İrəvan müharibə "nazirlərini niyə həbs edir?
Ermənistan hakimiyyəti müharibə generallarının həbsi prosesini davam etdirir. Əvvəllər İrəvanda oturan generalar səbatsızlıq, yeyinti və s. adla "çarmıxa" çəkilirdisə, indi Qarabağ ermənilərinin generalları da həbs edilir. Erməni mətbuatı bir neçə gün öncə maskalı şəxslərin Xankəndi yolunda əməliyyat keçirərək bir vaxtlar tərifi göylərə qaldırılmış "eks-nazir" Mikael Arzumanyanı saxlamasını sərt tənqid etdi. Qondarma rejimin müdafiə naziri olmuş Arzumanyan Şuşa döyüşlərindəki uğursuzuqlarına görə məhkəmə qarşısına çıxacaq. İndi isə məlum olub ki, daha bir general və "eks-nazir" həbs təhlükəsi ilə üzləşib. Bu, 44 günlük müharibə zamanı ordumuzun xidməti avtomobilində vurub yandırdığı Cəlal Arutyunyandır.
"Joğovurd" nəşri yazır ki, hazırda hüquq-mühafizə sistemi 44 günlük müharibədəki hərbi əməliyyatlarla bağlı faktlar üzrə cinayət işlərinin başlanması problemi ilə üzləşib. Qeyd edilir ki, 2020-ci ildəki məlum döyüşlərin bütün materialları dövlət və hərbi sirr hesab edildiyi üçün 44 günlük müharibəyə dair işlərə baxan istintaq orqanları ciddi çətinliklərlə zləşəcəklər.
"Üstəlik, bizə daxil olan məlumata görə, ibtidai istintaq orqanlarından biri Ermənistan Respublikası hökumətinə müharibəyə dair bağlı bəzi materialların təqdim edilməsi xahişi ilə ərizə təqdim edib. Ərizəyə necə cavab verilib? Bununla bağlı indiyə qədər olan təfərrüatları öyrənə bilməmişik. Bircə onu bilirik ki, cavab çox da qənaətbəxş olmayıb.
Qeyd edək ki, belə vəziyyətlə paralel olaraq, İstintaq Komitəsi kifayət qədər fəal şəkildə Qarabağın "müdafiə ordusunun" keçmiş komandanı Mikael Arzumanyana qarşı tədbirlər görür, onu Şuşanın özünümüdafiəsini düzgün təşkil etməməkdə ittiham edirlər. Məhkəmənin qərarı ilə onu həbs edirlər.
Dünən Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin rəhbəri, Qarabağın "müdafiə ordusunun" keçmiş rəhbəri Cəlal Arutyunyana qarşı da ittihamlar irəli sürülüb. Bu fəaliyyətin nə ilə əlaqəli olduğu hələlik aydın deyil. Yalnız o bəllidir ki, iki ildən sonra müharibədə, uğursuzluqda günahkar olan şəxslər yada düşür...", - müəllif yazıb.
Digər müxalif saytıar isə iddia edirlər ki, Paşinyan müharibə "nazirlərini" indi həbsə atmaqla yaxın gələcəkdə baş tutacaq sülh prosesi ilə bağlı addımlardakı potensial təxribatçıları sıradan çıxarmağa ya da qorxutmağa çalışır. İrəvanı nə Şuşadakı uğursuz əməliyyat, nə də geri qayıdan Azərbaycan torpaqları maraqlandırmır./Azvision
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi
Narı dənələri ilə yemək olar? - Qastroenteroloqdan CAVAB
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?
Xəmir kimi alınan düyünü xilas etməyin sirri: Qazana sadəcə 2 tikə qoyun
Ərdoğandan təbrik mesajı: "Qardaşım İlham Əliyevlə kədər və sevincdə bərabərik" - Foto
Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq
Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI
Prezidentdən Valeh Ələsgərovla bağlı - Sərəncam