Koronavirusdan sağaldıqdan sonra hansı qan xəstəlikləri ortaya çıxa bilər?

Koronavirusdan sağaldıqdan sonra hansı qan xəstəlikləri ortaya çıxa bilər?COVID-19-a yoluxub sağalanlarda bəzən qan xəstəlikləri ortaya çıxır. Belə ki, tromboz keçirmiş insanlarda müvafiq orqan disfunksiyası yaranır. Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təhməz Həziyev deyib.

BAKU.WS Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təhməz Həziyevin müsahibəsini təqdim edir.

- Təhməz müəllim, koronavirus qan azlığından əziyyət çəkənlərə necə təsir edir?

- Qeyd edim ki, qan azlığı xəstəlik deyil, sadəcə bir əlamətdir. Dəmir, B12 vitamini, fol turşusu kimi metabolik maddələrin çatışmazlığına bağlı olan anemiyalar sıx görülməklə birlikdə, qaraciyər və böyrək xəstəlikləri kimi sistemik səbəblərin, sümük iliyi problemləri də anemiyaya səbəb ola bilər. Bununla da COVID-19 infeksiyası keçirən insanda qan azlığının nədən yarandığını müəyyənləşdirmək olduqca önəmlidir. Koronavirus infeksiyası respirator sisteminə (xüsusən alt tənəffüs yollarına) ciddi şəkildə təsir etdiyindən anemiyası olan xəstələrdə tənəffüs çatışmazlığı müşahidə olunur.
COVID-19-un bilavasitə hematopoetik sistemə təsiri nəticəsində anemiya ortaya çıxır. Koronavirusa yoluxanların 60 faizində anemiya müəyyən edilib.

- Virusa yoluxub sağalan şəxs donor ola bilərmi?

- COVID-19 pandemiyası müddətində qan donorlarının miqdarında ciddi azalma yaşanmasına baxmayaraq, qısa müddətdə bu problem aradan qalxdı.
İnfeksiya simptomsuz şəkildə keçibsə, müəyyən müddətdən sonra koronavirusa yoluxmuş şəxslər qan donoru ola bilərlər. Əgər infeksiyanın simptomları ortaya çıxıbsa, o zaman simptomlar tam keçdikdən 14 gün sonra qan donor olmaq mümkündür.

- Koronavirus laxtalanmaya səbəb olmaqla orqanizm üçün hansı çətinliklər yarada bilər?

- Koronavirus infeksiyası insan orqanizminin laxtalanma sistemində dəyişikliyə səbəb ola bilər. Trombotik ağırlaşmalar, xüsusən də xəstəliyi ağır keçirən şəxslərdə rast gəlinir. Bu ağırlaşmalara miokard infarktı, işemik insult, arterial və venoz tromboemboliya daxildir.
Ağırlaşmaların diaqnostikasını təyin etmək üçün radioloji diaqnostika və laborator testlər vacibdir. COVID-19 səbəbindən hospitalizasiya olunmuş şəxslərdə simptomatik venoz tromoembolizm ortaya çıxma nisbəti təxminən 10 faizdir.

- Koronavirusdan sağaldıqdan sonra hansı qan xəstəlikləri ortaya çıxa bilər?

-Təəssüf ki, COVID-19 yoluxub sağalanlarda bəzən qan xəstəlikləri ortaya çıxır. Belə ki, tromboz keçirmiş insanlarda müvafiq orqan disfunksiyası yaranır. Bundan əlavə, miokard infarktı keçirmişlərdə ürək çatışmazlığı, pulmonar (ağciyər) emboliya olanlarda tənəffüs çatışmazlığı, həmçinin artmış pulmonar hipertenziya, işemik beyin insultu keçirmiş insanlar zehni və fiziki iş görən zaman çətinliklərlə üzləşirlər.

- Bədxassəli qan xəstəliyi olanlar bu müddətdə nələrə diqqət etməlidir?

- Leykoz, limfoma, miyelom kimi hematoloji xərçəngi olan, aktiv müalicə alan və ya müalicəsini yeni tamamlamış şəxslərdə digərlərinə nisbətən COVID-19 daha ağır şəkildə keçə bilər. İmmuniteti zəifləmiş və ya xərçəng xəstəliyindən müalicə alanlar, onlarla birgə yaşayan ailə üzvləri tənəffüs yolları infeksiyalarının ötürülməsi riskini azaltmaq üçün tövsiyə olunan tədbirlərə daha diqqətlə əməl etməlidirlər.
Bundan əlavə, dərmanların həkim nəzarəti olmadan birbaşa dayandırılmasının nəticələri xəstə üçün daha riskli ola bilər. Bu səbəbdən hər hansı bir dərman dəyişikliyindən əvvəl mütləq xəstələrin həkim ilə əlaqə saxlamaları tövsiyə olunur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1040   Tarix: 05 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 281 kq qızıl, 2 813,8 kq gümüş istehsal edilib. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qızıl istehsalı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,9 %, gümüş istehsalı isə 5,7 % azalıb. Ötən 9 ay ərzində Azərbaycanda mi

18 oktyabr
.

Tarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu

Yaponiya Meteorologiya Agentliyinin (JMA) proqram xətası ölkədə böyük həyəcana səbəb olub. "Qafqazinfo" xəbər verir ki, təcili xəbərdarlıq sistemi Rusiyanın Kamçatka yarımadasında baş verən real 6,9 bal gücündəki zəlzələni səhv emal edərək, təkanın gücünü tarixdə görünməmiş 9,9 bal kimi qiymətləndirib

17 oktyabr
.

Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? - Anası məhkəmədə danışdı

Mingəçevir və Zərdabın icra başçısı işləmiş Lütvəli Babayevin oğlunun iki milyonluq əmlakını ələ keçirməkdə ittiham olunanların məhkəməsi davam edir. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda Lütvəli Babayevin həyat yoldaşı Rübabə Babayev

17 oktyabr
.

Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş

Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli

18 oktyabr
.

Tələbələrin təqaüdləri artırılacaq?

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini

18 oktyabr
.

İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video

Ölkəmizdə kifayət qədər vakansiya mövcuddur. Hər gün yenilənən onlarla iş elanı da bunu göstərir. Bəs işaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? Problem vakansiyaların sayında, təklif olunan əməkhaqqında, təcrübə tələbində, yoxsa işəgötürənlərin tələbləri ilə işaxtaranların bacarıqları arasındak

18 oktyabr
.

65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK

Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin

17 oktyabr
.

Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər

Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils

18 oktyabr
.

Dərslərin başlama saatı DƏYİŞDİRİLƏ BİLƏR

Son illərdə dünya təhsil sistemində, xüsusilə də yeniyetmələrin bioloji ritmləri və sağlamlığı nəzərə alınmaqla, dərslərin başlama saatının gecikdirilməsi müzakirə olunan məsələlərdən birinə çevrilib. Belə ki, dərslərin saat 08:00 əvəzinə 09:00-da və ya daha gec başlaması, eləcə də növbəli təhsil sistemini

18 oktyabr