Bu tarixdə Yupiter Yerə ən yaxın məsafədə olacaq

Bu tarixdə Yupiter Yerə ən yaxın məsafədə olacaqGünəş sisteminin ən böyük planeti olan Yupiter 2022-ci il sentyabrın 26-da Bakı vaxtı ilə saat 23:10-da Yer və Günəşlə bir düz xətt üzərində və həmin an özünün orbitində Günəşə ən yaxın nöqtədə - perihelidə olacaq.

Axşam.az-ın məlumatına görə, Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından bildirilib ki, səma cisimlərinin belə yerləşməsi təxminən 12 ildən bir baş verir və bu hadisə elmdə "Yupiterin böyük qarşıdurması" adlanır. Yupiter periheli nöqtəsində 19 yanvar 2023-cü ildə olacaq.

"Böyük qarşıdurma"nın əsas xüsusiyyəti ondan ibarətdir ki, bu hadisə zamanı Yupiter Yerə minimum məsafədə yaxınlaşır, bu məsafə 3.95 astronomik vahid və ya 591 295 396 km, Yupiterin bucaq ölçüsü 49.87°, parlaqlığı isə demək olar ki, -2,94 ulduz ölçüsü təşkil edir. Yupiter gecə səmasında Ay və Veneradan sonra üçüncü ən parlaq obyekt olacaq.

Sonuncu dəfə bu cür qarşıdurma 2010-cu il sentyabrın 20-də baş verib. 26 sentyabrda baş verəcək hadisədən sonra növbəti dəfə ən çox yaxınlaşmanı isə 2034-cü il oktyabrın 1-də müşahidə etmək mümkün olacaq.

Astronomik qarşıdurma dedikdə planetin Yerə nisbətən Günəşdən əks tərəfdə olması başa düşülür. Qarşıdurma zamanı planet Yerdən müşahidə zamanı səmada Günəşdən 180 dərəcə bucaq məsafəsində yerləşir, yəni, Günəş qərbdə batan zaman planet şərqdə üfüqdə görünür. Əgər qarşıdurma planet öz orbitinin periheli nöqtəsinə yaxın olanda baş verirsə, belə astronomik hadisə "böyük qarşıdurma" adlanır.

Orbitləri Yerin orbitinin xaricində olan planetlər qarşıdurmada ola bilirlər. Qarşıdurma hadisəsinin baş verməsi üçün Yerin həmin planetlə Günəş arasında olması lazımdır. Qarşıdurma hadisəsinin baş verə biləcəyi planetlər bunlardır: Mars, Yupiter, Saturn, Uran və Neptun.

Planetlərdən başqa, kometlər, asteroidlər və Günəş sisteminin bəzi digər obyektləri də qarşıdurmada ola bilər. Ən məşhur qarşıdurma isə dolu Ay hadisəsidir.

Planetlərin adi qarşıdurması təxminən ildə bir dəfə, Yer Günəşlə planetin arasında lazımi konfiqurasiyaya çatdıqda baş verir. Yupiterin adi qarşıdurması 13 aydan bir baş verir. Yeganə istisna Marsdır. Qırmızı planetin orbiti və orbital sürəti Yerin uyğun parametrlərinə çox yaxındır, ona görə də planetimiz 27 ayda yalnız bir dəfə Marsı "ötür". Bu səbəbdən Marsın qarşıdurması təxminən 2-3 ildən bir baş verir. Merkuri və Venera Yerin orbiti daxilində yerləşir, ona görə də biz onları heç vaxt qarşıdurmada görməyəcəyik.

Yupiter insanlara qədim zamanlardan məlumdur. Mesapotomiya mədəniyyətində planet "Ağ ulduz" adlanırdı. Yupiterin 12 illik hərəkət dövrünün ətraflı təsviri planeti "İlin ulduzu" adlandıran Çin astronomları tərəfindən verilib. Yunanlar onu "Zevs ulduzu" adlandırırdılar.

"Böyük qarşıdurma" Yupiteri Yerdən müşahidə etmək üçün ən əlverişli vaxt hesab olunur. Bu zaman planetin görünən bucaq ölçüsü böyük olduğuna görə onun səthində daha çox detalları ayırd etmək mümkün olur. Yupiterin diskində ekvatora paralel tünd bulud zolaqları və ləkələr var ki, onların görünüşü hər il dəyişir: kiçik ləkələr görünür və yox olur, rənglər, burulğanlar öz formasını dəyişir. 362 ildir ki, astronomlar Böyük Qırmızı Ləkəni müşahidə edirlər. Böyük Qırmızı Ləkə Günəş sistemindəki unikal uzunömürlü və ən nəhəng qasırğadır. Ləkə planetin ekvatoruna paralel olaraq hərəkət edir. Ən uzunömürlü bu tsiklon Yerdən əhəmiyyətli dərəcədə böyükdür - uzunluğu 30 min km və eni 15 min km-dir. 100 il əvvəl ləkənin ölçüsü indiki ölçüsündən iki dəfə böyük olub.

Bakıda Yupiter 26 sentyabr tarixində saat 19:19-dan sentyabrın 27-si saat 05:54-dək görünəcək. Onun müşahidəsi şərqdə üfüqdən 7° yüksəkliyə qalxdıqdan sonra saat 19:19-dan etibarən mümkün olacaq. Sentyabrın 27-də saat 00:36-da Yupiter səmada ən yüksək nöqtəyə çatacaq. 05:54 radələrində qərb üfüqündə 7°-nin altında olduqda artıq Yupiterin müşahidəsi mümkün olmayacaq.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1172   Tarix: 06 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Berlində məktəblərdə namaz qılınmasına qadağa: Məhkəmə qərar verdi

Almaniyada Berlin İnzibati Məhkəməsi liseydə kütləvi şəkildə namaz qılınmasına qoyulan qadağanı qanunauyğun hesab edib. Bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir. Məlumata görə, məhkəmə müsəlman şagirdlərin liseydə (məktəbdə) kollektiv və nümayişkaranə şəkildə namaz qılmasını qadağan edən tənzimləmən

17 oktyabr
.

Misir Prezidenti 2030-cu ildə vəzifəsindən getmək niyyətində olduğunu açıqlayıb

Misir Prezidenti Əbdülfəttah əs-Sisi 2030-cu ildə vəzifəsini tərk edəcəyini və səlahiyyət müddətini uzatmaq üçün ölkə konstitusiyasına dəyişikliklər etmək niyyətində olmadığını bildirib. "Report" xəbər verir ki, bu barədə "Reuters" dövlət başçısının ölkənin Hərbi Akademiyasının buraxılı

17 oktyabr
.

Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır

İran Ərəbistan yarımadasında baş verən proseslərdən ciddi narahatdır və problemin hərbi yolla həllinə inanmır. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib

18 oktyabr
.

IMF: Münaqişələr fonunda qlobal iqtisadiyyat üçün risklər mövcuddur

Beynəlxalq Valyuta Fondunun (IMF) üzv dövlətləri silahlı münaqişələr və enerji resurslarının qiymətlərinin artması fonunda iqtisadi çətinliklərlə üzləşən ölkələrə maliyyə dəstəyini genişləndirməyə çağırıblar. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Tailandın paytaxt

17 oktyabr
.

Təl-Əviv və Kiyev arasında əməkdaşlıq: İsrail Ukraynadan İran və Rusiya dronlarını əldə edib

İsrailin İrana qarşı hərbi əməliyyatlara hazırlıq məqsədilə Ukraynadan gizli şəkildə əldə etdiyi Rusiya və İran istehsalı olan pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyi məlum olub. xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb. Məlumata görə, İsrailin Kiyevdəki sabi

18 oktyabr
.

Pakistan husilərin Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumlarının nəticələrindən narahatdır

Yəmən husilərinin Səudiyyə Ərəbistanı və digər Fars körfəzi ölkələrinin enerji infrastrukturuna hücumları mümkün uzunmüddətli iqtisadi nəticələrlə əlaqədar Pakistanda narahatlıq doğurur. "Report" AFP-yə istinadən xəbər verir ki, bunu Pakistanın maliyyə naziri Məhəmməd Auranqzeb Banqkokda Beynəlxal

17 oktyabr
.

Fransada 14 yaşlı qız dərs zamanı lisey binasını yandırdı - Video

Fransanın qərbində dərs vaxtı lisey binasında yanğın törədilib. bu barədə "France 3" telekanalına istinadən xəbər verir. Bildirilir ki, yeniyetmə ikinci mərtəbədəki sinif otaqları arasındakı dəhlizə yanar maye tökərək od vurub. Məktəb administrasiyası bildirib ki, iki müəllim yanğındöndürə

18 oktyabr
.

Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

Səudiyyə Ərəbistanı sahillərindəki Əl-Cübeyl şəhərindən 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərminin atəşinə məruz qalıb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinə (UKMTO) istinadən məlumat yayıb. İdarənin məlumatın

17 oktyabr
.

Avropada təhlükəli virus yayılır - 130 nəfər öldü

Avropa ölkələrində ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusuna yoluxma halları rekord səviyyəyə yüksəlib. xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına görə, oktyabrın 7-dək Avropa İttifaqı ölkələrində virusa yerli yoluxma üzrə 1715 hal qeyd

17 oktyabr