Gediş haqqı artırılır? - "50 qəpik olsa da, şirkətlər ziyanla işləyəcək"

Gediş haqqı artırılır? - "50 qəpik olsa da, şirkətlər ziyanla işləyəcək"Avtobuslarda gediş qiymətlərinin artımı üçün bir neçə ay əvvəl Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bütün özəl daşıyıcı şirkətlər dövlət qurumlarına müraciət ediblər.

Şirkətlər bildirirlər ki, gediş haqqının 30 qəpik olması onların heç bir xərcini ödəmir. Xeyirdən çox ziyana işlədiklərini deyən sərnişindaşıma şirkətləri gediş haqlarının 50 qəpik olmasını istəyir.

BAKU.WS xəbər verir ki, mövzu ilə bağlı yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Modern.az-a danışıb.

Ekspert deyib k, nəqliyyat vasitələrinin qiyməti ilə bağlı məsələ həssas bir problemdir.
Gediş haqqı artırılır? - "50 qəpik olsa da, şirkətlər ziyanla işləyəcək"Ekspert bildirib ki, hazırda əhalinin böyük bir hissəsi ictimai nəqliyyatdan istifadə edir:

"İctimai nəqliyyatdan istifadə insanların gündəlik və aylıq xərclərinə təsir edir. Nəqliyyatın xərci qalxarsa, insanların da dolanışığına mənfi təsirləri olacaq. Dünyanın hər yerində belə bir tendensiya var ki, ictimai nəqliyyatın qiyməti artırsa, insanlar ondan qaçır, imtina edir. Açıq-aşkar bu halın Azərbaycanda da olduğunu görürük. Müəyyən taksi aqreqatrlarının sözlərinə görə, taksilərdə elə qiymət təklif edirlər ki, insanlar taksiyə üstünlük versin. Bu çox yanlış bir yanaşmadır. İctimai nəqliyyat olmayan yerdə tıxacsız, rəvan hərəkət olmur. Hesab edirəm ki, gediş haqqını əhalinin hesabına qaldırmaq düzgün deyil. Amma ortaya bir məsələ çıxır ki, daşıma şirkətləri də müflis olub. Gediş haqqı 50 qəpik olsa da, o şirkətlərin müasir tələblərə uyğun çalışması yenə çətin olacaq".

E.Hüseynov vurğulayıb ki, bu vəziyyətdən çıxmağın tək yolu dövlətin dəstəyidir:

"Dövlətin şəhərlərarası xidmətə ciddi dəstəyi lazımdır. Sərnişinlərin hesabına yox, dövlətin dəstəyi hesabına bu sahəni inkişaf etdirmək lazımdır. Bu dəstək olmasa ictimai sərnişindaşıma sahəsi müflis olub gedəcək. Sentyabrın 15-dən etibarən bəlkə də Bakıda görmədiyimiz tıxaclarla qarşılaşacağıq. Ona görə də təcili surətdə dövlət dəstəyi lazımdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1582   Tarix: 05 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür. Report-a istinadən xatırladır ki, oktyabrın 17-də Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Füzuli əməliyyat

17 oktyabr
.

Səmimi söhbət əvəzinə ChatGPT: Süni intellekt münasibətlərə necə zərər vurur?

Süni intellekt münasibətlərdə getdikcə daha çox görünməz üçüncü tərəfə çevrilir. Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin yazdığına görə, "Mental Health UK" təşkilatının sifarişi ilə aparılan araşdırma insanların üçdə birindən çoxunun süni intellekt çat-botlarından, faktik

16 oktyabr
.

Övladı bağçada yaralanan ata müəssisə rəhbərini ittiham etdi - Video

Sumqayıtda özəl bağçalardan birində azyaşlının xəsarət alması ilə bağlı valideynlə müəssisə rəhbərliyi arasında mübahisə yaranıb. Baku TV-ə istinadla xəbər verir ki, şikayətçi Yaqub Yasinov övladının bağçada nəzarətsiz qaldığı üçün yıxılaraq yaralandığını və hadisədən sonra uşağa ilkin tibbi yardım göstərilmədiyin

16 oktyabr
.

Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?

"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, söküntü işləri əsasən Səmə

16 oktyabr
.

Dövlət Komitəsinin sədri "2026 G20 Dinlərarası Forumu"nda çıxış edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 16-da ABŞ-nin Yuta ştatında keçirilən "2026 G20 Dinlərarası Forumu"nda (IF20) iştirak edib. Forumda dövlət nümayəndələri, dini icma liderləri və vətəndaş cəmiyyəti üzvləri, eləcə də ictimaiyyət nümayəndələri bir aray

17 oktyabr
.

Azərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd

18 oktyabr
.

Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli

17 oktyabr
.

Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. "Unikal"a istinadla xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından çıxarılıb. Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını

16 oktyabr
.

Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say

18 oktyabr