Qaçırdıqları qızı 7 il qutuda SAXLADILAR – Təcavüz, zorakılıq, işgəncə...

Qaçırdıqları qızı 7 il qutuda SAXLADILAR – Təcavüz, zorakılıq, işgəncə...Amerikada 20 yaşlı gənc qız azğın cütlüyün qurbanı olub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər gün 90 sm səs keçirməyən qutuda 23 saat saxlanılıb. Qutudan çıxarıldığı bir saat müddətində də canavar cütlüyün işgəncəsi və təcavüzünə məruz qalıb.

19 may 1977-ci il...

20 yaşlı Colleen J. Stan rəfiqəsinin ad günündə iştirak etmək üçün evdən çıxanda bütün həyatının dönməz şəkildə alt-üst olacağından xəbərsiz idi. Yolun kənarında gedərkən mavi rəngli mikroavtobus ona yaxınlaşır. Maşının içində gənc cütlük və bir körpə olur.

Gənc qız körpəni arxa oturacaqda görəndə maşına minməyə tərəddüd etmir. Əksinə mehriban bir cütlüklə səyahət etdiyi üçün özünü xoşbəxt hiss edir. Ancaq bu hiss tezliklə yalan olduğunu çox acınacaqlı şəkildə qıza sübut edəcək. Maşın yanacaqdoldurma məntəqəsində dayananda bir səs qıza yaxınlaşıb "Pəncərədən atla, qaç və heç arxaya baxma", - deyir.

Qız narahatlığını bir kənara qoyub yola davam edərkən yan oturacağındakı qəribə əşya onun diqqətini çəkir. Gənc qız çuxurlu böyük taxta qutunun nə üçün istifadə olunduğunu belə bilmirdi.

Cəmi 30 dəqiqə sonra fabrik işçisi Kameron Huker maşını yavaş-yavaş torpaq yola çəkdi və qızın boğazına bıçaq dayadı. Gənc qız cani Huker tərəfindən ağzı lentlə bağlandı. Onu tabuta oxşayan qutuya qoyub, qutunu da evin zirzəmisinə apardı. Daha sonra qızın geyimlərini çıxarıb, zəncirlə dirəyə bağladı.

Azğın adam gözü bağlı Colleeni döyüb, ardınca gənc qıza təcavüz etdi. Daha sonra o, gənc qızın ələ keçirilməsini arvadı Janice ilə cinsi əlaqəyə girərək qeyd edib.

Huker cütlüyü gənc qızı gündə 23 saat 90 santimetr olan qutuya həbs edib. Colleen J. Stan gündə cəmi bir saat qutudan çıxarılır və 60 dəqiqə işgəncəyə və təcavüzə məruz qalırdı.

"Canavar" cütlük daha sonra karavana köçdüyü üçün işgəncə otağını yeni evlərinə uyğun vəziyyətə gətirdilər. Colleen J. Stan taxta qutuda qalmaq məcburiyyətində oldu və ona ən kiçik səs-küy salmaq qəti qadağan edildi.

Gənc qız çarpayının altındakı "məzarında" hərəkətsiz yatdığı halda Cenis Huker ikinci övladını dünyaya gətirdi.
Azğın cütlük yavaş-yavaş balaca qızı "The Company" adlı bir təşkilatda iştirak etdiyinə inandırdı. O, Colleenə deyirdi ki, əgər qaçmağa çalışsa, şirkət onu çarmıxa çəkəcək və ya güllələyəcək. Canavar cütlüyün istədiklərini sorğu-sualsız etməyə başlayan və qaçmaq ümidini itirən gənc qız "qul" müqaviləsi imzalamaq məcburiyyətində qalır. Müqaviləyə əsasən, məhbus Colleen J. Stan-in yeni adı indi sadəcə "Kollin" oldu.

Cütlük gənc qıza ailəsini ziyarət etməyə icazə verdi. Ailəsini gördükdən sonra geri qayıdan Kollin valideynlərini Hookers ilə xoşbəxt olduğuna inandırdı.

Təqvimlər 1984-cü ili göstərdikdə, Janice gənc qıza "The Company" adlı təşkilatın əslində olmadığını etiraf etdi və üstəlik 15 yaşından eyni cəhənnəmdə yaşadığını söylədi. O, 27 yaşlı qızın qaçmasına kömək edib, onu avtovağzala apardı. Bir il sonra Janice polisə azğın ərinin etdiklərini danışmağı qərara aldı. Onun polisə söylədiyi məlumatlar arasında 1976-cı ildə əri tərəfindən qaçırılaraq öldürülən başqa bir gənc qızın da olduğu aşkarlandı.

Ərini hakim qarşısına çıxaran Janice prokurorluqdan toxunulmazlıq aldı. Kollin C. Stanı oğurlamaq və ona işgəncə vermək, zorlamaq ittihamı ilə 104 il həbs cəzasına məhkum edilmiş Cameron Hukerin hazırda 68 yaşı var.

İndi 62 yaşında olan Colleen üçün yeddi ağlasığmaz ildən sonra həyata qayıtmaq çox çətin idi. Sonrakı illərdə mühasibatlıq təhsili alan qadın hazırda uşaq anasıdır. İndiyə qədər bir çox sənədli film, kitab və tamaşaya mövzu olan "Qutudakı Qız" hazırda sənədli film olaraq tamaşaçılara təqdim olunacaq.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 3624   Tarix: 08 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur

Türkiyəli müğənni İlyas Yalçıntaş barəsində narkotik və ya psixotrop maddələrin satışı və ya verilməsi ittihamı ilə ittiham aktı hazırlanıb. "Haber Global" telekanalına istinadən xəbər verir ki, ittiham aktında onun azı 10 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunur. İstanbulda Bakırkö

18 oktyabr
.

Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır

Misir müvafiq müraciət daxil olacağı təqdirdə Səudiyyə Ərəbistanının müdafiəsi üçün zəruri tədbirlər görməyə hazırdır. "Report" "Al-Ahram" qəzetinə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkənin Hərbi Akademiyasının məzun buraxılışı mərasimində çıxış

18 oktyabr
.

İran parlamenti müdafiə naziri vəzifəsinə namizədin məsələsinə baxacaq

İran parlamentinin oktyabrın 18-də keçiriləcək virtual iclasında müdafiə naziri postuna namizəd Mehrdad Əxlaqi Kitabçiyə etimad məsələsinə baxılacaq. "Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat katibi Abbas Gudarzi bildirib. Onun sözlərinə görə, parlamenti

17 oktyabr
.

Qazaxıstanda zəhərli hörümçəyi udan körpə qız komaya düşdü

Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so

18 oktyabr
.

Berlində məktəblərdə namaz qılınmasına qadağa: Məhkəmə qərar verdi

Almaniyada Berlin İnzibati Məhkəməsi liseydə kütləvi şəkildə namaz qılınmasına qoyulan qadağanı qanunauyğun hesab edib. Bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir. Məlumata görə, məhkəmə müsəlman şagirdlərin liseydə (məktəbdə) kollektiv və nümayişkaranə şəkildə namaz qılmasını qadağan edən tənzimləmən

17 oktyabr
.

Çində 178 milyon dollar dəyərində ekoloji təmiz aviasiya yanacağı istehsalı zavodu açılacaq

Çinin Haynan əyalətində qida tullantılarından ekoloji təmiz aviasiya yanacağı istehsal edən zavod işə salınmağa hazırlanır. "Report" "Haynan jibao" qəzetinə istinadən xəbər verir ki, layihəni "Hainan Eco Prime" şirkəti adanın şimal-qərb sahilində yerləşən qabaqcıl inkişa

18 oktyabr
.

İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı

Amerikalı milyarder İlon Mask övladının anası Eşli Sent-Kler münasibətləri barədə açıq danışdıqdan sonra ona etdiyi aylıq ödənişləri 20 min dollara qədər azaldıb. xəbər verir ki, bu barədə rejissor Aleks Gibninin oktyabrın 16-da kinoteatrlarda nümayiş olunan "Mask" adlı yeni sənədli filmind

17 oktyabr
.

Türkiyədə istintaq: İki məmur həbs edildi

Türkiyədə Ankara Qərbi Respublika Baş Prokurorluğu Mütəşəkkil Cinayətlərin İstintaqı Bürosu tərəfindən bəzi bələdiyyə tenderlərindəki qanun pozuntuları, saxta sənədlərin hazırlanması və dayanacaq icarəsi və tikinti layihələrinin rayonlaşdırma və icazə proseslərində mənfəət əldə edilməsi iddiaları üzr

17 oktyabr
.

Uşaq yatsın deyə gözünü və ağzını bağladılar, öldü

Avstraliyada beş yaşlı oğlanın ölümü ilə bağlı aparılan araşdırma dəhşətli hadisələrin üstünü açıb. xarici mediaya istinadən xəbər verir ki, valideynlərin uşaqları yatızdırmaq üçün qeyri-adi və qəddar üsuldan istifadə etdiyi müəyyənləşib. Məlum olub ki, onlar beş yaşlı oğlanı və digər uşaqları hər gec

18 oktyabr