"Ağ qızıL"ın QARA GÜNLƏRİ: Pambıqçılıqda MONOPOLİYA! - Mütəxəssisdən ŞOK AÇIQLAMA

"Ağ qızıL"ın QARA GÜNLƏRİ: Pambıqçılıqda MONOPOLİYA! - Mütəxəssisdən ŞOK AÇIQLAMA"Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi üçün bazar iqtisadiyyatına uyğun addımlar atılmalıdır. Yəni, məhsul sahədə yetşdirilir, toplanılır, istehsal müəssisəsinə yönəldilir və emal-istehsal prosesi başlayır. Bu gün pambığın qiyməti dünya səviyyəsində müəyyən edildiyi üçün sahibkarlarımız da xam məhsulun qiymətini sərbəst müəyyənləşdirə bilərlər".

Bu barədə aqrar sahə üzrə mütəxəssis Vahid Məhərrəmli bildirdi ki, bu gün hökumət daha çox tədarük və ixracla məşğul olan şirkətlərə şərait yaradır:

"Əsasən yüksək rütbəli məmurlara və ya onların yaxınlarına məxsus pambıq emalı şirkətləri birləşərək monopopiya yaradır və pambıq istehsalçılarına qiymət diqtə edirlər. Onlar yalnız xam pambığın qiymətini diktə etmirlər, eyni zamanda, göstərdikləri xidmətin, yəni əkin, səpin və aqrotexniki qulluq müqabilində özləri üçün qiymət təyin edirlər və hər il bunu artırırlar. Bu gün pambıq yetişdirən sahibkarlar və fermerlər onların "mərhəmətindən" asılı vəziyyətdədir. Bu da bazar iqtisadiyyatı şəraitində yolverilməzdir. Pambıq becərənlərə lazımi şərait yaradılmalıdır. Onlar birləşərək assosasiya və ya birlik qurmalı, yığdıqları məhsulu quruda və ilkin emalını həyata keçirməlidir. Bundan sonra məhsula sərbəst və sərfəli qiymət müəyyən etməli və bazara çıxartmalıdır. Əgər bu qiymət pambıq tədarükçülərinə sərf etmirsə, o zaman xam pambığı Türkiyədən, Özbəkistandan və digər ölkələrdən alsınlar".

Onun sözlərinə görə, sahibkarlara ən aşağı şərtlərlə kredit əldə etmələri üçün imkan yaradılmalıdır:

"Bu gün ölkəmizdə elə sahibkar var ki, xarici ölkədə öz brendləri ilə tanınmaq istəyir. Məsələn, bir qrup fermer öz aralarında razılaşırlar ki, əldə etdikləri pambıqdan geyim məhsulları istehsal edəcək və onu xarici ölkələrə ixrac edəcəklər. Bu kimi amillər ölkədə pambıqçılığın inkişafına təkan verər, sahibkarları daha çox məhsul yetişdirməyə sövq edər. Onlar da haqq-hesablarını biləcək, keyfiyyətli pambıq əldə etmək və ondan əldə edilən məhsulu baha qiymətə satmaq üçün istehsal prosesində xərcləri nə qədər artıracaqlarını, hansı işləri həyata keçirəcəklərini müəyyən edəcəklər. Öz brendləri ilə tanınmaları üçün sərbəst və yaradıcı olacaqlar. Onlara bunun üçün şərait yaradılmalıdır".

Ekspert bildirdi ki, inzibati tədbirlərlə pambıqçılığı inkişaf etdirmək olmaz:

"Bildiyimiz kimi, ötən il Azərbaycanda pambıq istehsalı çox az oldu. Bu il pambıq yığımını 500 min tona çatdırılması üçün öhdəlik götürüb. Ancaq bu öhdəliyin yarısına da əməl ediləcəyinə inanmıram. Pambıqçılıq gəlirli sahə olduğu üçün xarici investorlar bura cəlb etmək olar. Yaxud xaricdən ölkəmizə müasir istehsal avadanlıqları gətirilərsə, daha keyfiyyətli geyim və digər məhsullar istehsal etmək olar. Onda pambıqçılığı da inkişaf edəcək".

Pambıq istehsalının əslində daxili tələbatı ödədiyini söyləyən müsahibimiz qeyd etdi ki, bu gün Azərbaycan daha çox xam pambıq istehsalçısı və idxalçısı kimi tanınır:

"İstehsal etdiyimiz pambığın 80 faizi xam məhsul kimi ucuz qiymətə xarici ölkələrə satılır. Buna yol vermək olmaz. Bu gün şəhərdə doğulan, pambığın yetişdirilməsində heç bir məlumata malik olmayan insanlar pambıq satışı ilə məğul olurlar. Onların hamısı yüksək vəzifəli məmur övladlarıdır. Onların pambıqdan daha yaxşı və daha keyfiyyətli geyim və digər məhsullar istehsal etmələri, onları xarici bazarlara çıxarmaqla, ölkəyə valyuta axınını təmin etmələri üçün yaradıcılıq və məntiqi düşüncə qabiliyyətləri yoxdur. Bunları yalnız yerli sahibkarlar və fermerlər pambıqçılqıla bağlı olan hər şeyi daha dərindən bildikləri üçün emal və istehsal işlərini də həyata keçirə bilərlər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 878   Tarix: 10 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dövlət Komitəsinin sədri "2026 G20 Dinlərarası Forumu"nda çıxış edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 16-da ABŞ-nin Yuta ştatında keçirilən "2026 G20 Dinlərarası Forumu"nda (IF20) iştirak edib. Forumda dövlət nümayəndələri, dini icma liderləri və vətəndaş cəmiyyəti üzvləri, eləcə də ictimaiyyət nümayəndələri bir aray

17 oktyabr
.

Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl

18 oktyabr
.

Övladı bağçada yaralanan ata müəssisə rəhbərini ittiham etdi - Video

Sumqayıtda özəl bağçalardan birində azyaşlının xəsarət alması ilə bağlı valideynlə müəssisə rəhbərliyi arasında mübahisə yaranıb. Baku TV-ə istinadla xəbər verir ki, şikayətçi Yaqub Yasinov övladının bağçada nəzarətsiz qaldığı üçün yıxılaraq yaralandığını və hadisədən sonra uşağa ilkin tibbi yardım göstərilmədiyin

16 oktyabr
.

Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say

18 oktyabr
.

Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 281 kq qızıl, 2 813,8 kq gümüş istehsal edilib. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qızıl istehsalı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,9 %, gümüş istehsalı isə 5,7 % azalıb. Ötən 9 ay ərzində Azərbaycanda mi

18 oktyabr
.

Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər

Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils

18 oktyabr
.

Tələbələrin təqaüdləri artırılacaq?

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini

18 oktyabr
.

Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq

Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir. 9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür. Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar istirahə

17 oktyabr
.

Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı

"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" sərəncamda dəyişiklik edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərənca

18 oktyabr