"Camaat nə deyər?" düşüncəsi ilə övladlarının həyatını alt-üst edən valideynlər yetərincədir"

"Camaat nə deyər?" düşüncəsi ilə övladlarının həyatını alt-üst edən valideynlər yetərincədir""Gün ərzində daha çox vaxt keçirdiyi məktəb mühitini də unutmaq olmaz. Bu cür xoşagəlməz halları araşdırsaq, görərik ki, bir qrup belə hadisələrin başlanğıcında məktəbdə yaranan tanışlıq və münasibətlər durur. Hələ həyatı dərk etməyən, sevgi, inam anlayışlarını anlamayan yeniyetmələr bu cür fikirlərə qapanıb kimlərəsə güvənir və təəssüf ki, bəzi hallarda bunun qurbanı olur, acısını həyatlarının sonrakı mərhələlərində yaşamağa məcbur olurlar".
Bu sözləri "Loqos" Psixoloji və Nitq Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rəşad Bayramov Sonxeber.az-a 13 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı danışarkən deyib.
O, həmçinin qeyd edib ki, məktəb rəhbərliyi və kollektivi də hər hansı bir problem gördükdə məsələni gizlətməli və ya diqqətdən kənarda saxlamalı deyil, şagirdin valideynləri ilə sıx əlaqədə olmalıdırlar:

Bu gün sözsüz ki, hər birimiz üçün qan donduran xəbərlərindən biri ölkəmizdə 13 yaşlı yeniyetmə qızın uşaq dünyaya gətirməsi oldu. 13 yaşlı qızın uşaq dünyaya gətirməsi əslində bir məqamın deyil, bir neçə məqamın üzə çıxmasına gətirib çıxarıb. Bu aylar ərzində yeniyetmə qızın durumunun başqa insanlardan gizlədilməsi və yalnız uşaq dünyaya gətirdikdən sonra səhhətində yaranan narahatlıq nəticəsində tibbi müəssisəyə məcburi şəkildə üz tutması ilə məsələnin ictimailəşməsini nəzərə alsaq, bu aylarda həmin qızın hansı formada basqı altında olması, psixoloji vəziyyətinin nə dərəcədə olmasını təsəvvür etmək o qədər də çətin deyil.
Çox təəssüf olsun ki, bu kimi hallar cəmiyyətdə ilk dəfə baş vermir və hər belə hadisə də işıqlandırıla bilmir. "Camaat nə deyər?" düşüncəsi ilə övladlarının həyatı alt-üst edən valideynlər də yetərincədir. Doğrudur, hal-hazırda bu məsələ ilə əlaqədar olaraq aidiyatı qurumlarmüvafiq tədbirlər həyata keçirirlər, bu səbəbdən də konkret mövqe bildirmək hələki çətindir, lakin ümumilikdə götürdükdə nəzər alsaq, görərik ki, bəzən belə hadisələrin qurbanı olan qızların ailələrində münasibətlər də yetərincə normal olmur. Nəzərə alsaq ki, yeniyetməlik və gənclik dövrü istər oğlanlar, istərsə də qızlar üçün xüsusilə diqqət edilməli bir dövrdür, valideynlərin övladlarına diqqət və nəzarəti artmalıdır. Təbii ki, bu diqqət və nəzarət basqı, hədə ilə deyil, qarşılıqlı anlayış, hörmət şəklində özünü göstərməlidir.
Digər tərəfdən yeniyetmələrin gün ərzində daha çox vaxt keçirdiyi məktəb mühitini də unutmaq olmaz. Bu cür xoşagəlməz halları araşdırsaq, görərik ki, bir qrup belə hadisələrin başlanğıcında məktəbdə yaranan tanışlıq və münasibətlər durur. Hələ həyatı dərk etməyən, sevgi, inam anlayışlarını anlamayan yeniyetmələr bu cür fikirlərə qapanıb kimlərəsə güvənir və təəssüf ki, bəzi hallarda bunun qurbanı olur, acısını həyatlarının sonrakı mərhələlərində yaşamağa məcbur olurlar. Nəticədə həmin yeniyetmələrin psixoloji vəziyyəti pisləşir, stress, özünəqapanma, aqressiv-depressiv hallar müşahidə olunur. Digər tərəfdən, bir nəfərin ona yaşatdığı travma nəticəsində həmin şəxslərdə cəmiyyətin digər nümayəndələrinə də güvənsizlik, inamsızlıq yaranır. Odur ki, valideynlər bu məsələdə də diqqət etməli, övladlarına təhsil verən müəllimlərlə yalnız valideyn iclaslarında deyil, mütəmadi olaraq əlaqədə olmalı, övladlarının təhsili, tərbiyəsi və ümumi vəziyyəti haqqında məlumat almalıdırlar.
Bundan savayı, məktəb rəhbərliyi və kollektivi də hər hansı bir problem gördükdə məsələni gizlətməli və ya diqqətdən kənarda saxlamalı deyil, şagirdin valideynləri ilə sıx əlaqədə olmalıdırlar. Ümumiyyətlə bu kimi halların azalması istiqamətində məktəb rəhbərliyi – müəllim – valideyn üçlüyü birgə fəaliyyət göstərməlidirlər.
Bu gün belə xoşagəlməz halların qarşısının alınması istiqamətində müvafiq qurumlar fəaliyyətlərini davam etdirir, maarifləndirmə işləri həyata keçirirlər, lakin biz cəmiyyətin fərdi olaraq da belə məqamlarda diqqətli olmalı, əlimizdən gələn dəstəyi göstərməliyik. Unutmayaq ki, bucür xoşagəlməz hallardan heçkim sığortalanmayıb və hər birimizin ailə üzvünün, yaxınlarımızın qarşılaşması riski mövcuddur".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2122   Tarix: 07 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ

2026-cı ilin yanvar-sentyabr ayları ərzində 24 632 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Onların 60,45%-ni kişilər, 39,55%-ni isə qadınlar təşkil edib

18 oktyabr
.

Səmimi söhbət əvəzinə ChatGPT: Süni intellekt münasibətlərə necə zərər vurur?

Süni intellekt münasibətlərdə getdikcə daha çox görünməz üçüncü tərəfə çevrilir. Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin yazdığına görə, "Mental Health UK" təşkilatının sifarişi ilə aparılan araşdırma insanların üçdə birindən çoxunun süni intellekt çat-botlarından, faktik

16 oktyabr
.

Metrodan istifadə edənlər azalıb

Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Qafqazinfo" bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və y

17 oktyabr
.

1214 şagirdi SEVİNDİRƏN XƏBƏR - Nazirlik məlumat yaydı

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları

18 oktyabr
.

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları 6 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 milyon 288,4 min sərnişin daşınıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 183,5 min sərnişin və ya 5,9 % çoxdur. 9 ayda bu nəqliyyat növü ilə yükdaşıma 288,

17 oktyabr
.

Azərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd

18 oktyabr
.

Tarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu

Yaponiya Meteorologiya Agentliyinin (JMA) proqram xətası ölkədə böyük həyəcana səbəb olub. "Qafqazinfo" xəbər verir ki, təcili xəbərdarlıq sistemi Rusiyanın Kamçatka yarımadasında baş verən real 6,9 bal gücündəki zəlzələni səhv emal edərək, təkanın gücünü tarixdə görünməmiş 9,9 bal kimi qiymətləndirib

17 oktyabr
.

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

Azərbaycan Qış İdman Növləri Federasiyasının (AQİNF) baş katibi Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) vitse-prezidenti seçilib. "Report" xəbər verir ki, bununla bağlı AQİNF-nin mətbuat xidməti məlumat yayıb. Bu barədə qərar Polşanın Zakopane şəhərində keçirilən ISMF-i

17 oktyabr
.

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür. Report-a istinadən xatırladır ki, oktyabrın 17-də Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Füzuli əməliyyat

17 oktyabr