"İnstaqram"da vətəndaşların profillərindəki şəkilləri ələ keçirib əxlaqsız formada yayacağını bildirən şəxs saxlanıldı
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə naməlum şəxsin sosial şəbəkələrdə vətəndaşlara məxsus bağlı profillərdən xüsusi proqramlardan istifadə etməklə şəkillər götürdüyü və fotomantaj vasitəsi ilə əxlaqsız formaya salaraq digər saxta "instaqram" hesablarında yaydığı barədə məlumatlar daxil olub.
Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumat verilib.
Həmin məlumatlar əsasında həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanunazidd əməlləri törədən Yaşar Məmmədov tutularaq Baş İdarəyə gətirilib. Ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, o, profillərdən əldə etdiyi şəkilləri özünün yaratdığı səhifələrdə rüsvayedici formada paylaşıb. Daha sonra Yaşar Məmmədov həmin şəkillərin sahibləri ilə sosial şəbəkə üzərindən əlaqə yaradıb özünü kompüter proqramçısı kimi qələmə verərək "köməyini" təklif edib. Yaşar Məmmədov şəkillərin sosial şəbəkələrdən silinməsi müqabilində zərərçəkənlərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini ona məxsus bank kartlarına köçürülməsini istəyib. Bu yolla Yaşar Məmmədovun 50-ə yaxın sosial şəbəkə istifadəçisinin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirdiyi məlum olub.
Aşkar edilən faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir. Yaşar Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.
Sonda bir daha vətəndaşların sosial şəbəkələrdə şəxsi məlumatlarını paylaşan zaman maksimum dərəcədə diqqətli olmağa, şübhəli keçidlərə keçməməyə və real həyatda tanımadıqları şəxslərlə ünsiyyət qurmaqdan çəkinməyə çağırırıq.
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3126 Tarix: 08 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, söküntü işləri əsasən Səmə
16 oktyabrTarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu
Yaponiya Meteorologiya Agentliyinin (JMA) proqram xətası ölkədə böyük həyəcana səbəb olub. "Qafqazinfo" xəbər verir ki, təcili xəbərdarlıq sistemi Rusiyanın Kamçatka yarımadasında baş verən real 6,9 bal gücündəki zəlzələni səhv emal edərək, təkanın gücünü tarixdə görünməmiş 9,9 bal kimi qiymətləndirib
17 oktyabrAzərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir. 9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür. Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar istirahə
17 oktyabrAzərbaycanda mənzillər bahalaşdı
Bu ilin II rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər illik müqayisədə 10,4%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,4% artıb. Bu ili
17 oktyabrBakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils
18 oktyabrAzərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib
18 oktyabrAzərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 281 kq qızıl, 2 813,8 kq gümüş istehsal edilib. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qızıl istehsalı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,9 %, gümüş istehsalı isə 5,7 % azalıb. Ötən 9 ay ərzində Azərbaycanda mi
18 oktyabr