"Vətəndaşların siqaret kötüklərini ətrafa atmaları, biçənəklərə od vurmaları yanğına səbəb oldu" - İradə İbrahimova
İstiqamət: Ekologiya və ətraf mühitin mühafizəsi
Bu yay Azərbaycanda meşə yanğınları çox müşahidə olundu. Meşə yanğınlarını yaradan səbəb nədir və əvvəlcədən bunun qarşısını necə almaq olar?
Bununda bağlı Sonxeber.az-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova qeyd edib ki, son günlər baş verən yanğın hadisələrində, yenə də əsas insan faktorunun olduğunu gördük. Vətəndaşların odla ehtiyatsız davranışı, söndürülməmiş siqaret kötüklərini ətrafa atmaları, biçənəklərə od vurmaları, tonqal qalamaları yanğınlara səbəb oldu:
"Son günlərdə baş verən yanğınlar hər birimizə sonsuz kədər və ürək ağrısı gətirdi. Yanğın məsələsindən çox narahatıq, hardasa yanğın baş verdikdə bu xəbəri ürək ağrısı ilə qəbul edirik və istəyirik ki, bu narahatlıq, bu həyəcan bütün vətəndaşlarımızda olsun və təbiətə, insanlara ölçüyəgəlməz zərər vuran bu yanğınlardan hər kəs nəticə çıxararaq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər. Hamımız bir nəfər kimi bu həyəcanı, bu narahatlığı hiss edib, davranışlarımızı maksimum dərəcədə ehtiyatlılıq üzərində qurarıqsa, insan etinasızlığından yarana biləcək bu yanğınlardan qurtularıq.
Hər il yanğın qaydalarına əməl olunması ilə bağlı bölgələrdə vətəndaşlarla, fermerlərlə, kənd sakinləri ilə görüşlər təşkil olunur, maarifləndirmə işləri aparılır. Təəssüf ki, son günlər baş verən yanğın hadisələrində, yenə də əsas insan faktorunun olduğunu gördük. Vətəndaşların odla ehtiyatsız davranışı, söndürülməmiş siqaret kötüklərini ətrafa atmaları, biçənəklərə od vurmaları, tonqal qalamaları yanğınlara səbəb oldu.
Gəlin, istidə gecə-gündüz yanğının söndürülməsində fədakarlıq göstərən, həyatları bahasına özlərini oda atan Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin işçilərini, kənd əhalisini, onlara kömək olan hər kəsi düşünək və yanğınlara şərait yaratmayaq."
Material Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2749 Tarix: 06 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Laçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb
Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub
10 oktyabrGəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu
Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi
11 oktyabrBağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi
15 oktyabrBaşı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
4 oktyabrDİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"
3 oktyabrLənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş
Lənkəranda arvad ərini döyərək bıçaqlayıb. -ın məlumatına görə, hadisə Lənkəran şəhəri ərazisində baş verib. Şəhər sakini Şadil Məmmədov (soyad şərtidir - red.) birinci ailəsindən boşanmış 4 uşaq anası olan Aytənlə evlənib. Bir müddətdən sonra onların bir övladı olub. Bir neçə gün əvvəl Şadil işdən ev
14 oktyabrİsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı
İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyça
17 oktyabr20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Azərbaycanda aliment borcunu ödəməyən daha bir ata həbs olunub. -a istinadən xəbər verir ki, 36 yaşlı Qəbələ rayon sakini Müşfiq Cəfərov (şərti adla) 18 min manatdan çox aliment ödənişini yerinə yetirmədiyi üçün barəsində cinayət işi açılıb. Məlumata görə, o, 2012-ci ildə zərərçəkənlə rəsmi nikaha girib
18 oktyabrYasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl
12 oktyabr