Azərbaycanda ailələrin azuşaqlılığa keçidi: Uşaq sayının azalması dəyərlərə təsir edirmi? - ARAŞDIRMA

Azərbaycanda ailələrin azuşaqlılığa keçidi: Uşaq sayının azalması dəyərlərə təsir edirmi? - ARAŞDIRMARəsmiyə xalanın 12 uşağı var. Hər gün evdə süfrə sərir, bütün uşaqlar bir yerdə yeyir, içir, oynayırlar. O, övladları ilə xoşbəxtdir və hər bir uşağın ruzisini Allahın verdiyinə inanır. Rəsmiyə xala özü də 15 uşaqlı ailədə böyüyüb. Deyir ki, bacılarım, qardaşlarım var. Dar, xoş günümdə yanımdadırlar. İndi xalası, bibisi olmayan uşaq məni qayğılandırır. Bu qohumluq əlaqələrinə ciddi şəkildə təsir edir.

Düzdür, indi 5, 7, 12 uşaqlı ailə görəndə təəccüblənirik. Lakin vaxtilə Azərbaycan keçmiş SSRİ məkanında çoxuşaqlı anaların sayına görə digər ittifaq respublikaları ilə müqayisədə ön sıralarda olub. İndi isə hər bir Azərbaycan ailəsində maksimum 3 uşaq var.

Bəs çoxuşaqlı ailədən azuşaqlıya keçid ailə dəyərlərinə təsir edirmi? Ümumiyyətlə, uşaqların tərbiyəsində rol oynayırmı?

Sonxeber.az xəbər verir ki, "Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsindən verilən məlumata görə, Azərbaycan çoxuşaqlı ailələrin sayına görə hər zaman örnək göstərilib. Müasir dövrdə isə gənclər üçün maddi və mədəni ehtiyaclar prioritetdir:

"Azərbaycan xalqının özünəməxsus və zəngin ailə dəyərləri mövcuddur. Çoxuşaqlılıq da Azərbaycan ailəsinin əsas özəlliklərindən idi. Lakin müasir cəmiyyətdə ailənin yeni nəslin formalaşmasında tərbiyəvi rolu haqqında təsəvvürlər kökündən dəyişib. Ənənəvi ailə tipindən müasir ailə tipinə keçidin sürətlənməsi müvafiq təsəvvürləri yenidən formalaşdırdı. Artıq müasir dövrdə gənclər üçün maddi və mədəni ehtiyaclar prioritetdir".

Qurumdan bildirildi ki, çoxuşaqlı ailələrdən azuşaqlı ailələrə keçidin ailə dəyərlərinin qorunub saxlanılması və nəsildən-nəslə ötürülməsinə heç bir təsiri olmamalıdır:

"Ailənin əsas tərbiyə imkanları, hər şeydən əvvəl, valideynlərin və uşaqların qarşılıqlı əlaqəsi ilə müəyyən olunur. Cəmiyyətdə baş vermiş hər hansı dəyişikliklər, sosial mühit, müxtəlif təzyiqlər ailə institutuna öz təsirini göstərir. Cəmiyyətimiz müasir dövrdə dinamikdir. İnformasiya platformasının geniş olması, ailə institutunun tədricən mövcud dəyişiklikliyə uyğunlaşması nəinki ölkəmizdə, bütün dünyada müşahidə olunur. Lakin bütün mövcud dəyişikliklər və tendensiyalara baxmayaraq, dövlətimizin prioritet istiqamətlərindən biri də milli dəyərlərimizə əsaslanan ailə institutunun qorunub saxlanılmasıdır. Çoxuşaqlılıqdan azuşaqlılığa keçidi tək bizim ölkədə deyil, bütün dünya ölkələrinin təcrübəsində görə bilirik. Uşaq sayının dəyərlərə heç bir təsiri olmamalıdır".

Sosioloq Aynur Hacıyeva isə deyir ki, çoxuşaqlılıqdan azuşaqlılığa keçid sosioloji problemlər yaradır:

"Əvvəlki ailələrdə bir uşaq dünyaya gələndə artıq digər uşaqlar böyümək üzrə olurdu. Uşaqlar bir-birilə ünsiyyət qurur, qidasını, oyuncağını, paltarını paylaşırdı. Yeni doğulan uşaq da doğulduğu zaman bu vərdişləri görüb, çətinlik çəkmədən onlara yiyələnirdi. Lakin indi doğulan uşaqların ailədə ünsiyyət problemləri olur. Valideynlər işləyir, onlara vaxt ayıra bilmir, məktəb, bağça vaxtında isə şikayət edirlər ki, uşaqlar sosiallaşa bilmir. Azuşaqlı ailələrdə adaptasiya və ünsiyyət problemi olur".

Sosioloq deyir ki, azuşaqlı ailə gələcəkdə qohumluq əlaqələrinin pozulmasına gətirib çıxarır:

"Təbii ki, keçmişdə də valideynlər işləyirdi. Lakin valideynlər işdə olanda ailənin yaşca böyük övladları onları əvəz edirdi. Onlar digər körpə bacı-qardaşlarına nəzarət edirdilər. İndi isə vəziyyət dəyişib. Ailələrdə bir, ya da iki uşaq olur. Onlar özləri də körpə olduqları üçün özlərinə nəzarət edə bilmirlər. Məcburən hansısa dayənin nəzarətində tək böyüməli olurlar. Gələcəkdə onların qohumluq əlaqələri də zəifləyir. Xala, dayı, əmi, bibi ya olmur, ya da ikisindən biri olur. Keçmişdə hər hansı bir problem yaşandıqda köməyə qohumlar çatırdı. Xala, bibi, dayı olmadığı üçün gələcəkdə uşaqlara dəstək olacaq qohumlar da olmayacaq".

Psixoloq Murad İsayev deyir ki, ailədə iki və daha artıq uşağın olması uşaqların gələcəkdə özgüvənlərinin yüksək olmasına təsir edir. Çünki bacı, qardaş bir-birinə mənəvi dayaqdır:

"Lakin çoxuşaqlı deyil, bir və ikiuşaqlı ailələrin sayı artır. Təkuşaqlı ailələrdə uşağın eqoistlik və özünəqapanma problemləri olur. Amma bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. İnsanlar daim işləməli və pul qazanmalıdırlar. Ana da, ata da çalışmalıdır. Bunu nəzərə alan valideynlərimiz bir, maksimum iki uşağa üstünlük verirlər. Burada valideynləri qınamaq da olmaz. Amma bəzən də 2-3 uşaq saxlamağa imkanı olan valideynlər bundan imtina edir, tək uşaqla kifayətlənirlər".

Psixoloq deyir ki, çoxuşaqlı ailələrdə daha çox mehribançılıq müşahidə olunur, nəinki azuşaqlı ailələrdə:

"Müasir dünya elədir ki, insanlar daim məşğuldur. Təsəvvür edin, sosial tərəfdən böyük internet sferası var, orada imkanlar genişdir. Bir insanın evə gələndə ancaq televizora baxmaq üstünlüyü yoxdur. İnsanlar o qədər məşğuldur ki, evə gələndə yoldaşı ilə danışmağa motivasiyası olmur. Təəssüflər olsun ki, təkuşaqlı ailələrdə bu problem daha çox olur. Uşaqlar 2-3 yaş intervalla olduqda, bir-birlərinə yardımlaşma prinsipi ilə böyüyürlər. Valideynlər "uşaqların tərbiyəsinə çox vaxt gedir", "uşaqların maddi-mənəvi problemləri yaranır" kimi arqumentlər gətirirlər. Təbii ki, bəzilərinin haqlı tərəfləri var. Amma hamı belə deyil. Maddi durumu yaxşı olanlar belə tənbəl və eqoist düşüncələrlə uşaq dünyaya gətirmək istəmirlər. İmkanı olan valideynlərə sözüm odur ki, uşaqların çox olmasından narahat olmayın. Sayları nə qədər çox olarsa, uşaqlar sosiallaşmağa doğru daha yaxşı addım ata bilərlər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1703   Tarix: 04 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür. Report-a istinadən xatırladır ki, oktyabrın 17-də Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Füzuli əməliyyat

17 oktyabr
.

Səmimi söhbət əvəzinə ChatGPT: Süni intellekt münasibətlərə necə zərər vurur?

Süni intellekt münasibətlərdə getdikcə daha çox görünməz üçüncü tərəfə çevrilir. Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin yazdığına görə, "Mental Health UK" təşkilatının sifarişi ilə aparılan araşdırma insanların üçdə birindən çoxunun süni intellekt çat-botlarından, faktik

16 oktyabr
.

Övladı bağçada yaralanan ata müəssisə rəhbərini ittiham etdi - Video

Sumqayıtda özəl bağçalardan birində azyaşlının xəsarət alması ilə bağlı valideynlə müəssisə rəhbərliyi arasında mübahisə yaranıb. Baku TV-ə istinadla xəbər verir ki, şikayətçi Yaqub Yasinov övladının bağçada nəzarətsiz qaldığı üçün yıxılaraq yaralandığını və hadisədən sonra uşağa ilkin tibbi yardım göstərilmədiyin

16 oktyabr
.

Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?

"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, söküntü işləri əsasən Səmə

16 oktyabr
.

Dövlət Komitəsinin sədri "2026 G20 Dinlərarası Forumu"nda çıxış edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 16-da ABŞ-nin Yuta ştatında keçirilən "2026 G20 Dinlərarası Forumu"nda (IF20) iştirak edib. Forumda dövlət nümayəndələri, dini icma liderləri və vətəndaş cəmiyyəti üzvləri, eləcə də ictimaiyyət nümayəndələri bir aray

17 oktyabr
.

Azərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd

18 oktyabr
.

Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli

17 oktyabr
.

Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. "Unikal"a istinadla xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından çıxarılıb. Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını

16 oktyabr
.

Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say

18 oktyabr