Avtobuslarda gediş haqqı ilə bağlı YENİ XƏBƏR - VİDEO
Müntəzəm sərnişin daşımalarında gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sistemi yaradılacaq, rayon və şəhərlərarası fəaliyyət göstərən avtobuslarda təhlükəsizlik tədbirləri daha da gücləndiriləcək.
Sonxeber.az xezerxeber.az-a istinadən xəbər verir ki, bütün bunlar ötən gün Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Yerüstü Nəqliyyat Agentliyinin nizamnaməsində yer alıb.
Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı deyib ki, Yerüstü Nəqliyyat Agentliyi nəqliyyat sahəsində normativ hüquqi aktların, inkişaf konsepsiyalarının, strategiyaların, proqramların hazırlanması və həyata keçirilməsində iştirak edəcək.
Ekspert əlavə edib ki, sərnişindaşıma üzrə marşrutlarda istifadə olunacaq nəqliyyat vasitələrinin hərəkət cədvəlini, onlara dair tələbləri müəyyən etmək, avtobusların fəaliyyətini tənzimləmək məqsədilə mərkəzləşdirilmiş dispetçer xidməti yaratmaq da nizamnamədə əksini tapıb.
Sənəddə qeyd edilib ki, sərnişindaşıma sektorunda gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminin yaradılması və idarə olunması ilə bağlı tədbirlərin həyata keçirilməsi də Agentliyin əsas fəaliyyət istiqamətlərindən olacaq. Amma yeniliklər bununla bitmir.
Elməddin Muradlı vurğulayıb ki, Agentlik avtonəqliyyat vasitələrinin reysqabağı texniki yoxlanışı, sürücülərin tibbi müayinəsi üçün müvafiq məntəqələrin təyin edilməsi məqsədilə tədbirlər görəcək və bu sahədə nəzarəti həyata keçirəcək.
Daha ətraflı videomaterialı təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2542 Tarix: 10 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Efiopiyanın baş naziri İlham Əliyevə zəng etdi: Naxçıvana hücum qınanıldı
Efiopiyanın Baş naziri Abiy Əhməd Əli martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. AZƏRTAC-a istinadla xəbər verir ki, Abiy Əhməd Əli İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hava hücumunu qınadığını vurğulayıb. Dövlətimizin başçısı telefon zənginə və göstərilə
7 martABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib
ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Məsud Pezeşkianın üzrünü şərh edərək bildirib ki, bərbad vəziyyətdə olan İran Yaxın Şərqdəki qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib. "Report" xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Truth Social"da yazıb. "İran qonşular
7 martBakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslərin - Cədvəli
Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün AZAL-ın Bakı-İğdır-Bakı marşrutu üzrə 7-10 mart tarixlərini əhatə edən uçuş cədvəli hazırlanıb (bütün saatlar yerli vaxtla qeyd edilib). xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları"
7 martMolla rejiminin növbəti xəyanətkar əməli qətiyyətlə pislənilir
Mart ayının 5-də günorta saatlarında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qonşu İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. Bu gözlənilməz xain hərəkəti zamanı Naxçıvan şəhərindəki Beynəlxalq Hava Hava Limanının terminal binası və Şəkərabad kəndində məktə
6 martAzərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb
Bu ilin yanvar ayında Azərbaycana Avropa ölkələrindən 12 894 turist səfər edib. "Report"un əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,8 % çoxdur. O cümlədən, hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 6 075 turist gəlib. Bu da 1 il əvvələ nisbətən 1,
7 martTanınmış müğənni qəzada öldü
Bakı-Quba yolunda yük avtomobilinin vuraraq öldürdüyü şəxs müğənni Kamil Sərməsovdur. Baş DYP İdarəsinin inspektoru polis kapitanı Elvin Hacıyevin "Report"un yerli bürosuna verdiyi məlumata görə, Saray qəsəbəsi ərazisində Daşkəsən rayon sakini 1979-cu il təvəllüdlü Sabir Əhməd oğlu Səmədovu
6 mart