Ərdoğan: "Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq"
"Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq. Sanki üzən sənaye müəssisəsi olan "Osman Gazi"ni iş yerinə - Qara dənizə yola salırıq".
Oxu.Az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Osman Gazi" üzən istehsal platformasının yola salınma proqramına göndərdiyi videomesajda bildirib.
"Osman Gazi Türkiyə Əsri vizyonumuzun dənizlərdəki təzahürü olan "Mavi Vətən"in ilk fabrikidir. Üzərindəki 21 fərqli qurğusu ilə Sakarya Qaz Sahəsindəki quyulardan əldə etdiyi qazı emal edəcək və sualtı borular vasitəsilə Filyosa göndərəcək. Qara dənizdəki təbii qaz hasilatımız ikiqat artaraq, gündə 20 milyon kubmetrə çatacaq və 2027-ci ildən etibarən hər üç ev təsərrüfatından biri yerli təbii qazımızdan istifadə edəcək", - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Qara dənizdəki Sakarya Qaz Sahəsində təbii qaz istehsalını ikiqat artıracaq Türkiyənin ilk üzən istehsal platforması "Osman Gazi" Filyosda təşkil edilən mərasimlə "Mavi Vətən"dəki fəaliyyət yerinə yola salınıb.
Qara dənizdə 20 il ərzində fəaliyyət göstərəcək platforma ilə məqsəd Sakarya Qaz Sahəsində gündəlik təbii qaz hasilatını 9.5 milyon kubmetrdən 20 milyon kubmetrə çatdırmaqdır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 133 Tarix: 17 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-də meşə yanğınları tüğyan edir - 150 mindən çox ev işıqsız qalıb
ABŞ-nin Kaliforniya ştatında meşə yanğınları səngimək bilmir. Təbii fəlakət səbəbindən bölgədə 150 mindən çox istehlakçı elektrik təchizatından məhrum olub. TASS-ın bu barədə "PowerOutage" monitorinq resursuna istinadən məlumat yayıb. Bakı vaxtı ilə saat 10:30-a olan məlumata görə, elektri
16 oktyabrSimonyan anklavlar haqqında danışdı
Anklavlar və eksklavlar barədə heç bir razılaşma yoxdur, Kərkinin (Tiqranaşen) Başkəndə (Artsvaşen) mübadiləsi barədə müzakirələr aparılır. Bu, mümkündür, lakin Ermənistan üçün müəyyən edilmiş ərazi sahəsi çərçivəsində. xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonya
16 oktyabrHindistanda Xalq Tarakanlar Partiyası hərəkatının lideri saxlanıldı
Hindistan polisi Xalq Tarakanlar Partiyası hərəkatının lideri Abxicit Dipkeni nəzarət altına alıb. Bu barədə "India Today" nəşrinə istinadən məlumat verir. "Dipke iki dəfə Konnot-Pleysdə (Nyu-Delhi rayonu) Mərkəzi parkı ziyarət etməməsi ilə bağlı qadağanın olduğu bildiriş göndərilib, laki
17 oktyabrAvstraliya sahillərində zəhərli yosunlar minlərlə köpəkbalığını tələf etdi
Avstraliyanın Cənubi Avstraliya ştatının sahillərində zəhərli yosunların kütləvi çoxalması nəticəsində 8 00-dən çox köpəkbalığı və skat tələf olub. Bu, həmin heyvanların kütləvi məhvinə dair qeydə alınmış ən böyük hadisə hesab olunur. bu barədə "The Guardian" qəzetinə istinadən xəbər verir
17 oktyabrBerlində məktəblərdə namaz qılınmasına qadağa: Məhkəmə qərar verdi
Almaniyada Berlin İnzibati Məhkəməsi liseydə kütləvi şəkildə namaz qılınmasına qoyulan qadağanı qanunauyğun hesab edib. Bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir. Məlumata görə, məhkəmə müsəlman şagirdlərin liseydə (məktəbdə) kollektiv və nümayişkaranə şəkildə namaz qılmasını qadağan edən tənzimləmən
17 oktyabr