General Armen Arutyunyan zaminə buraxıldı...
İki aydan artıqdır ki, həbsdə olan erməni general-mayor Armen Arutyunyan zaminə buraxılıb.
Bu barədə generalın vəkili Akop Yenokyan NEWS.am-a müsahibəsində bildirib.
Xatırladaq ki, avqustun 17-də Milli Təhlükəsizlik Xidmətində araşdırılan cinayət işi çərçivəsində Raket və artilleriya qoşunlarının idarəsinin keçmiş rəisi, general-mayor Armen Arutyunyan saxlanılıb.
İstintaq zamanı müəyyən edilib ki, Armen Arutyunyan Müdafiə Nazirliyi ilə Ermənistanda fəaliyyət göstərən şirkət arasında bağlanmış müqaviləyə əsasən tədarük olunan məhsulun seçim komissiyasının sədri olmaqla təchizatçı şirkətin direktoruna və sahibinə yardımçı olub və o, bağlanmış müqavilənin predmetinə uyğun olmayan əmlakı qəbul edərək Müdafiə Nazirliyindən külli miqdarda qanunsuz pul qazanmaq üçün bilavasitə şirkətin niyyətlərini həyata keçirib. Bu məqsədlə təhvil verilmiş əmlakın taktiki-texniki göstəriciləri arasında uyğunsuzluğu gizlədərək müqavilədə nəzərdə tutulmuş müvafiq çaplı top mərmiləri əvəzinə, Müdafiə Nazirliyinə ümumi həcmdə müxtəlif tipli Çexiya istehsalı olan mərmilər təqdim ediblər. Onların ümumi məbləği 523 089 000 dram və ya 1 083 000 ABŞ dolları təşkil edib. Nəticədə, uçuş məsafəsi təmin olunmayıb, tələb olunan normadan artıq mərmilərin sayı qeydə alınıb, mərmilər Müdafiə Nazirliyinin sərəncamında olan top mərmilərinin ballistik xüsusiyyətlərinə və Ermənistan Respublikasının Silahlı Qüvvələrində qüvvədə olan parametrlərə uyğun gəlməyib. Nəticə etibarı ilə, mərmilərin istifadəsi vəziyyətində hədəfə atəş açmaq və döyüş tapşırıqlarını həll etmək mümkün olmayıb. Beləliklə, əməliyyat dövlət üçün ağır maddi nəticələrə səbəb olub.
Eyni zamanda məlum oldu ki, bu partiyadan olan mərmilər 44 günlük müharibə zamanı da istifadə olunub, nəticədə döyüş tapşırıqlarını həll etmək mümkün olmayıb. Eyni iş üzrə təchizatçı şirkətin direktoru və sahibi də ittiham olunub./Moderator
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1099 Tarix: 04 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Moskvada bank qarətinin üstü 11 il sonra DNT analizi ilə açıldı
Rusiyanın paytaxtı Moskvada 2015-ci ildə törədilmiş bank qarətinin üstü müasir DNT analizləri sayəsində 11 il sonra açılıb. Şübhəlinin şəxsiyyəti məhkumların planlı genom qeydiyyatı zamanı müəyyən edilib. bu barədə REN TV-yə istinadən xəbər verir. Cinayət 2015-ci ildə Varşava şosesində yerləşən ban
17 oktyabrHindistanda Xalq Tarakanlar Partiyası hərəkatının lideri saxlanıldı
Hindistan polisi Xalq Tarakanlar Partiyası hərəkatının lideri Abxicit Dipkeni nəzarət altına alıb. Bu barədə "India Today" nəşrinə istinadən məlumat verir. "Dipke iki dəfə Konnot-Pleysdə (Nyu-Delhi rayonu) Mərkəzi parkı ziyarət etməməsi ilə bağlı qadağanın olduğu bildiriş göndərilib, laki
17 oktyabrZelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar
Avropa ölkələri "Starlink" peyk rabitəsi sisteminin Ukraynada fəaliyyətinə məhdudiyyətlər tətbiq edildikdən sonra ona alternativlərin hazırlanmasını aktivləşdiriblər. "Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelensk
18 oktyabrMustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi ölkədə terrorla mübarizə və ictimai sülhün təmin olunması istiqamətində həyata keçirilən proses çərçivəsində PKK terror təşkilatı ilə heç bir sövdələşmənin aparılmadığını və güzəştə gedilmədiyini bildirib. "Report" xəbər verir ki, bu barədə "Habe
18 oktyabrİran ordusu: Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır
Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran Ordusunun Hərbi Dəniz Qüvvələrini (HDQ) məlumat yayıb. "Bu gün günorta saatlarında Hörmüz boğazının şərq hissəsini daim müşahidə və nəzarətdə saxlayan İran Ordusunun Hərb
18 oktyabrTürkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Türkiyəli müğənni İlyas Yalçıntaş barəsində narkotik və ya psixotrop maddələrin satışı və ya verilməsi ittihamı ilə ittiham aktı hazırlanıb. "Haber Global" telekanalına istinadən xəbər verir ki, ittiham aktında onun azı 10 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunur. İstanbulda Bakırkö
18 oktyabr