Ukraynada döyüşən azərbaycanlı qadınlar - FOTO
Ukraynada altı aydan çoxdur ki, davam edən müharibədə iştirak edənlər arasında azərbaycanlı qadınlar da var.
Modern.az-ın əldə etdiyi məlumata görə, soydaşlarımız Ukraynanın müdafiəsi üçün ön və arxa cəbhədə fəal şəkildə mübarizə aparırlar.
Azərbaycanlı qadınlar döyüşlərdə həm əsgərlərə kömək edir, həm də tibbi işlərlə məşğul olurlar. Rusiya ordusuna qarşı döyüşlərdə iştirak edən qadınlarımızın sayı təxminən beş nəfərdir.
Onların arasında Leyla və Dərya adlı azərbaycanlı bacıları qeyd edə bilərik. Onlar hazırda döyüş bölgəsində tibb bacısı kimi xidmət göstərirlər.
Kiyevdə yaşayan Leyla Muxtarova və Dərya Hüseynova müharibənin ilk günlərindən tibb bacısı kimi cəbhəyə yollanıblar. Tibb təhsili almış bacılar döyüşdə yaralanmış hərbçilərə və mülki sakinlərə yardım edərək, onlarla insanın həyatını xilas ediblər.
Leyla və Dərya bacıları müharibə başlayanda övladlarını Azərbaycana aparıb, daha sonra özləri geri qayıdaraq döyüşlərə qoşulublar. Hazırda müharibənin ən gərgin nöqtələrində xidmətlərinə davam edirlər.
Ukraynada döyüşdə iştirak edən digər qadın soydaşlarımız təhlükəsizliklə əlaqədar adlarının açıqlanmasını istəmirlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1506 Tarix: 07 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hansı sahədə çalışan qadınların MAAŞI DAHA ÇOXDUR?
Qadınların məşğulluğu və onların iqtisadi-sosial inkişafda rolunun daha da artırılması prioritet məsələlərdəndir. Hazırda ölkəmizdə məşğul əhalinin 2 milyon 414 mini qadınlardır. Məşğul əhalidə kişilərin sayı isə 2 milyon 615 min nəfərdir. İşçi qüvvəsində qadınların sayı isə 2 milyon 571 mindir. xəbə
7 martBayram Beqay Prezident İlham Əliyevə zəng etdi
Martın 7-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Bayram Beqay İranın pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasın
7 martQAR YAĞACAQ, ŞAXTA OLACAQ... - Bayram və istirahət günlərinin havası AÇIQLANDI
Bakıda və Abşeron yarımadasında martın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 7-9 dərəcə isti olacaq. Bu barədə Milli Hidrometeorologiy
8 martEvinə su çəkdirmək istəyənlərin NƏZƏRİNƏ: Yalnız bu qayda ilə MÜMKÜNDÜR
Göyçay şəhər sakini Röyal Nəsrullayev atasından miras qalan evə su çəkdirməkdə çətinlik çəkdiyini bildirib. xəbər verir ki, o, uzun illərdir yaşadığı evə su çəkdirməyə çalışdığını, lakin bunun mümkün olmadığını qeyd edib:. Röyal Nəsrullayev bildirib ki, ərazidə təxminən 2 min ev var, lakin heç birini
7 martPensiya alanları SEVİNDİRƏCƏK XƏBƏR
Qarşıdan gələn bayramlarla əlaqədar bu ay pensiya, müavinət və təqaüdlərin qrafikdən əvvəl ödənilməsi başlanılıb. xəbər verir ki, bu gün Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları ödənilib
8 martAzərbaycanda bu şəxslərə bayramla əlaqədar PUL VERİLDİ - MƏBLƏĞ
8 Mart - Qadınlar Günü münasibətilə Azərbaycanda bir sıra Universitetlərdə xanım əməkdaşlara pul mükafatları verilib. Bununla bağlı Universitetlərin rektorları əmr imzalayıb. Aşağıdakı Universitetlərin xanım əməkdaşları mükafatlandırılıb:. Bakı Ali Neft Məktəbi - 300 AZN. İqtisad Universiteti (UNEC
7 mart