Naxçıvanda Azərbaycan-Fransa birgə arxeoloji ekspedisiyası aparılıb

Naxçıvanda Azərbaycan-Fransa birgə arxeoloji ekspedisiyası aparılıbÜmummilli lider Heydər Əliyev deyib: "Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir". Aparılan araşdırmalar nəticəsində burada tarixi minilliklərə dayanan yaşayış məskənləri aşkar olunub. Xüsusilə son illər beynəlxalq arxeoloji ekspedisiyaların fəaliyyəti yeni elmi istiqamətlərin müəyyənləşdirilməsinə imkan verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, sentyabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Babək rayonunun Sirab kəndi ərazisindəki Uçan Ağıl qədim yaşayış yerinə gəlib, Azərbaycan-Fransa birgə beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən aparılan tədqiqat işləri ilə maraqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, arxeoloji ekspedisiyanın rəhbəri Vəli Baxşəliyev məlumat verərək deyib ki, 2022-ci ildə muxtar respublikada Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Fransa birgə beynəlxalq arxeoloji ekspedisiyaları və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi tərəfindən arxeoloji tədqiqatlar aparılıb. Azərbaycan-Amerika Birləşmiş Ştatları arxeoloji ekspedisiyası tərəfindən Sədərək Kültəpəsində şəhər strukturunun qalıqları, o cümlədən daş döşənmiş küçələr, böyük həcmli, düzbucaq formalı ictimai binaların qalıqları, dəyərli keramika nümunələri, insanların təsərrüfat həyatını əks etdirən maddi-mədəniyyət qalıqları aşkar olunub. Sədərək Kültəpəsi Cənubi Qafqazda, o cümlədən Azərbaycanda Dəmir dövrünə aid ən qədim şəhər yeri hesab olunur. İyun-iyul aylarında Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşları tərəfindən Naxçıvantəpə yaşayış yerində arxeoloji qazıntı işi davam etdirilib. Tədqiqat zamanı Naxçıvan şəhəri ərazisində e.ə. VI minillikdən başlayaraq məskunlaşma olduğu müəyyən edilib. Naxçıvantəpə yaşayış yerinin tədqiqi zamanı, həmçinin indiyədək Cənubi Qafqazda məlum olmayan, dünya alimlərinin marağına səbəb olan Dalmatəpə mədəniyyəti aşkarlanıb.

Bildirilib ki, bu ilin avqust-sentyabr aylarında Azərbaycan-Fransa birgə arxeoloji ekspedisiyası Sirab kəndi ərazisindəki Uçan Ağıl yaşayış yerində arxeoloji qazıntı aparıb. Bu yaşayış yeri Cənubi Qafqazda, o cümlədən Azərbaycanda Erkən və Orta Eneolit dövrlərinin öyrənilməsi üçün olduqca əhəmiyyətlidir. Abidənin tədqiqi zamanı Naxçıvanda Göyçə və Zəngəzur obsidianından istifadə olunduğu aşkar edilib. Həmçinin Urmiya hövzəsi yaşayış yerlərinin obsidianla təmin edilməsində Naxçıvanın mühüm rol oynadığı məlum olub. Bu günədək Cənubi Qafqazda Erkən Eneolit dövrü abidələri aşkar olunmayıb. Uçan Ağılda aparılan araşdırmalar bu yaşayış yerinin Erkən və Orta Eneolit dövrlərinə aid olduğunu, eyni zamanda, Erkən Eneolit mədəniyyətinin Kültəpənin Neolit mədəniyyəti əsasında inkişaf etdiyini, insanların başlıca olaraq köçmə maldarlıqla məşğul olduğunu göstərir. Son Neolit və Son Eneolit dövrləri arasında yaranan xronoloji boşluğu doldurmaq, köçmə maldarlığın tarixinin öyrənilməsi baxımından Uçan Ağıl yaşayış yerinin tədqiqi mühüm əhəmiyyət daşıyır.

Fransanın Lion Universitetinin arxeoloqu Katherine Marro ekspedisiya üzvlərinin fəaliyyəti üçün yaradılan şəraitə və göstərilən diqqətə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib, bu cür qədim yaşayış yerlərinin və arxeoloji abidələrin Naxçıvanın mədəniyyətlərin qovuşduğu yer olduğunu bir daha təsdiq etdiyini bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ekspedisiyanın nəticələrinin beynəlxalq səviyyədə yayılması, Uçan Ağıl yaşayış yerinin qeydiyyata alınması və qorunması barədə tapşırıqlar verib, ekspedisiya üzvlərinə təşəkkür edib, xatirə şəkli çəkdirilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 658   Tarix: 10 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Dövlət Komitəsinin sədri "2026 G20 Dinlərarası Forumu"nda çıxış edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 16-da ABŞ-nin Yuta ştatında keçirilən "2026 G20 Dinlərarası Forumu"nda (IF20) iştirak edib. Forumda dövlət nümayəndələri, dini icma liderləri və vətəndaş cəmiyyəti üzvləri, eləcə də ictimaiyyət nümayəndələri bir aray

17 oktyabr
.

Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl

18 oktyabr
.

Övladı bağçada yaralanan ata müəssisə rəhbərini ittiham etdi - Video

Sumqayıtda özəl bağçalardan birində azyaşlının xəsarət alması ilə bağlı valideynlə müəssisə rəhbərliyi arasında mübahisə yaranıb. Baku TV-ə istinadla xəbər verir ki, şikayətçi Yaqub Yasinov övladının bağçada nəzarətsiz qaldığı üçün yıxılaraq yaralandığını və hadisədən sonra uşağa ilkin tibbi yardım göstərilmədiyin

16 oktyabr
.

Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say

18 oktyabr
.

Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 281 kq qızıl, 2 813,8 kq gümüş istehsal edilib. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qızıl istehsalı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,9 %, gümüş istehsalı isə 5,7 % azalıb. Ötən 9 ay ərzində Azərbaycanda mi

18 oktyabr
.

Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər

Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils

18 oktyabr
.

Tələbələrin təqaüdləri artırılacaq?

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini

18 oktyabr
.

Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq

Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir. 9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür. Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar istirahə

17 oktyabr
.

Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı

"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" sərəncamda dəyişiklik edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərənca

18 oktyabr