Daşkəsəndə uçqun nəticəsində bağlanan yolda son vəziyyət - YENİLƏNİB + VİDEO

Daşkəsəndə uçqun nəticəsində bağlanan yolda son vəziyyət - YENİLƏNİB + VİDEO"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Daşkəsən rayonunun Mollahəsənli kəndi yaxınlığında baş vermiş uçqun hadisəsi barədə məlumat yayıb.

QSC-dən APA-ya daxil olan məlumata görə, sentyabrın 3-də gecə saat 23:30 radələrində Daşkəsən rayonunun Mollahəsənli kəndi yaxınlığında torpaq uçqunu hadisəsi baş verib.

Hadisə nəticəsində təqribən 10 hektar ərazini əhatə edən torpaq kütləsi Daşkəsən rayonu ilə Mollahəsənli, Əhmədli, Şahvələdli və Dəstəfur kəndlərini birləşdirən yolun Mollahəsənli kəndindən keçən hissəsini, eyni zamanda ərazidən axan çayın qarşısını kəsib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Uçqun hadisəsi vaxtı ilə mədən ərazisinin inzibati sərhədləri daxilində yerləşmiş, 1984-1993-cü illər ərzində Dağ-mədən Filizsaflaşdırma Kombinatı tərəfindən mədən üstaçma işləri zamanı əldə edilmiş gil qarışıqlı yararsız torpaq və qarışıq tullantı süxurları anbarı kimi istifadə edilmiş ərazidə baş verib. Torpaq kütləsinin heç bir kimyəvi qarışığı olmadığından hadisənin ətraf mühitə hər hansı bir ekoloji təsiri olmayıb.

Bildirilib ki, qeyd olunan ərazi "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin törəmə müəssisəsi "Daşkəsən Dəmir Filiz" MMC-nin hasilat fəaliyyəti apardığı "Cənub-Şərq" mədən ərazisindən təqribən 2 kilometr aralıda yerləşdiyindən şirkətin onlarla tikinti texnikası və canlı qüvvəsi əraziyə cəlb edilərək hadisənin fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq dəstək işləri görülüb.

Hadisədən bir neçə saat sonra sözügedən kəndlərlə əlaqə təmin edilib və kiçik çayın axını məcrasına doğru yönəldilərək nəticədə daşqın və növbəti torpaq uçqunu riski aradan qaldırılıb. Bununla yanaşı, səhər saatlarına yaxın kəndin elektrik enerjisi ilə təminatı "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin regional heyəti tərəfindən bərpa edilib. Hazırda müvafiq qurumlar tərəfindən aidiyyəti mütəxəssislər əraziyə cəlb edilib, yolun tam olaraq açılması istiqamətində işlər görülür. Paralel olaraq qeyd edilən ərazidə bu kimi hadisənin gələcəkdə yenidən baş verməməsi üçün qabaqlayıcı tədbirlər planı hazırlanır.

Qeyd edilib ki, hazırda "Daşkəsən Dəmir Filiz" MMC-nin hasilat fəaliyyəti apardığı "Cənub-Şərq" mədənində üstaçma işləri nəticəsində çıxarılmış mədən materialları (münbit torpaq qatı, boş süxur və filiz süxurları) 3 istiqamətdə daşınaraq xüsusi layihə ilə hazırlanmış anbarlarda təhlükəsizlik qaydalarına uyğun olaraq saxlanılır. "Daşkəsən Dəmir Filiz" MMC-nin mədənlərdə müvafiq fəaliyyəti beynəlxalq səviyyədə qəbul edilmiş xüsusi metodlardan istifadə edilməklə aparılır və bu kimi hadisələrin baş vermə riski yox səviyyəsindədir.

13:42

Daşkəsən rayonunun Mollahəsənli kəndində dəmir filizi qazıntıları zamanı baş verən uçqun səbəbindən bağlanan yol nəzarətə götürülüb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, hazırda yolun açılması istiqamətində işlər davam etdirilir:

"Bunun üçün əraziyə mədən tərəfindən texnikalar da cəlb edilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun açılması istiqamətində aparılan işlər nəzarət altında saxlanılır. Çalışılır ki, qısa müddət ərzində yolda hərəkət bərpa olunsun. Hərəkət bərpa olunan kimi ictimaiyyətə bu barədə məlumat veriləcək".

10:23
Daşkəsən rayonunda Mollasami kəndinin yolu bağlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

İddiaya görə, rayonda dəmir filizi qazıntıları zamanı uçqun yaranaraq yol bağalanıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli BAKU.WS-ə bildirib ki, hadisənin baş verməsindən xəbərdardır: "Hazırda mədən tərəfindən yolun açılması üçün işlər aparılır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1217   Tarix: 05 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Vüqar Bayramov: "Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb"

Füzuli rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 800 milyon manata çatıb. "Report" xəbər verir ki, bunu Milli Məclisdə Füzulini təmsil edən deputat Vüqar Bayramov bildirib. Deputat vurğulayıb ki, 2020-ci ildə həmin göstərici 191 milyon 923 min manat idi və zəfərdə

17 oktyabr
.

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları 6 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 milyon 288,4 min sərnişin daşınıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 183,5 min sərnişin və ya 5,9 % çoxdur. 9 ayda bu nəqliyyat növü ilə yükdaşıma 288,

17 oktyabr
.

Bu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO

UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki

17 oktyabr
.

Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür

Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsindən altı il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndlər

18 oktyabr
.

Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 281 kq qızıl, 2 813,8 kq gümüş istehsal edilib. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qızıl istehsalı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,9 %, gümüş istehsalı isə 5,7 % azalıb. Ötən 9 ay ərzində Azərbaycanda mi

18 oktyabr
.

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

Azərbaycan Qış İdman Növləri Federasiyasının (AQİNF) baş katibi Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) vitse-prezidenti seçilib. "Report" xəbər verir ki, bununla bağlı AQİNF-nin mətbuat xidməti məlumat yayıb. Bu barədə qərar Polşanın Zakopane şəhərində keçirilən ISMF-i

17 oktyabr
.

Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? - Anası məhkəmədə danışdı

Mingəçevir və Zərdabın icra başçısı işləmiş Lütvəli Babayevin oğlunun iki milyonluq əmlakını ələ keçirməkdə ittiham olunanların məhkəməsi davam edir. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda Lütvəli Babayevin həyat yoldaşı Rübabə Babayev

17 oktyabr
.

Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir. Həmin sakinlərdən artıq 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. AZƏRTAC-a istinadən xəbər verir ki, onlardan 1030-da

17 oktyabr
.

65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK

Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin

17 oktyabr