Azərbaycanda DƏHŞƏT: Kişi evli bacısı ilə yazışan dayısı oğlunu öldürdü

Azərbaycanda DƏHŞƏT: Kişi evli bacısı ilə yazışan dayısı oğlunu öldürdüTərtərdə öz dayısı oğlunu öldürən 1990-cı il təvəllüdlü Famil Quliyevin (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.

Sonxeber.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Familin törətdiyi cinayətə gəlincə, bu, ötən ilin noyabrında baş verib.

Belə ki, Famil kürəkənindən onun bacısından ayrılmasının başlıca səbəbini soruşanda, yeznəsi həyat yoldaşının dayısı oğlu ilə mesajlaşdığını deyib və bunu təsdiq edən SMS-ləri ona göstərib.

Famil isə bunun dayısı oğlu Turaldan soruşacağını, etiraf edəcəyi halda ondan qisas alacağını bildirib. Nəticədə Famil dayısı oğlu ilə Tərtərdə görüşüb.

Orada Turaldan bacısı ilə olan yazışmalara aydınlıq gətirmək üçün kürəkəninin qohumuna məxsus evə dəvət edib. O, maşına minmək üçün gedərkən Turalın üzərində mətbəx bıçağının olduğunu görüb. Famil Turaldan nəyə görə bıçaq götürdüyünü soruşduqda, 1998-ci il təvəllüdlü dayısı oğlu cavab verməyib. Famil Turala belə bir şeyə ehtiyac olmadığını və sadəcə söhbət etmək üçün getdiklərini deyib.

Qohumlar sözügedən ünvana çatdıqda kürəkənin artıq onları gözlədiyini görüb. Famil evin həyətinə girib təkrarən Turaldan məsələnin mahiyyətini soruşub, bu zaman Tural onun bacısını öz bacısı kimi görmədiyini bildirib.

Famil Turalı çiynindən əli ilə kənara itələyib, həmin zaman Tural cibindən bıçağı çıxarıb onun sol qoltuqaltı nahiyəsinə zərbə endirib. Bu zaman Famil Turalın əlini tutub yerə yıxıb. Bundan sonra Tural cibindən ikinci bıçağı çıxararaq ona yenidən zərbə endirməyə çalışdıqda, o, Turalın əlindən həmin bıçağı alıb və onun qarın nahiyəsinə iki bıçaq zərbəsi endirib. Tural qaçmaq istəyərkən Famil onun arxasında gedib və onun kürəyinə daha bir neçə bıçaq zərbəsi endirib. Tural bir qədər irəlilədikdən sonra küçədə üzü üstə yıxılaraq yerdə hərəkətsiz vəziyyətdə qalıb.

Bu zaman səs-küyə qonşuluqda yaşayan bir qadın çıxıb. Famil qadına adam öldürdüyünü, 102-ə zəng etməsini xahiş edib. Famil kürəkəni ilə yolun başına qədər getdikdə qarşıdan təcili tibbi yardım maşınının gəldiyini görüb. O, polis əməkdaşlarının gəlib onu tapa bilmələri üçün maşına əyləşərək Tural yanına qayıdıb və polisin gəlməsini gözləyib. Bir müddət sonra polis əməkdaşları hadisə yerinə gələrək onu saxlayıblar.

Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq qeyd edib ki, onun Turalı öldürmək məqsədi olmayıb. Sadəcə, hadisə vaxtı Turalın ona bıçaqla müqavimət göstərdiyindən, əlində olan bıçağı ondan alıb və bir neçə dəfə Turalın bədəninin müxtəlif nahiyəsinə xəsarət yetirib. Daha sonra isə özünü itirdiyindən Tural qaçıb gedən zaman dayısı oğlunun arxası ilə gedərək, onun kürəyinə yıxılana qədər bıçaqla zərbə endirib.

Məhkəmədə o da məlum olub ki, hadisədən dərhal sonra Famil həyat yoldaşı ilə telefonla danışıb. O, telefon danışığı zamanı xanımına "Məni bağışla, sözümü tuta bilmədim, özümü müdafiə üçün Turalı öldürdüm, gedirəm polisə təslim olmağa" deyib. Famil əvvəllər həyat yoldaşına onu heç vaxt tək qoymayacağı barədə söz verdiyini bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1730   Tarix: 06 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 281 kq qızıl, 2 813,8 kq gümüş istehsal edilib. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qızıl istehsalı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,9 %, gümüş istehsalı isə 5,7 % azalıb. Ötən 9 ay ərzində Azərbaycanda mi

18 oktyabr
.

Tarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu

Yaponiya Meteorologiya Agentliyinin (JMA) proqram xətası ölkədə böyük həyəcana səbəb olub. "Qafqazinfo" xəbər verir ki, təcili xəbərdarlıq sistemi Rusiyanın Kamçatka yarımadasında baş verən real 6,9 bal gücündəki zəlzələni səhv emal edərək, təkanın gücünü tarixdə görünməmiş 9,9 bal kimi qiymətləndirib

17 oktyabr
.

Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? - Anası məhkəmədə danışdı

Mingəçevir və Zərdabın icra başçısı işləmiş Lütvəli Babayevin oğlunun iki milyonluq əmlakını ələ keçirməkdə ittiham olunanların məhkəməsi davam edir. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda Lütvəli Babayevin həyat yoldaşı Rübabə Babayev

17 oktyabr
.

Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş

Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli

18 oktyabr
.

Tələbələrin təqaüdləri artırılacaq?

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini

18 oktyabr
.

İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video

Ölkəmizdə kifayət qədər vakansiya mövcuddur. Hər gün yenilənən onlarla iş elanı da bunu göstərir. Bəs işaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? Problem vakansiyaların sayında, təklif olunan əməkhaqqında, təcrübə tələbində, yoxsa işəgötürənlərin tələbləri ilə işaxtaranların bacarıqları arasındak

18 oktyabr
.

65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK

Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin

17 oktyabr
.

Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər

Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils

18 oktyabr
.

Dərslərin başlama saatı DƏYİŞDİRİLƏ BİLƏR

Son illərdə dünya təhsil sistemində, xüsusilə də yeniyetmələrin bioloji ritmləri və sağlamlığı nəzərə alınmaqla, dərslərin başlama saatının gecikdirilməsi müzakirə olunan məsələlərdən birinə çevrilib. Belə ki, dərslərin saat 08:00 əvəzinə 09:00-da və ya daha gec başlaması, eləcə də növbəli təhsil sistemini

18 oktyabr