslı kəşflərə səbəb olacağına ümid var. Oradakı ehtiyatların həcmi isə 540 mlrd. kub metrdir. Su sahəsinin Kiprin şimal-qərbindəki hissəsi Kipr Respublikasının iddia etdiyi sulardan kənardadır. Prezident Rəcəb Tayyib Ərdoğan gəminin işə salınma mərasimində Cənubi Kipr və Yunanıstan administrasiyalarının qazma əməliyyatlarına dair bütün etirazlarını rədd edərək Türkiyənin öz ərazisində enerji qaynaqları axtarmaq hüququna malik olduğunu vurğulayıb. "Yavuz" qazma gəmisi 2020-ci ilin sentyabrında dənizi tərk etdikdən sonra Türkiyə Şərqi Aralıq dənizinə gəmi göndərməyib. İş yerinə gələn "Əbdülhəmid xan" iki ay ərzində kəşfiyyat aparacaq. Yeddinci nəsil ən müasir texnika ilə təchiz edilmiş 68 min ton ağırlığındakı gəmi 12 min metrə qədər dərinlikdə qaza bilir. Dünyada yeddinci nəsil cəmi beş qazma gəmisi var. Qazma kəmərinin hündürlüyü 104 metr, ekipajın sayı isə 200 nəfərdir. Uzunluğu 238 metr və eni 42 metr olan gəmi Türkiyənin kəşfiyyat və qazma donanmasının ən böyük və texniki cəhətdən ən müasir gəmisidir.

Beş-altı yüz illik qaz təminatı

Şərqi Aralıq dənizində qaz ehtiyatları kəşf edildikdən sonra sahil dövlətləri dərhal öz iqtisadiyyatlarını mümkün qədər inkişaf etdirmək üçün bu nəhəng fürsətdən istifadə etməyə başladılar. ABŞ Geoloji Xidmətinin həmin ərazidə təxminən 3,45 trilyon kubmetr olan qaz ehtiyatları barədə fərziyyələrini nəzərə alsaq, onların həyəcanını başa düşmək mümkündür. Çünki bu zəngin ehtiyatlar nəinki beş-altı yüz il qaz təminatı üçün kifayətdir, həm bu dövlətlərin milyardlarla dollar xərc qarşılığında digər dövlətlərdən qaz alışını dayandırır, həm də onları dünya ticarətində qaz tədarükçüsünə çevirir. Bu səbəbdən də, bu ölkələr Şərqi Aralıq dənizindəki qaz ehtiyatlarını araşdırmağa başladılar. Onların əksəriyyəti uğur qazandı: İsrail 900 milyard kubmetr qaz ehtiyatı təşkil edən Leviathan və Tamar, Cənubi Kipr Respublikası 320 milyard qaz ehtiyatı təşkil edən Afrodita və Kalypso, Misir isə 800 milyard kubmetr qaz ehtiyatı təşkil edən Zohr qaz yatağını kəşf etdi. Ancaq yuxarıda göstərilən üç ölkədən fərqli olaraq Türkiyə qazı bol olan bir yataq tapa bilmədi. O zaman Türkiyə iki əhəmiyyətli addım atdı. Əvvəlcə Şimali Kipr ərazində qazma işlərinə start verdi. İkincisi, İstanbulda Türkiyə prezidenti və beynəlxalq şəkildə tanınan Liviya hökuməti başçısı Fayiz əs-Sərrac "Şərqi Aralıq Dənizi Sahələrinin Razılaşdırılması" haqqında memorandum imzaladılar. Bu memorandumun Aralıq dənizi sularında qaz siyasətinə əhəmiyyətli dərəcədə təsiri var. Bu səbəbdən memorandumu "oyundəyişdirici" də adlandırmaq olar. İstanbulda memorandum imzalandıqdan sonra Yunanıstan bu bəyannamədən çox narahat olmağa başladı. Cənubi Kipr Respublikası, Aİ, ABŞ, Misir və İsrail də bu memoranduma qarşı çıxdılar. Bundan əlavə, yuxarıda adı çəkilən ölkələrin əksəriyyəti bu memorandumu qanunsuz hesab etdilər. Amma sonda Türkiyə deyən oldu.

"Handelsblatt": Türkiyə Avropanı qaz böhranından xilas edə bilər, lakin...

Qərbin nüfuzlu "Handelsblatt" qəzeti yazır ki, "Türkiyə Avropaya təbii qaz ixracında Rusiyaya əsas alternativlərdən biri kimi görünür. Türkiyə siyasətçiləri və sahibkarları illərdir ölkəni "Avropa qaz mərkəzinə" çevirmək arzusunda olublar. Lakin buna maliyyə çatışmazlığından tutmuş, Yunanıstanla ərazi mübahisələri və ölkənin Ukrayna böhranındakı roluna qədər müxtəlif risklər mane ola bilər. Bundan əlavə, Türkiyənin qaz tədarükçüsü kimi mövqeyi kifayət qədər sarsıntılıdır: onun özü də böyük ölçüdə Rusiya və İrandan asılıdır. Qəzet yazır ki, Konrad Adenauer Fondu belə nəticəyə gəlib: "Cənub Qaz Dəhlizinin genişləndirilməsi və Türkiyənin Xəzər dənizi və Şərqi Aralıq dənizindəki qaz yataqlarına çıxışı olan strateji enerji qovşağı kimi istifadəsi real alternativ ola bilər". Əlavə edilir ki, "İtaliya və Balkan ölkələri üçün Türkiyə, həqiqətən də, alternativ ola bilər. İnfrastrukturun böyük hissəsi artıq mövcuddur, hətta Bolqarıstan və Türkiyə arasında böyük ölçüdə istifadə olunmayan qaz kəməri var. Bununla belə, bir sıra maneələr var. Bunlardan ən önəmlisi və Avropada heç kimin istəmədiyi yeni asılılığa düşmək riskidir. Türkiyə rəsmi rəqəmlərə görə, keçən il ümumilikdə 47 milyard kubmetr qaz idxal edib. Bunun 26,6 milyard kub metri Rusiyanın "Qazprom" şirkətinin payına düşüb ki, bu da Türkiyədə istehlak edilən bütün qazın təxminən 45 faizinə bərabərdir. Ehtiyacın daha 16 faizi İrandan gələn qaz hesabına ödənilib. Birlikdə bu, Türkiyə idxalının, demək olar ki, üçdə ikisini təşkil edir. Eyni zamanda, 2020 və 2021-ci illərdə Rusiyadan "Türk axını" boru kəməri ilə Türkiyəyə tədarük olunan qazın təxminən yarısı Avropaya gedib. "Avropa qaz mərkəzinə" çevrilmək arzusunda olan Türkiyə artıq bunun üzərində işləyir: milyardlarla dollar sərmayə qoyur və qonşu dövlətlərlə yaxşı münasibətlərə yönəlmiş xarici siyasət yürüdür.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 928   Tarix: 28 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Çində 178 milyon dollar dəyərində ekoloji təmiz aviasiya yanacağı istehsalı zavodu açılacaq

Çinin Haynan əyalətində qida tullantılarından ekoloji təmiz aviasiya yanacağı istehsal edən zavod işə salınmağa hazırlanır. "Report" "Haynan jibao" qəzetinə istinadən xəbər verir ki, layihəni "Hainan Eco Prime" şirkəti adanın şimal-qərb sahilində yerləşən qabaqcıl inkişa

18 oktyabr
.

Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır

Misir müvafiq müraciət daxil olacağı təqdirdə Səudiyyə Ərəbistanının müdafiəsi üçün zəruri tədbirlər görməyə hazırdır. "Report" "Al-Ahram" qəzetinə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkənin Hərbi Akademiyasının məzun buraxılışı mərasimində çıxış

18 oktyabr
.

Rusiyanın Kiyevə hücumu nəticəsində qadın həlak oldu

Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə gecə saatlarında endirdiyi zərbə nəticəsində bir qadın həlak olub, üç nəfər yaralanıb. Reuters-ə istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib. Onun sözlərinə görə, hücum nəticəsində paytaxtın sol sahilində yerləşən metro stansiyasına

19 oktyabr
.

Ərdoğan: "Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq"

"Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq. Sanki üzən sənaye müəssisəsi olan "Osman Gazi"ni iş yerinə - Qara dənizə yola salırıq". -ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Osman Gazi" üzən istehsa

17 oktyabr
.

İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir

Rəsmi Tehran Hörmüz boğazının açılması ilə bağlı yeddi günlük planı Vaşinqtona təqdim edib və cavab gözləyir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib

18 oktyabr
.

Boşanmasını qeyd edən qadın gəlin paltarını yandırdı

Böyük Britaniyada 17 illik evliliyinə son qoyan Kirsti Henşou boşanmasını qeyri-adi şəkildə qeyd edib. O, rəfiqələri ilə təşkil etdiyi məclisdə gəlinliyini və keçmiş həyat yoldaşı ilə çəkdirdiyi fotoları yandırıb. xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb

18 oktyabr
.

BBC dövlət qulluqçuları ilə əməkdaşlığı dayandırıb

BBC xəbər otağında dövlət qulluqçularının faktların yoxlanılması və statistik məlumatların təhlilində iştirak etməsi ilə bağlı yaranan narahatlıqlardan sonra əməkdaşlıq proqramını dayandırıb. The Times-a istinadən xəbər verir ki, qərar BBC-nin redaksiya müstəqilliyi və qərəzsizliyi ətrafında müzakirələ

19 oktyabr
.

Təl-Əviv və Kiyev arasında əməkdaşlıq: İsrail Ukraynadan İran və Rusiya dronlarını əldə edib

İsrailin İrana qarşı hərbi əməliyyatlara hazırlıq məqsədilə Ukraynadan gizli şəkildə əldə etdiyi Rusiya və İran istehsalı olan pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyi məlum olub. xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb. Məlumata görə, İsrailin Kiyevdəki sabi

18 oktyabr
.

Fransada 14 yaşlı qız dərs zamanı lisey binasını yandırdı - Video

Fransanın qərbində dərs vaxtı lisey binasında yanğın törədilib. bu barədə "France 3" telekanalına istinadən xəbər verir. Bildirilir ki, yeniyetmə ikinci mərtəbədəki sinif otaqları arasındakı dəhlizə yanar maye tökərək od vurub. Məktəb administrasiyası bildirib ki, iki müəllim yanğındöndürə

18 oktyabr