Deputat: Avropa İttifaqı Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi və reallıqları qəbul edir

Deputat: Avropa İttifaqı Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi və reallıqları qəbul edirAzərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərlə regionda və bütövlükdə dünyada yeni reallıqlar yaratdı. Onların beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsi, bəzi dünya güclərinin fəaliyyətlərini bu istiqamətdə qurmaları günümüzün reallıqlarıdır. Bu baxımdan deyə bilərik ki, avqustun 31-də Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə növbəti – sayca dördüncü görüşü Cənubi Qafqazda daimi sülhün və əməkdaşlığın təmin olunması istiqamətində atılan daha bir addımdır. Hər bir görüşü qarşıya qoyulan hədəfə doğru istiqamət almış bir addım kimi dəyərləndirməliyik. Regionda yeni reallıqların müəllifi olan Prezident İlham Əliyev postmünaqişə mərhələsinin ümumi geosiyasi mühitinin formalaşmasında əsas söz sahibidir. Bu səbəbdən də, Brüssel görüşündə Azərbaycanın şərtləri gündəmdə olub. Belə ki, Ermənistanın müqavimətinə və Brüssel görüşündə real nəticələrin əldə olunmasına maneçilik törətmək cəhdlərinə baxmayaraq, Prezident İlham Əliyev Şarl Mişelin vasitəçiliyi ilə konkret nəticələr əldə edib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov söyləyib.

Brüssel görüşündə əldə olunan nəticələrdən danışan İ.Yusifov deyib: "Bir ay müddətində Azərbaycan və Ermənistanın Xarici İşlər nazirliklərinin xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılıq əldə olunub. Bu fakt sülh müqaviləsinin imzalanması istiqamətində atılan növbəti önəmli addımdır. Yeni sənəddə nə Qarabağ mövzusu var, nə də ATƏT-in Minsk qrupunun adı çəkilir. Bu format artıq ləğv olunub. Bu gün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində Avropa İttifaqının və onun Prezidenti Şarl Mişelin vasitəçilik formatı mövcuddur, burada Qarabağ mövzusu yoxdur və bu məsələ Azərbaycanın daxili işi hesab olunur. Hazırkı dönəmdə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmini, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanması ən vacib amildir. Artıq bundan sonra konkret addımların atılması mütləqdir. Azərbaycan iki ilə yaxındır ki, qarşı tərəfə təkmil sülh modelini təklif etsə də, bilirik ki, Ermənistan indiyə qədər bu prosesdən yayınmağa çalışırdı. Brüssel görüşündə bir daha məlum oldu ki, otuz il ərzində münaqişənin həlli istiqamətində bir addım belə atmaq barədə düşünməyən Minsk qrupu postmünaqişə dövrünün reallıqlarını dərk etmək imkanında deyil. Artıq əminliklə söyləmək olar ki, sülh müqaviləsi Bakının irəli sürdüyü və İrəvanın qəbul etdiyi məlum beş prinsip əsasında hazırlanacaq".

Deputatın sözlərinə görə, budəfəki görüşdə, həmçinin humanitar məsələlər, minaların təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirələr aparılıb. Eyni zamanda, sərhədlərin delimitasiyasına dair bütün məsələlər də diqqət mərkəzində olub və delimitasiya komissiyasının növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi qərara alınıb. Kommunikasiyaların açılması da Brüssel görüşünün gündəliyində olub.

Avropa İttifaqının Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi və reallıqları qəbul etdiyini vurğulayan İ.Yusifov deyib: "Eyni zamanda, ölkəmizin ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti qurum tərəfindən daim yüksək qiymətləndirilir. Aİ-nin qəbul etdiyi sənədlərdə ərazi bütövlüyümüz daim dəstəklənib, Azərbaycanın mövqeyi müdafiə olunub. Əminliklə deyə bilərik ki, Avropa İttifaqının və Prezidenti Şarl Mişelin səyləri uğurlu vasitəçilik formatıdır. Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə keçirilmiş üçtərəfli görüşün yekunlarına dair mətbuata bəyanatında bildirib ki, uzunmüddətli, davamlı sülh istiqamətində öz dəstəyini bundan sonra da göstərməyə hazırdır. Hər iki ölkənin əhalisini sülhə hazırlamağının vacib olduğunu bildirən Aİ Şurasının Prezidenti Şarl Mişel deyib: "Bu istiqamətdə ictimai mesaj çox əhəmiyyətlidir – bu cür həssas situasiyada digər tərəf ictimaiyyətdə danışılan hər bir sözü həqiqətən eşidir və qiymətləndirir". Son görüşdə əldə olunan razılaşmalar istiqamətində bəzi addımların atıldığını görməyi sevindirici hal kimi dəyərləndirən Şarl Mişel əlavə edib ki, qurum hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 699   Tarix: 02 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Gold Residence"in rəhbəri qanunsuz olaraq sahibkarların obyektini sökdürübmüş - Hökm oxundu

"Gold Residence" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) icraçı direktoru Cəmil Qasımov yarım milyon manatdan çox vəsaiti mənimsəməkdə ittiham edilir. Qaynarinfo-nun məlumatına görə, Qazax rayonunun Ağköynək kəndində qeydiyyatda olan 1984-cü il təvəllüdlü Cəmil Qasımov barəsində Cinayət Məcəlləsini

5 may
.

Hərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirib

Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə birlikdə nazirliyin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin N saylı hərbi hissəsində "Ulu Öndər irsi - dövlətçilik və ordu quruculuğunun təməli" mözvzusunda tədbir keçirib. Bu barədə -a Hərbi Prokurorluqda

4 may
.

16 yaşına çatmayan qızı nişanlamaq istədilər - Atası həbs edildi

Şəkidə 16 yaşına çatmayan qızın valideyni tərəfindən nişanlanmaya cəlb edildiyi faktı müəyyən edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Mərdanoğlu paylaşım edib. O bildirib ki, məsələ il

4 may
.

Bakıda beynəlxalq kənd təsərrüfatı və qida sənayesi sərgiləri keçirilir

Bu gün Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") işə başlayıb. xəbər verir ki, mayın 8-nə qədər davam edəcək sərgilərdə 45 ölkədəm 447 şirkət iştirak edir. Sərgiləri

4 may
.

Azərbaycanda istilik mövsümü uzadılır?

Yaz fəslinin ortaları olmasına baxmayaraq, Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə yağışlı və küləkli günlərin davam etməsi əhali arasında istilik tələbatını yenidən aktuallaşdırıb. Bir çox mənzillərdə istilik cihazlarının hələ də istifadədə qalması mövcud vəziyyəti

4 may
.

Azərbaycandan tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. Qeyd olunur ki, 8 vaqon gübrə Ermənistana göndəriləcək. Vaqonların saat 12:00-da Biləcəri stansiyasından yola salınmas

3 may
.

Bakıda klassik musiqi konserti

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə metronun Gənclik" stansiyasının yaxınlığındakı istirahət parkında açıq havada Ulu Öndərin əziz xatirəsinə həsr edilən "Bi

4 may
.

Azərbaycanlı tələbə Türkiyədə qəzada öldü

Türkiyədə təhsil alan azərbaycanlı tələbə Rüstəmov Əli Rüfət oğlu dünyasını dəyişib. -a istinadən xəbər verir ki, gənc tələbə Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib

4 may
.

İlham Əliyev polşalı həmkarı Karol Navrotskini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Karol Navrotskiyə təbrik məktubu göndərib. AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:. "3 May - Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbayca

3 may