Qərbi azərbaycanlılar siyahıya alınacaqlar - Arxiv yaradılır

Qərbi azərbaycanlılar siyahıya alınacaqlar - Arxiv yaradılırAzərbaycanda yeni yaradılan "Qərbi Azərbaycan İcması" aktiv fəaliyyətə başlayıb. Belə ki, 2022-ci il avqustun 3-də "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin Ümumi Yığıncağında təşkilatın "Qərbi Azərbaycan İcması" adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili) təsdiq olunub. Yeni inzibati bina ilə təmin olunan İcmanın heyəti tam formalaşdırılaraq, yeni hədəfləri müəyyən edilib.

Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, rəhbəri olduğu İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmçinin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir.

İcmanın Müşahidə Şurasının rəhbəri, professor Misir Mərdanov təşkilatın hədəfləri haqqında Modern.az-a danışıb. Misir Mərdanov xatırladıb ki, əvvəlki "Azərbaycan Qaçqınlar Cəmiyyəti" Qərbi Azərbaycandan qovulan şəxsləri birləşdirən təşkilat idi:

"İndi isə müasir tələblərə uyğun bir quruma çevrildi. Bura daha təcrübəli, səriştəli insanlar cəlb edilib. İş şəraiti də yaxşılaşdırılıb, yeni bina verilib, icmanın fəaliyyəti üçün şərait tamamilə dəyişib. Əvvəllər cəmiyyətin, ölkə rəhbərliyinin əsas diqqəti Qarabağ məsələsinə yönəlmişdi. İşğal altındakı torpaqlarımız düşmən tapdağından azad edildi, münaqişəni biz həll etdik. İndi isə diqqətimiz tarixi torpaqlarımızda, Qərbi Azərbaycanda olduğundan cəmiyyətin qarşısında ciddi məsələlər dayanır. Mənə belə gəlir ki, bu cür yeniləşmə zamanın tələbi idi.

Hazırda icmanın Müşahidə Şurasının sədriyəm. İcma tam strukturda fəaliyyətini gücləndirib. İdarə Heyəti, Ağsaqqallar Şurası, Məsləhət Şurası, Qadınlar Şurası, Beynəlxalq Əlaqələr Şurası və s. strukturlar üzərinə düşən vəzifələr müəyyən edilib. Daha ciddi və sistemli şəkildə işimizi qurmuşuq.

İcmanın fəaliyyət göstərdiyi binada müasir tələblərə uyğun arxiv, kitabxana, muzey yaradılacaq. Biz vaxtilə Qərbi Azərbaycan torpaqlarından qovulan sakinlərin, şahidlərin dediklərini qeydə almamışıq, sənədləşdirməmişik. İndi də gec deyil. Elə azərbaycanlılar var ki, həyatdadırlar, hadisələri öz gözləri ilə görüblər. Ona görə həmin şahidlərin dedikləri səs yazısı, video şəklində icmanın arxivində saxlanılacaq. Binada sərgilər keçirmək, kitablar təqdim etmək niyyətindəyik. Qərbi azərbaycanlıların əksəriyyəti xarici ölkələrdə yaşayır. Onlarla əlaqə qurmaq üçün Beynəlxalq Əlaqələr Şurası fəaliyyət göstərəcək. Yaxın vaxtlarda icmanın elektron saytı da fəaliyyətə başlayacaq. Bütün məlumatlar burada onlayn əks olunacaq. Görülməli işlər çoxdur".

Misir Mərdanov xüsusilə qeyd edib ki, Qərbi azərbaycanlılar müharibə istəmirlər, heç kimin torpaqlarına göz dikməyiblər:

"Amma hədəfimiz, gələcək məqsədimiz budur ki, öz dədə-baba torpaqlarımıza gedə bilək. Doğmalarımızın məzarlarını, abidələrimizi ziyarət edək, tariximizin hazırda nə durumda olduğunu gözlərimizlə görək. Yaxın gələcəkdə olmasa da, nə zamansa o torpaqlara qayıdacağıq. İrəvan da, Zəngəzur da, Qaraqoyunlu da bizimdir".

Qərbi azərbaycanlıların siyahıya alınmasına gəlincə, sabiq təhsil naziri vurğulayıb ki, indiyə qədər fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti"nin arxivlərində, bazasında dəqiq olaraq hansı rayonlardan, hansı kəndlərdən kimlər köçürülüblərsə, siyahısı var. Amma bu siyahıya yenidən baxmaq lazımdır:

"34 il vaxt keçib və ötən illər ərzində Qərbi azərbaycanlıların sayı artıb. Gənc nəsil ata-baba yurdu haqqında dəqiq məlumata malik olmalıdır. Ermənilərin bizim orada yaşayan insanların başına açdığı oyunlar, onları yandırmaları, öldürmələri haqqında olan məlumatlar genişləndirilməli, dəqiqləşdirilməlidir.

Mən 10 ilə yaxındır, bir kitab üzərində işləyirdim. Onu tamamlayıb, çapa vermişəm, sentyabrın axırına hazır olacaq. Kitabda yaşadığımız Qaraqoyunlu dərəsi, kəndləri, orada yaşayan insanlar, məktəblər, müəllimlər və s. haqqında dəqiq məlumatlar qeyd edilib. Mənə elə gəlir, hər kəs öz yaşadığı regionla, Qərbi Azərbaycanın bir bölgəsi ilə bağlı ətraflı yazıları, məlumatları təqdim etməlidir.

Çox kitablar yazılıb, amma geniş yayılmayıb, təqdim edilməyib. Biz hesab edirik ki, mövcud faktları cəmiyyətə tanıtmalı, təqdim etməliyik. İnsanlar o torpaqlar, tarixi, mədəniyyəti, abidələri haqqında geniş, dolğun məlumat ala bilməlidirlər. Daimi fəaliyyət göstərəcək muzeyimizdə həm azərbaycanlılara, həm də xaricdən gələn qonaqlarımıza bütün faktlar göstəriləcək. Nəzərdə tutulan işlər çoxdur, yeni mövsümdən icmada bizi gərgin fəaliyyət gözləyir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1321   Tarix: 01 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş

Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli

18 oktyabr
.

1214 şagirdi SEVİNDİRƏN XƏBƏR - Nazirlik məlumat yaydı

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları

18 oktyabr
.

Azərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd

18 oktyabr
.

Dövlətin əsas prioriteti ölkənin təhlükəsizliyidir: Məktəblərdə bərabərlik prinsipi necə qorunmalıdır?

"Bizim kollektiv kimlik formalaşdırmaq kimi bir hədəfimiz yoxdur. Burada əsas məsələ məktəbdə bərabərlik prinsipinin gözlənilməsidir. Kimlik fərdi qaydada, insanın özünü təkmilləşdirməsi ilə də formalaşa bilər. Fərdi düşüncədə baş verən dəyişikliklər və yenilənmələr bütövlükdə ölkəmiz üçün olduqc

19 oktyabr
.

Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Azərbaycanda oktyabrın 18-də 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayi

17 oktyabr
.

Kirayə müqaviləsi bağlamamaq hansı problemlərə yol aça bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda mənzillərin kirayəyə verilməsi zamanı tərəflər arasında yazılı müqavilənin bağlanmaması hələ də aktual məsələlərdən biridir. Bəzi əmlak sahibləri və kirayəçilər şifahi razılaşma ilə kifayətlənsələr də, bu yanaşma sonradan kirayə haqqının ödənilməsi, mənzilin boşaldılması, əmlaka dəyən zərəri

19 oktyabr
.

Dərslərin başlama saatı DƏYİŞDİRİLƏ BİLƏR

Son illərdə dünya təhsil sistemində, xüsusilə də yeniyetmələrin bioloji ritmləri və sağlamlığı nəzərə alınmaqla, dərslərin başlama saatının gecikdirilməsi müzakirə olunan məsələlərdən birinə çevrilib. Belə ki, dərslərin saat 08:00 əvəzinə 09:00-da və ya daha gec başlaması, eləcə də növbəli təhsil sistemini

18 oktyabr
.

Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd

17 oktyabr
.

Korrupsiyanı ifşa edənlərə mükafat veriləcək - bəs onları təzyiqlərdən kim qoruyacaq? - VƏKİLDƏN AÇIQLAMA

Azərbaycanda korrupsiya faktları barədə məlumat verən şəxslərin mükafatlandırılması və müdafiəsi ilə bağlı yeni qanun layihəsi gündəmə gəlib. Layihədə belə şəxslərin kimliyinin məxfiliyinin qorunması, hüquqi yardım alması və korrupsiya barədə məlumat verdiklərinə görə iş yerində qisas xarakterli tədbirlərl

19 oktyabr