İnternetin qiymət artdı, bəs sürət necə? - ARAŞDIRMA

İnternetin qiymət artdı, bəs sürət necə? - ARAŞDIRMARəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "Bakı Telefon Rabitəsi" ("Baktelecom") MMC-lər GPON texnologiyasının tətbiqi istiqamətində 4 Mb/s və 10 Mb/s tariflərini ləğv edərək, uyğun olaraq 15 Mb/s və 30 Mb/s paketinə keçiblər. Nəticədə, əvvəl 4 Mb/s internet tarifinin aylıq abunə haqqı 10 manat təşkil edirdisə, dəyişiklikdən sonra 15 Mb/s tarifinin ödənişi 15 manata kimi artıb. Digər 10 Mb/s internet tarifi 30 Mb/s qədər artdığından qiymət də 12,5 manatdan 18 manata kimi artıb.

Qurumlar sürətin artdığını iddia etsə də, insanlar narazıdır. Onların fikrincə, sürətdə heç bir artım yoxdur. Bəs reallıqda necədir? İnternetin sürəti artırılıb deyə qiymətlər bahalaşıb?

Sonxeber.az xəbər verir ki, "Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

İnformasiya texnologiyaları üzrə ekspert Fərrux Rəcəbli açıqlamasında bildirib ki, optik internet daha güclüdür:

"4 və 10 mb olan internet köhnə standartdır. Daha çox ev müştərilərinin istifadə etdiyi, telefon rabitə xətləri üzərindən verilən internetdir. Azərbaycanda köhnə internet standartı asimmetrik olaraq çalışırdı. Yəni endirmə və yükləmə sürətləri heç vaxt eyni olmurdu. "Aztelecom" və "Baktelecom" son illərdə ölkə, daha çox paytaxt ərazisində, demək olar ki, bütün mənzilləri optik internet- GPON texnologiyası ilə təmin etdilər. Optik kabellər və telefon xətti ilə verilən internet müqayisə oluna bilməz. Optik internetin həm endirmə, həm yükləmə tərəfləri daha əlverişlidir".

Ekspertin fikrincə, internetin qiyməti elə də baha deyil:

"İnternet sürəti qalxacaqsa, qiymət də avtomatik olaraq qalxmalıdır. Böyük bir qiymət artımı müşahidə olunmur. Provayderlərin qiymətlərinə nəzər saldıqda görürük ki, standart qiymətlərdir. Sadəcə, internet texnologiyası, standartlar dəyişir, optik internetə keçirik deyə, qiymətlər də avtomatik olaraq qalxır. Telefonla verilən internetin qiymətinin provayderlərin qiymətlərindən aşağı olduğunu düşünürəm".

F.Rəcəbli bildirdi ki, köhnə standart ilə yenisi arasında 5 dəfə sürət fərqi var:

"Düzdür, istifadəçilər deyirlər ki, keyfiyyətdə heç bir dəyişiklik yoxdur. Lakin bu, doğru yanaşma deyil. Çünki internetlə təmin olunmuş istənilən mənzilə yaxınlaşıb internetin sürətini test etsəniz, keyfiyyəti görəcəksiniz. Heç bir halda ola bilməz ki, əvvəlki ilə yeni internet standartı arasında minimum 5 dəfə fərq olmasın".

İT mütəxəssisi qeyd etdi ki, internetin sürətinin qaldırılmasına ehtiyac var idi:

"Artıq yüksək sürətli internetdən istifadə etmək lazımdır. Ev əşyalarımızın bir çoxunun internetə çıxışı var. Smart tv və digər ev əşyaları işlədirik. Yüksək sürəti də yalnız optik internet verə bilir. Gələcəkdə hətta bundan qat-qat üstün internet sürətinə ehtiyac olacaq".

F.Rəcəblinin sözlərinə görə, gələcəkdə internetin sürəti artırılarsa, qiymətlər də bahalaşmalıdır:

"Bu gün evlərə verilən internetin sürəti 15-20 mb-dən başlayırsa, ola bilər 5-10 il sonra 100 mb-dən başlayıb gb və tb-lərə qədər qalxa bilər. Əlbəttə, bu zaman internet xidmətinin ödənişi də qalxacaq. Bu da normaldır. Lakin düşünürəm ki, provayderlər ev istifadəçilərinin internetə ödəyə biləcəkləri büdcələri artıq bilirlər. Buna görə də internet sürətində dəyişiklik olsa da, çalışacaqlar ki, ödənişlərdə yüksək artımlar olmasın".

İT mütəxəssisi Emin Qasımovun fikrincə isə, internetin sürətinin artırılması üçün kabellər dəyişməlidir:

"Sadə telefon kabeli - ADS xətti ilə maksimum 7.5 - 8 mb/s sürət vermək olur. Əgər fiberoptik kabellər çəkilməyibsə, sürət 7,5-8 mb keçə bilməz. Çünki sadə telefon kabeli bunu dəstəkləyə bilmir. İnternetin sürətini hələ test etmək imkanım olmayıb. Amma inanmıram ki, adi telefon kabeli ilə 6 mb/s çox sürət verə bilsinlər. İnternetin sürətinin artırılması üçün ölkə üzrə kabellər yenilənməlidir. Deyirlər ki, sürət artırsa, qiymət qalxır, xeyr, belə deyil. Yaxın xarici ölkələrdə provayderlər sürəti hər dəfə qaldırırlar, lakin çox az hallarda qiymətdə dəyişiklik olur".

E.Qasımov bildirdi ki, faylların həcmi artdığına görə internetin sürətinin daha da artımına ehtiyac var:

"Sürətin artımı çox gözəldir. Hamı evdə, işdə internetdən istifadə edərək videolara baxmaq, proqramlar yükləmək istəyir. İnsanların boşuna əsəb keçirməmələri üçün internet sürətinin yüksək olması yaxşıdır. Düşünürəm ki, sürətin daha da artmağı şərtdir. Çünki 5 il əvvəl ilə müqayisədə faylların həcmi böyüyüb. Əgər əvvəl bir video 20 mb idisə, indi 500-900 mb-dir. Həcmin böyüməsi videoların keyfiyyətinin artması ilə bağlıdır. Keyfiyyət artırsa, faylların həcmi də artır. Bu, yalnız video yox, bütün fayllara aiddir".

Mütəxəssisin sözlərinə görə, telefon xətti ilə internetdənsə provayderlərə qoşulmaq daha yaxşıdır:

"Məsləhət görərdim ki, insanlar evlərinə fiberoptik internet çəksinlər. Bu, daha ucuzdur. Bizdə yetərincə provayderlər var və onlar 40-60 mb-i fiberoptik kabellə daha ucuz və keyfiyyətli sürətlə verirlər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1579   Tarix: 04 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 281 kq qızıl, 2 813,8 kq gümüş istehsal edilib. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qızıl istehsalı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,9 %, gümüş istehsalı isə 5,7 % azalıb. Ötən 9 ay ərzində Azərbaycanda mi

18 oktyabr
.

Tarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu

Yaponiya Meteorologiya Agentliyinin (JMA) proqram xətası ölkədə böyük həyəcana səbəb olub. "Qafqazinfo" xəbər verir ki, təcili xəbərdarlıq sistemi Rusiyanın Kamçatka yarımadasında baş verən real 6,9 bal gücündəki zəlzələni səhv emal edərək, təkanın gücünü tarixdə görünməmiş 9,9 bal kimi qiymətləndirib

17 oktyabr
.

Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? - Anası məhkəmədə danışdı

Mingəçevir və Zərdabın icra başçısı işləmiş Lütvəli Babayevin oğlunun iki milyonluq əmlakını ələ keçirməkdə ittiham olunanların məhkəməsi davam edir. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda Lütvəli Babayevin həyat yoldaşı Rübabə Babayev

17 oktyabr
.

Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş

Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli

18 oktyabr
.

Tələbələrin təqaüdləri artırılacaq?

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini

18 oktyabr
.

İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video

Ölkəmizdə kifayət qədər vakansiya mövcuddur. Hər gün yenilənən onlarla iş elanı da bunu göstərir. Bəs işaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? Problem vakansiyaların sayında, təklif olunan əməkhaqqında, təcrübə tələbində, yoxsa işəgötürənlərin tələbləri ilə işaxtaranların bacarıqları arasındak

18 oktyabr
.

65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK

Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin

17 oktyabr
.

Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər

Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils

18 oktyabr
.

Dərslərin başlama saatı DƏYİŞDİRİLƏ BİLƏR

Son illərdə dünya təhsil sistemində, xüsusilə də yeniyetmələrin bioloji ritmləri və sağlamlığı nəzərə alınmaqla, dərslərin başlama saatının gecikdirilməsi müzakirə olunan məsələlərdən birinə çevrilib. Belə ki, dərslərin saat 08:00 əvəzinə 09:00-da və ya daha gec başlaması, eləcə də növbəli təhsil sistemini

18 oktyabr