"Gecə 5-də nənəmin meyitini qəbirlərin arasına qoyub qayıtdıq" - TƏFƏRRÜAT

"Gecə 5-də nənəmin meyitini qəbirlərin arasına qoyub qayıtdıq" - TƏFƏRRÜAT2020-ci il oktyabrın 9-da Mingəçevir şəhərində 1936-cı il təvəllüdü Bənövşə Ələkbərovanın qızı Sədaqət Əsgərova tərəfindən boğularaq öldürülməsi hadisəsinin təfərrüatı üzə çıxıb.

Sonxeber.az Qafqazinfo-ya istinadla xəbər verir ki, S.Əsgərovanın oğlu, 1993-cü il təvəllüdlü Dəyanət Əsgərovun anasının törətdiyi cinayət əməlindən xəbərdar olması və nənəsinin meyitinin Göyçaya aparılaraq Müskürlü kənd qəbiristanlığına atılmasında iştirak etməsi üzə çıxıb. Onun barəsində Cinayət Məcəlləsinin 307.2-ci (Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsi ilə iş açılıb. İşin materialları daha sonra Göyçay Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə o, törətdiyi əməli etiraf edib və anasının ahıl nənəsinə baxmaq istəməməsinə görə onu qətlə yetirdiyini deyib: "Hadisə baş verən gün axşam saat 22 radələrində evə gəlmişdim, yan otaqdan xırıltı səsi eşitdim. Oraya daxil olanda anam Sədaqət Əsgərovanın uzun müddət yataq xəstəsi olan nənəm Bənövşə Ələkbərovanın üz nahiyəsini yastıqla sıxaraq boğduğunu gördüm. Dərhal mane olmağa çalışdım, anam kənar durmağımı, qarışmamağımı dedi, artıq ona qulluq göstərməkdən bezdiyi səbəbindən onu öldürdüyünü bildirdi. Az sonra anam yastığı nənəmin üzündən çəkdi, onun nəbzini yoxladım və gördüm ki, artıq vəfat edib".

Dəyanət Əsgərov bildirib ki, anası ilə mübahisə etdikdən sonra öz otağına gedib: "Daha sonra anam gələrək Mingəçevir şəhəri ərazisində qəbiristanlıqda yer axtarmalı olduğumuzu, nənəmi gizli dəfn etməli olduğumuzu bildirdi. Əlavə etdi ki, nənəmin hər ay 237 manat məbləğindəki pensiyasını ala bilmək üçün belə etməliyik. Bu zaman anamın təklifi ilə razılaşdım. Həmçinin anam əlavə olaraq, kənar şəxslərə guya Kürdəmir rayonunda yaşayan qardaşı Səfərin öldüyünü deməyimi bildirdi. Bundan sonra Mingəçevir ərazisində qəbiristanlıqları gəzdik. Lakin bizə uyğun qəbiristanlıq tapa bilmədik. Belə ki, qəbiristanlıqlara nəzarət edən şəxslərə dayımın öldüyünü və yer axtardıqlarını bildirdikdə onlar qanunauyğun olaraq ölüm kağızı və digər bir sıra sənədləri toplayaraq gətirib təqdim etdikdən sonra meyiti dəfn edə biləcəklərini bildirdilər. Vəziyyətin bu cür cərəyan etdiyini görüb nənəm Bənövşəni Ucar rayonunda dəfn etmək qərarına gəldik".

Təqsirləndirilən şəxs əlavə edib ki, əslən Ucar rayonundandırlar və meyiti Ucara aparmaq üçün Mingəçevir şəhərində məscidin yanında olan yük maşınlarından birinin sürücüsü ilə danışıb: "Sürücüyə dayımın vəfat etdiyini, meyitinin rayona aparmalı olduğumuzu dedim. O, bizdən 70 manat tələb etdi və razılaşdıq. Meyiti kəfənləyərək xalçaya bükdük və maşına qoyaraq yola çıxdıq. Ucara çatanda anam fikrini dəyişdi, dedi ki, meyiti Göyçay rayonunun Müskürlü kəndində dəfn edək. Həmin gün saat 05 radələrində Müskürlü kənd ərazisinə daxil olaraq qəbiristanlığı tapdıq. Hava bir qədər işıqlanan kimi qəbiristanlığa daxil olduq və nənəmin meyitini qəbirlərin arasına qoyub geri qayıtdıq. Orada bel və digər alətlər tapa bilmədiyimiz üçün nənəmi basdıra bilmədik".

Bundan sonra Müskürlü qəbiristanlığındakı "Mustafa Baba" ziyarətgahında xidmətçisi qəbiristanlıqda torpağın üstünə xalçaya bükülmüş halda tapdığı meyitlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. S.Əsgərova tutularaq Göyçay rayon Prokurorluğuna gətirilib və onun barəsində Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə iş açılıb və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhkum edilib.

Anasının törətdiyi cinayəti bilən və ona bəzi köməkliklər etmiş oğluna isə ayrıca iş açılıb. Göyçay Rayon Məhkəməsi ona 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1458   Tarix: 08 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?

"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, söküntü işləri əsasən Səmə

16 oktyabr
.

Tarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu

Yaponiya Meteorologiya Agentliyinin (JMA) proqram xətası ölkədə böyük həyəcana səbəb olub. "Qafqazinfo" xəbər verir ki, təcili xəbərdarlıq sistemi Rusiyanın Kamçatka yarımadasında baş verən real 6,9 bal gücündəki zəlzələni səhv emal edərək, təkanın gücünü tarixdə görünməmiş 9,9 bal kimi qiymətləndirib

17 oktyabr
.

UŞAQLI AİLƏLƏR HANSI SOSİAL ÖDƏNİŞLƏRDƏN YARARLANA BİLƏR? - Müavinətlərin məbləği və şərtləri

Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti

18 oktyabr
.

Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? - Anası məhkəmədə danışdı

Mingəçevir və Zərdabın icra başçısı işləmiş Lütvəli Babayevin oğlunun iki milyonluq əmlakını ələ keçirməkdə ittiham olunanların məhkəməsi davam edir. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda Lütvəli Babayevin həyat yoldaşı Rübabə Babayev

17 oktyabr
.

Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq

Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir. 9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür. Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar istirahə

17 oktyabr
.

Azərbaycanda mənzillər bahalaşdı

Bu ilin II rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər illik müqayisədə 10,4%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,4% artıb. Bu ili

17 oktyabr
.

Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər

Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils

18 oktyabr
.

Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib

18 oktyabr
.

Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 281 kq qızıl, 2 813,8 kq gümüş istehsal edilib. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qızıl istehsalı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,9 %, gümüş istehsalı isə 5,7 % azalıb. Ötən 9 ay ərzində Azərbaycanda mi

18 oktyabr