Azərbaycanda qəfil vəfat edən tələbə nişanlı imiş - TƏFƏRRÜAT + YENİLƏNİB
"Heç bir xəstəliyi yox idi, ürəktutmasından qəfil dünyasını dəyişib".
Bununla bağlı Oxu.Az-a Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov universitetin Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Zafta Eyyubovanın vəfat etməsi ilə bağlı danışarkən deyib.
Bildirilib ki, Z. Eyyubova sakit və çalışqan tələbə olub:
"Bizə əmisi oğlu zəng edib məlumat verdi. Biz bütün tələbələri tanımırıq. Dünən rəhmətə gedib, lakin qrup yoldaşlarının heç birinin xəbəri olmayıb. Heç kimlə əlaqəsi olmayan, tamamilə öz dünyasında olan tələbə idi. Qrup yoldaşlarının onun ölümündən xəbərləri belə yox idi".
Zaftanın əmisi oğlu Rəşad Eyyubov da Oxu.Az-a məlumatı təsdiqləyib:
"Zafta gecə yatıb, səhər qalxmayıb. Xəstəxanada ürəktutmasından vəfat etdiyini bildiriblər. Heç bir narahatlığı yox idi. Səhhətində bu günə qədər problem olmayıb.
Ailəsi çox yaxşı, mehriban idi. Ailədə dörd uşaq idilər – üç qız, bir oğlan. Zafta ən kiçikləri idi. Qalanları ailə həyatı qurublar. Zaftagil həmişə nümunəvi ailə olublar. Ailəsi özünə gələ bilmir".
R.Eyyubov Zaftanın nişanlı olduğunu qeyd edib:
"Bir müddət olar ki, nişanlı idi. Nişanlısı ilə heç bir problem yox idi. Xaraktercə sakit biri idi. Hər kəslə xoş münasibəti olub. Şəmkir rayonunda yaşayırdı. 20 yaşı var idi. Bəziləri bunu başqa cür anlaya bilərlər. Öz sevdiyi ilə nişanlı idi. Məcbur nişanlanmamışdı. Özünəqəsd mümkün deyil. Qız həm ailəsi, həm nişanlısı, həm də qohumları tərəfindən daim sevilib".
Qeyd edək ki, hazırda Şəmkir rayonunun Sabirkənd kəndində Zafta Eyyubovanın dəfn mərasimi keçirilir.
11:23
Azərbaycanda tələbə vəfat edib.
Bu barədə Azərbaycan Dövlət Pedaqoji Universiteti məlumat yayıb.
Qeyd edilib ki, universitetin Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Eyyubova Zafta qəflətən dünyasını dəyişib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 6516 Tarix: 30 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2 il burnunda gilas tumu ilə gəzib - Video
Bakıda azyaşlı düz 2 il burnunda gilas tumu ilə yaşayıb. "Qafqazinfo"nun məlumatına görə, bu barədə paylaşım edən lor-cərrah Kamil Cəfərov bildirib ki, 2 il burnunda yad cisim olan uşaqda baş ağrıları, təngnəfəslik, gecə narahat yatma və nəfəsalma ilə bağlı ciddi problemlər olub. Əvvəlcə uşağ
19 oktyabrAzərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzind
18 oktyabrKartdan karta bütün köçürmələr ÖDƏNİŞLİ OLDU - QİYMƏTLƏR
Azərbaycan Mərkəzi Bankının Banklararası Kart Mərkəzi (BKM) üzərindən həyata keçirilən kartdan karta köçürmə əməliyyatlarına görə tətbiq olunan xidmət haqları açıqlanıb. Tariflər köçürmənin məbləğindən və valyutasından asılı olaraq dəyişir. xəbər verir ki, tariflərə əsasən, milli valyutada həyata keçirilə
18 oktyabrAzərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları 6 %-ə yaxın artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 milyon 288,4 min sərnişin daşınıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 183,5 min sərnişin və ya 5,9 % çoxdur. 9 ayda bu nəqliyyat növü ilə yükdaşıma 288,
17 oktyabrAzərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib
18 oktyabrYasamalda qanunsuz tikinti narazılıq yaratdı
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə
19 oktyabrPrezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Prezident İlham Əliyevin sərəncamı ilə Teymur Musayev baş nazirin müavini təyin olunub. Teymur Musayevin dosyesini təqdim edir:. Teymur Yusif oğlu Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilinə 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş Konsulluğunu
19 oktyabr