Ağdam-Füzuli yolundan yeni FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2021-ci il oktyabrın 17-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir.
Sonxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilir ki, sözügedən yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biri sayılır.
"Uzunluğu 64,8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3,75 metr, ayırıcı zolağın eni 2 metr olmaqla yol yatağının eni 26,5 metr təşkil edir. I texniki dərəcəli olacaq yolda layihə üzrə 380 metr uzunluğunda istinad divarının inşası da aparılır.
Hazırda Ağdam-Füzuli avtomobil yolunda torpaq işlərinin icrası çərçivəsində yararsız qruntun çıxarılması, yatağın genişləndirməsi, 26,5 metr enində yeni yol yatağının, yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri davam etdirilir.
Artıq yolun 59,3-64,8-ci kilometrlik hissəsində yol əsasının tikintisi yekunlaşmaq üzrədir.
Yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin tikintisi aparılır.
Bundan başqa layihə üzrə nəzərdə tutulan yolun 0,2, 5,7, 37 və 63-cü kilometrlik hissəsində 4 avtomobil körpüsünün inşası da davam edir. Körpülərdə svay, betonlanma və dayaqların tikintisi işləri icra olunur", - məlumatda deyilir.
Tikinti işləri "İnşaat Norma və Qaydaları"nın tələblərinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun 2023-cü ilin sonunadək yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
AAYDA bildirir ki, Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir:
"Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yol boyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək".



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 703 Tarix: 10 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabahdan bəzi rayonlarda hava yağıntılı olacaq, külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanın bəzi bölgələrində mayın 5-6-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Naxçıvan MR, Neftçala, Salyan, Mingəçevir, Göyçay, Göygöl, Gəncə, Samux, Naftalan, Goranboy, Daşkəsən, Gədəbəy, Balakən, Zaqatala
4 mayHərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirib
Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə birlikdə nazirliyin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin N saylı hərbi hissəsində "Ulu Öndər irsi - dövlətçilik və ordu quruculuğunun təməli" mözvzusunda tədbir keçirib. Bu barədə -a Hərbi Prokurorluqda
4 mayQurbanlıq bazarında YENİ QAYDALAR qüvvəyə mindi
Artıq Qurban bayramı yaxınlaşır. Bu il heyvan bazarlarında qaydalar daha da sərtləşdiriləcək və bəzi heyvanların satışına icazə verilməyəcək. Mövzu ilə bağlı Qida Təhlükəsizliyi İnstitutunun İdentifikasiya və İzlənilmə Mərkəzinin direktoru Yavər Məmmədov bildirib ki, heyvan bazarları yoluxucu xəstəlikləri
3 mayBu şəxslər məcburi İŞDƏN ÇIXARILACAQ
Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsaslarına əlavələr ediləcək. Qaynarinfo xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən
3 mayBu pulları dərhal dəyişdirin!
Son vaxtlar müxtəlif ticarət və xidmət obyektlərində ödəniş zamanı müştərilərə qalıq pul kimi "skoçlanmış", cırıq və ya zədələnmiş əsginasların verildiyi bildirilir. Bu cür pullar sonradan digər obyektlərdə qəbul edilmir və nəticədə vətəndaşlar onları dəyişmək üçün banklara müraciət etmək məcburiyyətind
3 mayIcrammer: Daha sürətli öyrən, daha yüksək bal al!
imtahan hazırlığını yeni mərhələyə daşıyır: süni intellekt dəstəyi, 200 00-dən çox unikal tapşırıq və fərdiləşdirilmiş öyrənmə imkanları bir platformada. Rəqəmsal təhsil həlləri sahəsində yeni nəsil platforma olan daha ağıllı, əlçatan və effektiv hazırlıq mühiti təqdim edir. Süni intellekt əsaslı b
4 mayAzərbaycanda istilik mövsümü uzadılır?
Yaz fəslinin ortaları olmasına baxmayaraq, Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə yağışlı və küləkli günlərin davam etməsi əhali arasında istilik tələbatını yenidən aktuallaşdırıb. Bir çox mənzillərdə istilik cihazlarının hələ də istifadədə qalması mövcud vəziyyəti
4 mayAzərbaycanda pul verib əsgər getməmək mümkün OLACAQ?
Azərbaycanda 18 yaşına çatmış vətəndaşlar "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna uyğun olaraq müddətli həqiqi hərbi xidmətə cəlb edilirlər. Müəyyən hallarda (məsələn, təhsil, sağlamlıq durumu və s.) qanunla nəzərdə tutulmuş əsaslarla hərbi xidmətə çağırışa möhlət verilə bilər. Bir sır
3 may