"Azad edilmiş ərazilər iqtisadi güc mənbəyi kimi ölkə iqtisadiyyatında xüsusi paya malikdir" - Deputat

"Azad edilmiş ərazilər iqtisadi güc mənbəyi kimi ölkə iqtisadiyyatında xüsusi paya malikdir" - Deputat"Tarixi Zəfərdən sonra Azərbaycan hökuməti cənab Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilən ərazilərdə sürətlə geniş quruculuq işləri aparır, infrastrukturun bərpası, həmin ərazilərdə iqtisadi layihələrin həyata keçirilməsi üçün davamlı tədbirlər görür. Əsas məqsəd bu bölgənin milli iqtisadiyyata sürətli inteqrasiyasını təmin etmək, zəngin iqtisadi resurslarını inkişafa yönəltmək və bölgənin əhalisinin layiqli və keyfiyyətli sosial həyat tərzini qurmaqdır. Bu məqsədlə dövlət başçısı tərəfindən yaradılmış Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarında ən müasir iqtisadi layihələrin icrası və xarici investorların cəlb olunması üçün addımalr atılmaqdadır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Deputat söyləyib ki, işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası, investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, optimal güzəştlərin və stimullaşdırıcı mexanizmlərin hazırlanması həyata keçirilib:

"Cənab Prezidentin imzaladığı "İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Sərəncam həmin məqsədlərə çatmaq üçün "yol xəritəsi" hesab edilə bilər. Hazırda minalardan təmizlənmiş ərazilərdə ilk layihələrin təməli qoyulub, Qubadlı və Kəlbəcərdə arıçılıq və heyvandarlıq təsərrüfatları qurulub, Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, nəqliyyat və sosial infrastrukturları dayanmadan gecə-gündüz qurulmaqdadır. Bu mənzərə bütün xarici investorların bölgəyə həvəsini artırır. Məhz bu məqsədlə hökumət onlara iqtisadi stimullar vermək, vergi-gömrük güzəştləri tətbiq etmək niyyətindədir. Dövlət başçısının müvafiq Sərəncamı da həmin strateji hədəflərə hesablanıbdır".

A.Hüseynov bildirib ki, azad edilmiş ərazilərdə iqtisadi proqramların həyata keçirilməsi ölkə iqtisadiyyatına öz mühüm töhfəsini verəcək:

"Qarabağ və Şərqi-Zəngəzurda Türkiyə, Cənubi Koreya, İsrail, Macarıstan, İtaliya və digər ölkələrə məxsus şirkətlər sərmayə qoymaq niyyətindədir. Bu bölgədə Azad İqtisadi Zona yaradılıb və Rusiyanın "Kamaz" şirkəti artıq ilk investor kimi qeydiyyatdan keçib. Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə "Yaşıl" iqtisadiyyat quruculuğunda iştirak etmək istəyir. "Yaşıl enerji" zonası İtaliya, Cənubi Koreya, Türkiyənin da marağı böyükdür. Türkiyə şirkətləri Laçın və Kəlbəcər rayonlarında bərpa olunan enerji layihələrinin iqtisadi əsaslandırma planını hazırlayıb və külək elektrik stansiyalarının inşası başlanacaq. Yeri gəlmişkən, Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə artıq sərmayə proqramlarının icrasına başlayıb. Türkiyənin "Eti Bakır A.Ş." şirkəti Qaşqaçay filiz yatağında, "Artvin Maden A.Ş." şirkəti Elbəydaş və Ağduzdağ filiz yataqlarında neçə aydır ki, fəaliyyət göstərir.

Beləliklə, işğaldan azad edilmiş ərazilər iqtisadi güc mənbəyi kimi ölkə iqtisadiyyatında əlavə dəyərin yaradılmasında xüsusi rola malik olacaq. Həmçinin, bu ərazilərdə daha iki beynəlxalq aeroportun, ölkəmiz üçün həm strateji, həm də iqtisadi əhəmiyyətə malik olan və Zəngəzur dəhlizinin istifadəyə verilməsi güclü turizm və tranzit potensiallarını da artıracaq".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1126   Tarix: 01 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Hərbçimiz ürəyindən əməliyyat olundu - Video

Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib. xəbər verir ki, bununla bağlı MN məlumat yayıb. Bildirilib ki, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunun müayinələri zaman

19 oktyabr
.

Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli

17 oktyabr
.

Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi

Xəbər verdiyimiz kimi, Bakı metrosunun genişləndirilməsi üçün 302 milyon dollar kredit ayrılıb. Bu maliyyələşmə Azərbaycan hökumətinin həyata keçirdiyi və ümumi dəyəri 2,6 milyard dollar olan metro şəbəkəsinin genişləndirilməsi proqramının bir hissəsidir. Bu məbləğ qarşılığında hansı işlər görüləcək

18 oktyabr
.

Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl

18 oktyabr
.

Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş

Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli

18 oktyabr
.

Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ

2026-cı ilin yanvar-sentyabr ayları ərzində 24 632 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Onların 60,45%-ni kişilər, 39,55%-ni isə qadınlar təşkil edib

18 oktyabr
.

65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK

Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin

17 oktyabr
.

Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye

Prezident İlham Əliyevin sərəncamı ilə Teymur Musayev baş nazirin müavini təyin olunub. Teymur Musayevin dosyesini təqdim edir:. Teymur Yusif oğlu Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilinə 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş Konsulluğunu

19 oktyabr
.

Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək

Payız fəslinin başlamasına baxmayaraq, havaların isti keçməsi iqlim dəyişiklikləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Sentyabr və oktyabr aylarında temperaturun yüksək olması, eləcə də isti havaların daha uzun müddət davam etməsi bir sıra amillərlə əlaqələndirilir. Bu ilin oktyabr ayınd

18 oktyabr