Psixoterapevtdən HƏYƏCAN TƏBİLİ: "Psixi durumlarını bilmədən onlara uşaq etibar edirik" - FOTO

Psixoterapevtdən HƏYƏCAN TƏBİLİ: "Psixi durumlarını bilmədən onlara uşaq etibar edirik" - FOTOLoqoped mərkəzində xüsusi qayğıya ehtiyacı olan azyaşlılara qarşı göstərilən kobud münasibəti əks etdirən videogörüntülər cəmiyyəti dərindən sarsıtdı. Kadrlar sosial şəbəkələrdə yayıldıqdan sonra bənzər hadisələrlə qarşılaşan valideynlər də pedaqoqların bu kimi davranışlarından şikayətçi olduqlarını yazdılar. Görünən odur ki, bu, ilk belə hadisə deyil. Daha dəhşətlisi - yalnız həmin müəssisədə deyil, başqa özəl və dövlət müəssisələrində də uşaqlara qarşı şiddət tətbiq edən pedaqoqların işləməsidir.

Bu kimi hallarda tək çarə pedaqoqların töhmət alması, cəzalandırılması və ya ən yaxşı halda işdən azad edilməsidirmi?

Mövzu ilə əlaqədar Oxu.Az-a açıqlama verən psixoterapevt Elmir Əkbər bildirib ki, bütün bunların yayılmasında iki mühüm məqam var:
Psixoterapevtdən HƏYƏCAN TƏBİLİ: "Psixi durumlarını bilmədən onlara uşaq etibar edirik" - FOTO"Ölkədə psixoterapiya, psixologiya mütəxəssisi, demək olar ki, yoxdur. Peşəkar iki-üç kadr var. İnsanların psixologiyası isə bərbad vəziyyətdədir. Psixoterapiya üç-beş kitab oxumaqla mümkün deyil, mütəxəssislər psixoterapiya institutları ilə mütəmadi təmasda olmalıdırlar. Təəssüf ki, bu gün özünü psixoloq kimi təqdim edənlər arasında beş-altı aylıq "kurs" keçib, bir kağız parçası ilə fəaliyyət göstərənlər var. Həmin şəxsləri görəndə insan şoka düşür ki, bir müddət əvvəl bu insan tam ayrı bir sahə ilə məşğul idi, bu gün isə "psixoloq"dur. Dərd orasındadır ki, o keçdikləri kursu da savadlı kadr yox, hansısa əldəqayırma saxta mərkəz, dələduz, fırıldaqçı tərtib edir".

Valideynləri psixoloq seçərkən zəruri məqamlara diqqət etmədikləri üçün qınayan Elmir Əkbər deyir ki, özlərinə hətta geyim alanda yüz-dəfə dəfə ölçüb-biçən adamlar uşaqlarının sağlamlığını əmanət etdikləri mütəxəssisləri axtarıb-araşdırmağa ərinirlər:

"Bir maraqlanmırlar ki, psixoloq kimdir, nəçidir. Bəzi kütləvi informasiya vasitələri də müəyyən məbləğin qarşısında həmin saxtakar şəxsləri psixoloq kimi rekam edirlər. Baxırsan ki, adam özü adekvat deyil, amma kiməsə psixoloji yardım etməyə çalışır. Bu cür saxta "mütəxəssis"lərin olması, valideynlərin isə övladlarının sağlamlığı üçün hər şeyi etməmələri təəssüf doğurur. Bir çox valideyn üçün prioritet məsələ övladlarının sağalması deyil".

E.Əkbər təhsil müəssisələrində, bağçalarda baş verən problemlərə də diqqət çəkib:

"Psixoloq hər hansı pasiyentlə çalışmazdan öncə ona psixoterapevt rəy verməlidir. Bu rəy olmasa, loqopedin, psixoloqun hansısa pasiyentlə işləməsi düzgün deyil. Həkim-psixoterapevt o şəxsdir ki, onun diplomunda bu qeyd edilib. Necə ki nevropatoloq, ginekoloq və digər ixtisaslar diplomda yazılır. Bu yoxdursa, demək, o şəxs dələduzdan başqa bir şey deyil. Həmin müəssisələrdə çalışan pedaqoqlar özləri belə, həmin psixoterapevtlərin müayinəsindən keçdikdən sonra işə götürülməlidirlər. Bəs buna əməl edilirmi? Xeyr. Biz heç bilmirik onların psixi durumu nə vəziyyətdədir, amma onlara uşaq etibar edilir".

Bəs uşaqların psixikasına vurulan ziyan?

Psixoterapevt uşaqların aldığı travmaların bir ömür boyu onları bədbəxt etdiyini deyir:

"Onlar həyatdan zövq alıb, xoşbəxt ola bilmirlər. Həmin uşaqlar uzun müddət reabilitasiya dövrü keçməlidirlər ki, psixoloji durumları bərpa olunsun. Onlarla isə çox peşəkar insanlar işləməlidirlər. Mütəxəssislər ətraflı yoxlamalardan keçirilməlidirlər. Bu sahədə ciddi tədbirlərin görülməsinə ehtiyac var".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1419   Tarix: 06 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video

Ölkəmizdə kifayət qədər vakansiya mövcuddur. Hər gün yenilənən onlarla iş elanı da bunu göstərir. Bəs işaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? Problem vakansiyaların sayında, təklif olunan əməkhaqqında, təcrübə tələbində, yoxsa işəgötürənlərin tələbləri ilə işaxtaranların bacarıqları arasındak

18 oktyabr
.

65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK

Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin

17 oktyabr
.

Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. "Unikal"a istinadla xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından çıxarılıb. Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını

16 oktyabr
.

Sürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi - Video

Xırdalan-Bakı marşrutu üzrə fəaliyyət göstərən avtobusda sərnişin və sürücü arasında narazılıq yaranıb. -ə istinadən xəbər verir ki, 119 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü ilə sərnişinlərdən biri arasında mübahisə baş verib. Sərnişinlərin bildirdiklərinə görə, yaranan gərginli

16 oktyabr
.

Azərbaycanda mənzillər bahalaşdı

Bu ilin II rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər illik müqayisədə 10,4%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,4% artıb. Bu ili

17 oktyabr
.

1214 şagirdi SEVİNDİRƏN XƏBƏR - Nazirlik məlumat yaydı

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları

18 oktyabr
.

Gözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?

Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

18 oktyabr
.

Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 281 kq qızıl, 2 813,8 kq gümüş istehsal edilib. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qızıl istehsalı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,9 %, gümüş istehsalı isə 5,7 % azalıb. Ötən 9 ay ərzində Azərbaycanda mi

18 oktyabr
.

Sabah 31 dərəcə isti olacaq

Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şər

16 oktyabr