Kənd təsərrüfatı eksperti: "Azərbaycan çay idxaldan ciddi şəkildə asılıdır"

Kənd təsərrüfatı eksperti: "Azərbaycan çay idxaldan ciddi şəkildə asılıdır""Azərbaycanın çay istehlakı da az deyil. İxrac həcmində də kifayət qədər artım var. Lakin daha çox idxalımız mövcuddur. İdxaldan ciddi şəkildə asılıyıq. 7 min ton çay idxal ediriksə, 1000 ton ixrac edirik. İxracın artımına səbəb idxal etdiyimiz məhsulun bir hissəsini yarımfabrikat kimi ölkəyə gətirib, sonra istehsal edib, ixrac etməyimizdir.

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 6 263,69 min ABŞ dolları dəyərində 1 081,75 ton çay ixrac edib. Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu, bir il öncəki göstəricidən 49 və 95 faiz çoxdur. Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,03, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,43 faizə bərabər olub. Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 35 346,18 min dollar dəyərində 7 146,03 ton çay idxal olunub. 2021-ci ilin yanvar-iyun ayının göstəricisi ilə müqayisədə çay idxalının dəyəri 12 faiz artıb, həcmi isə 6,2 faiz azalıb. Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,56 faiz təşkil edib. 2022-ci ilin ilk altı ayında (2021-ci ilin yanvar-iyun aylarının göstəricisi ilə müqayisədə) ölkənin çay idxalı ixracı dəyər ifadəsində 5,6 dəfə, həcm ifadəsində isə 6,6 dəfə üstələyib. Statistika göstərir ki, satdığımız çay artıb, aldığımız isə azalıb. İxracın artması yaxşı haldır? Bəs çay ixracımızı daha da artırmaq üçün hansı tədbirləri görə bilərik?

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı "Kaspi" qəzeti mütəxəssilərin fikrini öyrənib.

Çay ixracı üçün imkanlarımız mövcuddur

Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Lənkəran Çay Filialının direktoru Fərman Abdullayev bildirdi ki, çay ixracı üçün imkanlarımız mövcuddur: "Yerli çay məhsulumuzu ixrac etmək yaxşı haldır. İxracı davam etdirmək üçün də yaxşı imkanlarımız var. Bunun üçün yeni çay plantasiyalarının salınmasına ehtiyac duyulur. Lakin yeni çay plantasiyalarının əkilməsi və tam məhsula düşməsi üçün böyük zəhmət və vəsait tələb olunur. Yaxşı olardı ki, yeni əkilən çay sahələri üçün birdəfəlik subsidiyalar ayrılsın"

Əlavə tədbirlər görmək lazımdır

F.Abdullayev qeyd etdi ki, çay əkinini artırmaq üçün əlavə tədbirlər görmək lazımdır: "Yeni çay plantasiyaları elmi əsaslarla salınmalıdır. Belə ki, çay əkini üçün torpaq sahəsinin düzgün seçilməsinə, perspektivli sortlardan qələm (çilik) üsulu ilə əkin materialının yetişdirilməsinə, intensiv əkin texnologiyasından istifadə etməyə, müasir suvarma sisteminin qurulmasına, aqrotexniki becərmə işlərinin həyata keçirilməsi üçün xüsusi texnikaların alınmasına və s. ehtiyac var".

Çay plantasiyaları o qədər də çox deyil

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimli isə dedi ki, istehsalın artması əkin sahələrinin böyüməsi hesabına deyil: "Ölkəmizdə çay əkini ilə bağlı ərazi o qədər də çox deyil. Elə də ciddi artım yoxdur, cəmi 1000 hektar əkin sahəsi var. Son illərdə məhsuldarlıq hesabına rəsmi rəqəmlərlə cəmi 1200 ton yaşıl çay yığılır. Son 4 ildə istehsalda 40 faiz artım var. Bu, daha çox hektar başına alınan məhsulun, yəni məhsuldarlığın artması hesabına olub. Əkin sahələri böyüməyib, məhsuldarlığın artması hesabına istehsal həcmi artıb".

İdxaldan ciddi şəkildə asılıyıq

Ekspertin sözlərinə görə, idxalımız ixracımızdan daha çoxdur: "Azərbaycanın çay istehlakı da az deyil. İxrac həcmində də kifayət qədər artım var. Lakin daha çox idxalımız mövcuddur. İdxaldan ciddi şəkildə asılıyıq. 7 min ton çay idxal ediriksə, 1000 ton ixrac edirik. Yəni idxal ixracdan 7 dəfə çoxdur. İxracın artımına səbəb idxal etdiyimiz məhsulun bir hissəsini yarımfabrikat kimi ölkəyə gətirib, sonra istehsal edib, ixrac etməyimizdir. Bu da əlavə dəyər yaradır. Yəni ölkəyə valyutanın çıxışından çox gəlişini təmin edir. İxracın nisbətən artmasına bir səbəb də budur".

Məhsuldarlığın artırılması imkanları məhduddur

C.İbrahimlinin fikrincə, əkin sahələrini artırsaq, istehsal da çoxalar: "Əlimizdəki mövcud əkin sahələri ilə məhsuldarlıq normaldır. 1 hektardan yaşıl çay kütləsinin yığımı 17 sentnerdir. Burada məhsuldarlığın artırılması imkanları məhduddur. Ancaq əkin sahələrinin artımı hesabına çayın istehsalını artırmaq mümkündür. İdxaldan asılılığın aradan qaldırılması üçün xammal istehsalının artırılması lazımdır. Daxili istehsalın artması hesabına ixracın artması təmin olunsa, bu, daha məqsədəuyğun olardı".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1333   Tarix: 03 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər

Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils

18 oktyabr
.

Gözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?

Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

18 oktyabr
.

65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK

Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin

17 oktyabr
.

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları 6 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 milyon 288,4 min sərnişin daşınıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 183,5 min sərnişin və ya 5,9 % çoxdur. 9 ayda bu nəqliyyat növü ilə yükdaşıma 288,

17 oktyabr
.

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzind

18 oktyabr
.

UŞAQLI AİLƏLƏR HANSI SOSİAL ÖDƏNİŞLƏRDƏN YARARLANA BİLƏR? - Müavinətlərin məbləği və şərtləri

Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti

18 oktyabr
.

Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say

18 oktyabr
.

Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 281 kq qızıl, 2 813,8 kq gümüş istehsal edilib. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qızıl istehsalı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,9 %, gümüş istehsalı isə 5,7 % azalıb. Ötən 9 ay ərzində Azərbaycanda mi

18 oktyabr
.

Tarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu

Yaponiya Meteorologiya Agentliyinin (JMA) proqram xətası ölkədə böyük həyəcana səbəb olub. "Qafqazinfo" xəbər verir ki, təcili xəbərdarlıq sistemi Rusiyanın Kamçatka yarımadasında baş verən real 6,9 bal gücündəki zəlzələni səhv emal edərək, təkanın gücünü tarixdə görünməmiş 9,9 bal kimi qiymətləndirib

17 oktyabr