10 hektardan artıq ərazini yandıran şəxs saxlanıldı
Şabranda 10 hektardan artıq ərazini yandıran şəxs saxlanılıb.
Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Belə ki, Şabran Rayon Polis Şöbəsinə müraciət edən DYMH-nin dispetçeri rayon ərazisində 10 hektardan artıq quru otlaq sahənin və kol-kos ərazinin yandırılması barədə məlumat verib. Hadisə yerinə cəlb edilən polis əməkdaşları yanğını törədən şəxsin rayon sakini Rizvan Cəfərov olduğunu müəyyən ediblər. Həmin şəxs ifadəsində hadisəni ehtiyatsızlıqdan və məsuliyyətsizlikdən törətdiyini bildirib.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 792 Tarix: 05 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiya alanları SEVİNDİRƏCƏK XƏBƏR
Qarşıdan gələn bayramlarla əlaqədar bu ay pensiya, müavinət və təqaüdlərin qrafikdən əvvəl ödənilməsi başlanılıb. xəbər verir ki, bu gün Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları ödənilib
8 martABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib
ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Məsud Pezeşkianın üzrünü şərh edərək bildirib ki, bərbad vəziyyətdə olan İran Yaxın Şərqdəki qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib. "Report" xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Truth Social"da yazıb. "İran qonşular
7 martAzərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb
Bu ilin yanvar ayında Azərbaycana Avropa ölkələrindən 12 894 turist səfər edib. "Report"un əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,8 % çoxdur. O cümlədən, hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 6 075 turist gəlib. Bu da 1 il əvvələ nisbətən 1,
7 mart