Bölgədə kritik gəlişmə - "Bir neçə aya buranı İrandan təmizləyəcəyik"
ABŞ liderliyindəki koalisiya qüvvələri Suriyanın Dəra, Süveyda və Quneytra şəhərlərinə ağır silahlar, sursatlar və döyüşçülər göndərir.
Bu barədə "Türkiyə" qəzeti məlumat yayıb.
Türk nəşrinin məlumatına görə, İordaniya sərhədindəki Əl-Tanfı öz bazası kimi istifadə edən koalisiya qüvvələri cənubda açılacaq cəbhə üçün 30 min nəfərlik yeni ordu qurur. Yeni döyüş hazırlığı çərçivəsində Ruqban düşərgəsində "Məqavir əs-Səvra", "Əl-Balus" və "Xaldun əz-Zubi" qruplaşmaları başda olmaqla bir çox müxalif qrupların yer aldığı müştərək əməliyyat qərargahı yaradılıb.
Bölgədə genişmiqyaslı döyüş hazırlığının aparıldığını bildirən müxaliflər yeni briqadaların yaradıldığını bildirirlər. Dəra-Quneytra-Süveyda-Tanf xəttindən Bəşər Əsəd və İran qüvvələrini hədəf alacaq hücumlara Süveydadakı dürzi birləşmələri də dəstək verəcək. Eyni zamanda, koalisiya qüvvələri Suriyanın müxtəlif bölgələrindəki silahlı qruplaşmalara birgə döyüşmək təklifi verib.
ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın nümayəndələri suriyalı müxalif döyüşçülərə 1100 dollar maaş vəd edib. Məlumata görə, Suriya daxili və xaricində yaşayan və koalisiyanın təklifini qəbul edən müxalif əsgər və zabitlər İordaniya üzərindən bölgəyə hərəkət etməyə başlayıblar.
Ruqbanda keçirilən toplantıda ABŞ və müttəfiqləri bölgənin 8-14 ay ərzində rejim və İran qüvvələrindən təmizlənə biləcəyini bildiriblər. Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) nümayəndələrinin qatıldığı toplantıda ilk dəfə "muxtariyyət" ifadəsi də səsləndirilib, Süveyda-Kuneytra-Dəra xəttinin muxtar quruluş olaraq tanınacağı deyilib.
Muxtariyyətlə yanaşı, müxaliflərə istədikləri silah-sursat, zenit sistemlər və texnikalar da vəd olunub.
Bölgədəki prosesləri "Türkiyə"yə şərh edən istefada olan briqada generalı Fahri Erenel Qərb qüvvələrini aktivləşdirən əsas amilin Ankara-Dəməşq yaxınlaşması ehtimalı olduğunu deyib:
"Türkiyənin PKK-PYD terror dəhlizinə müdaxiləsinin qarşısını almağa çalışanlar Yunanıstanı təxribata çəkərək bütün enerjimizi Egeyə yönəltməyə cəhd göstərirlər. Hədəfləri Suriyanı parçalamaqdır".
Erenelin sözlərinə görə, bu addım müharibə və xaosu uzun müddət saxlamaq və yaymaq strategiyasının bir hissəsidir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Narı dənələri ilə yemək olar? - Qastroenteroloqdan CAVAB
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?
Xəmir kimi alınan düyünü xilas etməyin sirri: Qazana sadəcə 2 tikə qoyun
Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB
Ərdoğandan təbrik mesajı: "Qardaşım İlham Əliyevlə kədər və sevincdə bərabərik" - Foto
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq
Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI