Lerikdə hər il şübhəli abadlıq işləri - Adı rüşvət qalmaqalında hallanan şirkətlə müqavilə
Lerik Rayon İcra Hakimiyyəti başçısının Lerik Şəhər Ərazi Nümayəndəliyi şəhərdə abadlıq işlərinin satın alınması ilə bağlı müsabiqəyə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Şabran D" MMC olub. Qurumla şirkət arasında maliyyə dəyəri 301 856.28 AZN təşkil edən satınalma müqaviləsi imzalanıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Şabran D" MMC-nin 12 dekabr 2007-ci ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsi, ev 92a, mənzil 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Bədəlov Cəlal Bayram oğludur.
Bir neçə il əvvəl Cəlal Bədəlov rüşvət qalmaqalı ilə gündəmə gəlmişdi. O, mediaya açıqlamasında, eyni zamanda hüquq-mühafizə orqanlarına müraciətində bildirmişdi ki, Şabran rayonunda aparılan quruculuq işlərinin və yeni layihələrin tenderində iştiraka razılıq almaq məqsədi ilə Şabran Rayon İcra Hakimiyyəti başçısının keçmiş 1-ci müavini Mehdi Balabəyova 227 min manat verib. Buna baxmayaraq, tenderdə uğurlu nəticə əldə etməyib.
Cəlal Bədəlovun bu açıqlaması tenderlərin şəffaf keçirilmədiyi barədə iddiaların təsdiqi hesab edilə bilər. Şirkət rəhbəri bu fikirləri ilə həm də özünün tenderlərdə iştirakla bağlı qaydaları pozduğunu etiraf edib.
Lerik şəhərində abadlıq işlərinə gəlincə, araşdırmalarımız zamanı bəlli olub ki, hər il yerli İcra Hakimiyyəti abadlıq işlərinə 300 min manatdan artıq vəsait xərcləyir.
Məsələn, ötən il Lerik Rayon İcra Hakimiyyəti başçısının Lerik Şəhər Ərazi Nümayəndəliyi ilə "Makro 2000 Eğitim Teknolojileri İnaşşat Taahhüt İş ve Dış Ticaret Anonim Şirketi"nin Azərbaycandakı ilə filialı ilə maliyyə dəyəri 385 644.76 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb.
2020-ci ildə abadlıq işlərinin satın alınması ilə bağlı "Elnur-2" Universal İstehsalat Kommersiya şirkəti ilə maliyyə dəyəri 382 984.4 AZN təşkil edən satınalma müqaviləsi bağlanıb.
Beləliklə, son iki ildə Lerikdə abadlıq işlərinə 1 070 485.44 AZN pul xərclənib. Rayon sakinləri isə deyir ki, abadlıq işləri daha çox kosmetik xarakterlidir. "Yollar pis vəziyyətdədir, elə kəndlər var ki, ora qışda maşınla getmək olmur. Abadlıq işləri adətən Lerikin özündə aparılır. O da kosmetik xarakterlidir", deyə sakinlər bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1365 Tarix: 05 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür. Report-a istinadən xatırladır ki, oktyabrın 17-də Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Füzuli əməliyyat
17 oktyabrÖvladı bağçada yaralanan ata müəssisə rəhbərini ittiham etdi - Video
Sumqayıtda özəl bağçalardan birində azyaşlının xəsarət alması ilə bağlı valideynlə müəssisə rəhbərliyi arasında mübahisə yaranıb. Baku TV-ə istinadla xəbər verir ki, şikayətçi Yaqub Yasinov övladının bağçada nəzarətsiz qaldığı üçün yıxılaraq yaralandığını və hadisədən sonra uşağa ilkin tibbi yardım göstərilmədiyin
16 oktyabrBakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, söküntü işləri əsasən Səmə
16 oktyabrDövlət Komitəsinin sədri "2026 G20 Dinlərarası Forumu"nda çıxış edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 16-da ABŞ-nin Yuta ştatında keçirilən "2026 G20 Dinlərarası Forumu"nda (IF20) iştirak edib. Forumda dövlət nümayəndələri, dini icma liderləri və vətəndaş cəmiyyəti üzvləri, eləcə də ictimaiyyət nümayəndələri bir aray
17 oktyabrAzərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA
"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd
18 oktyabrAzərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli
17 oktyabrRamiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. "Unikal"a istinadla xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından çıxarılıb. Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını
16 oktyabrGəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?
Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say
18 oktyabr